Abdulla Şaiq – Tıq-tıq xanım (страница 8)
Təndir kimi alovlan!
Qalma günəşdən geri.
Qızart bu pak dəmiri,
Qığılcım saç hər yana,
Cansızlar gəlsin cana.
Bağım, tarlam güllənsin,
Bülbüllərim dillənsin.
Şənlənsin tarla, çəmən,
Sevinsin ana Vətən.
TƏMİZLİK
Səhər durunca,
Əlimdə fırça,
Sildim dişimi,
Bildim işimi.
İnanmırsan, bax,
Dişim ağappaq.
Üstüm tərtəmiz.
Bax beləyik biz!
QƏRƏNFİL
Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.
Mən bağban qızı,
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.
Gəl saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!
BƏNÖVŞƏ
Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.
Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda
Mən quş olub uçaram.
Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.
QIZILGÜL
Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?
Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızılgül,
Sən ey qönçəm, açıl, gül!
ZANBAQ
Zanbağam mən, zanbağam,
Ay işığından ağam.
Açdığım hər ağ çətir
Ətrafa yayır ətir.
Ağ atlazdan donum var,
Gümüş kimi parıldar.
Mən də gözəl çiçəyəm,