реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 7)

18
Hanı bu şirlərdə o cürət, O hünər, o qoçaqlıq, o qeyrət! Eşidib şir bunu qəzəbləndi, Tülküyə əyri baxdı, hirsləndi. Ayağını vurub dağa o zaman. Tez atıldı qürur ilə aslan. Dərəyə baş-ayaq yuvarlandı, Tülkünün hiyləsinə aldandı. Qırılıb qol-qabırğası, ölütək Düşdü bir yanda; dərdli inləyərək, Çağırırdı o tülkünü köməyə. Endi tülkü yavaş-yavaş dərəyə. Dedi şirə ki: – Səndə yox cürət, Nə hünər, nə qoçaqlıq, nə qeyrət. Heç yaraşmır bu aslan adı sənə. Vurdu şirə acı-acı tənə: – Nə deyirsən de, gəlmişəm köməyə. Quyruğun saldı ağzına yeməyə. Dedi aslan ona: – Sən, ey əyyar! Gəl başımdan ye, gör nə ləzzəti var! Dedi tülkü: – Tələsmə, ey nadan, Quyruğundan yeyə-yeyə əlan, Başına da yavaş-yavaş çataram, Qan içən kəllənə zəhər qataram.

UŞAQ VƏ BƏNÖVŞƏ

U ş a q Söylə, söylə, gözəl bənövşəciyim! Hələ bağlarda gül, çiçək yox ikən, Hamı güldən əzəl, bənövşəciyim, Açmısan gül bu bağçalarda nədən? B ə n ö v ş ə Zinətim yox, nə gizləyim səndən, Başqa güllər içində yoxdur adım. Onlar ilə bərabər açsam mən, Kimsə gəlməz mənə yaxın bir adım1.

DƏMİRÇİ NƏĞMƏSİ

Taq-tuq, taq-tuq… İşdən bir qorxumuz yox. Alnımızdan axan tər Qəlbimizi yelpiklər. Qolumuzda qüvvət var, Qəlbimizdə cürət var. Maraqlıdır işimiz, Yorulmaq bilmərik biz. Yanar gur ocağımız, Qığılcım sol-sağımız. Adımızdır dəmirçi, Dostumuzdur hər işçi.

TOP OYUNU

Hop, hop, hop, Oynayaq top-top. Quştək qanad aç, Topu atdım qaç! Əlin belində Güllər elində Sağdan sola arş! Qaç, durma, yoldaş! Dik tut başını, Vur yoldaşını. Topu tut göydə, Qaçın birlikdə. Ura, irəli, Dönməyin geri!

DƏMİRÇİ

Yan, ocağım, durma, yan!