реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 9)

18
Toxunma ağ ipəyəm.

BÜLBÜL

Oxu, bülbülüm, oxu, Yazdır, səhər çağıdır. Oxu, sənin xoş səsin Şənliklər qaynağıdır. Oxu, oxu, xoş nəğmən Nəşə versin ellərə. Şən səsin, xoş nəfəsin Yayılsın bu çöllərə. Oxu çöldə, çəməndə, El əkəndə, biçəndə, Başla yeni bir dastan Biz bənövşə dərəndə. Bülbülüm, tik yuvanı, Bəslə, böyüt balanı. Qoy nəsliniz çoxalsın Biz böyüyən zamanı.

ARI

Arıyam, zəhmətkeşəm, Bal, mum çəkməkdir peşəm. Səhər güllər açınca, Gözəl qoxu saçınca Uçaram göy yamaca, Çiçək açmış ağaca, Ya çəmənə, meşəyə, Qonaram hər çiçəyə; Şirəsini çəkərəm, Pətəyimə tökərəm, Çalışıram doqquz ay, Hamı məndən alır pay. Balımdan qoy yesinlər, Mənə “Sağ ol!” desinlər.

KƏPƏNƏK

Mənəm qanadlı çiçək, Adım isə kəpənək. Al-əlvan xallarım var. Qızıl kimi parıldar. Qanadımı açaram, Budaq-budaq uçaram. Yuvam, otağım ancaq Olur yaşıl bir yarpaq, Mənim dostumdur hər gül, İncə telli göy sünbül. Oynağımdır çöl, çəmən, Məni tutmaq istəyən, Ey mehriban uşaqlar, Siz yaşayın bəxtiyar! Mənim də bu dünyada Bir başqa aləmim var…

AT

Qara yallı atım, qaç! Üstü xallı atım, qaç! Yorğala, uç quş kimi Apar məni nənəmə. Qaçın, qaçın! Tez yol açın! Tram… trım… Uçur atım. Uç nənəmin yanına, Bir qol salım boynuna. Alma versin o bizə, Dönək yenə evmizə. Qaçın, qaçın! Tez yol açın!