реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 10)

18
Tram… trım… Uçur atım. Gözün bənzər ceyrana, Qulaqların dovşana. Qoçaq atım, yorğala, Arpa verəcəm sana. Qaçın, qaçın! Tez yol açın! Tram… trım… Uçur atım.

TURAĞAY

Turağayam, turağay, Quşlarda yox mənə tay. Oynadıqca quyruğum Oxuyur dalay-dalay. Oynağımdır hər zaman Yaşıl kol-kos, dayaz çay. Çəyirtkə, həm də qurd-quş, Mənə hər gün verir pay. Qışda günüm qaradır, Dostdur: bahar, payız, yay. Turağayam, turağay. Quşlarda yox mənə tay.

KÜR ÇAYI

Ey Kür çayı, daşırsan, Sahilləri aşırsan; Tarlalarda, bağlarda Bizimlə oynaşırsan. Ey Kür çayı, dalğan ağ, Suyun gümüşdən parlaq; Yol sal bizim bağçaya, Sən çal, biz də oynayaq. Ey Kür çayı, gəl barı Bizim dəhnəyə sarı, Aç qoynunu yuyunsun Elin oğul, qızları.

İT

Haf, haf, haf!.. Bax mən belə hürürəm. Haf, haf, haf!.. Ev-eşiyi güdürəm. Haf, haf, haf!.. Oğru görsəm: mır… mır… Mırıldayıb uçaram. Atılaram üstünə, Bir qiyamət açaram. Haf, haf, haf!.. Qaç, oğru, gəlmə, gəlmə! Bir şey düşməz əlinə. Yırtaram üst-başını, Lüt gedərsən evinə. Haf, haf, haf!..

YAĞIŞ

Yağ, ey yağış, yağ! Sulansın çöl, bağ. Susuzdur tarla, İnəyini sağ! Gurla, ildırım, Gurumhagurum! Sən çığır, bağır, Mən şənlik qurum. Oyna, ey şimşək, Şütü ilantək. Bağ, tarla, bostan Su içsin gərək!