реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 12)

18
Coşdu bütün otaqlar, Burda hər nə desən var: Azər paroxod çəkir, Həsən, Sevil ev tikir. Çəkic əlində Aslan Buruq tikir ağacdan. Solmaz əlində kukla Oynayır tək onunla. Oyun getdikcə qaynar, Doymaq bilmir uşaqlar. “Saat oldu on iki”, Söylədi mürəbbiyə: – Uşaqlar, iki-iki Düzülünüz cərgəyə. Düzüldü sıra: Həsənlə Kübra, Solmazla İsgəndər, Sona Azərlə. Almaz ilə Heydər, Fatma Əkbərlə, İldırım Gülüşlə Tutdu əl-ələ. Solmaz çox kiçikdir, Düşüb arxaya. Dəstə sevinclə gedir Böyük bağçaya. Orda bir hovuz var Dörd yanı çiçək. Üstündə oynaşır Durna, qaz, ördək. Solmaz qalır dala, Təkrar yügürür, Baxır sağa, sola, Çox şeylər görür. Oxuya-oxuya Gedirlər onlar, Hovuzlu bağçaya Çatdı uşaqlar. Bu təmiz havada Gəzişdi dəstə, Oynayıb bağçada Qızışdı dəstə. “Saat oldu düz iki” Söylədi mürəbbiyə: – Uşaqlar, iki-iki Düzülünüz cərgəyə. Düzüldü sıra: Həsənlə Kübra, Solmazla İsgəndər, Sona Azərlə. Almaz ilə Heydər, Fatma Əkbərlə, İldırım Gülüşlə Tutdu əl-ələ. Düzülüb sıraya Deyib-güldülər, Oxuya-oxuya Geri döndülər.

MƏKTƏBLİLƏR MARŞI

Biz maarif cəbhəsinin Alnıaçıq əsgəriyik. Biz həqiqət səhnəsinin Köksü polad səfləriyik. Yürü, şərəf, şan ordusu, Əmək və ürfan ordusu!