реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 6)

18
Acam, donub ölürəm, yoxdu bir nəfər insan Yemək verib mənə rəhm eyləsin bu gündə, aman! Yazıq yetimi bu halətdə bir qarı görcək Alıb onu otağa, qızdırıb da verdi yemək. Yuyub ayaqlarını saldı tez onu yatağa, “Nə istidir!” – sevinib, getdi o, şirin yuxuya.

QONAQLIQ

Vəli yazıb dərsini, uzanmış idi yerə, Köpək səsi eşitdi bayırda birdən-birə. Tez qapıya yüyürdü, qaçdı sevincək: – Ana! Həsən dayımdır gələn, Minadostum və Sona. Girdi qonaqlar, hamı sevindi bu gəlişdən, Qucaqlayıb bir-birin, görüşərək oldu şən. Bir otağa aldılar qonaqları şövq ilə, Orta ocağı çatıb, əyləşdilər zövq ilə. Dəmir qara ocaq da çırtaçırtnan yanırdı, Qığılcımı, şöləsi bacaya dırmanırdı. Ballı xala tez gedib gətirdi boşqabda bal, Ortalığa qoydular qatıq, çörək, yağ, irçal. Yeyib-içib həvəslə, alqışlayıb külfəti, Halqa vurub, yenidən başladılar söhbəti. Öz işlərindən deyib, danışdılar keçəndən, Gah arpadan, buğdadan, gah heyvandan, biçindən. Keçdi yarıdan gecə, sükut içində hər yan, Şiddət ilə qar yağır, səs edir ancaq boran.

MAHNI

Doğdu günəş qırmızı, Can gülüm, can, can! Topladı oğlan qızı, Can gülüm, can, can! Hər birimiz bir günəş, Can gülüm, can, can! Bir bağçanın ulduzu, Can gülüm, can, can. Qaçdı ayaz, qar, boran. Can gülüm, can, can. Bizə qaldı çöl, orman, Can gülüm, can, can. El şənlənir, canlanır, Can gülüm, can, can. Sevinc içində hər yan, Can gülüm, can, can. Ordusunu dağıtdıq, Can gülüm, can, can. Qar, borana son verdik, Can gülüm, can, can. Qara günə son verdik, Can gülüm, can, can.

TÜLKÜ VƏ ASLAN

Meşədə tülkü axtarırdı şikar, Qızmış aslana birdən oldu düçar. Salladı zorba, tüklü quyruğunu, Yalmanıb hiylə ilə öydü onu: – Tanıyıram, – dedi, – ata-ananı, Əslini, nəslini, ulu babanı. Atana mən çox etmişəm xidmət, Bəsləyirdim ona böyük hörmət. Bu sayaq o dilə tutub şiri, Ürəyində tökürdü tədbiri. Gəldilər bir uca dağın başına, İstəyirdi zəhər qata aşına. Tülkü həsrətlə çəkdi bir neçə ah, Dedi: – Mərhum atan sənin, ey şah, Ayağını vurardı torpağa, Atılardı bu dağdan o dağa.