реклама
Бургер менюБургер меню
Dürdanə Dünyamalıyeva
Последние
Həmid Məmmədzadə - Hekayələr
Həmid Məmmədzadə - Hekayələr
Həmid Rza oğlu Məmmədzadə 1924-cü ildə Şərqin qədim mədəniyyət beşiyi olan Təbriz şəhərində dünyaya göz açıb. İlk təhsilini Təbrizin «Nəcat» və «Pərvəriş» məktəblərində alıb. 1942-ci ildə Təbrizin nüfuzlu təhsil ocaqlarından hesab olunan Darül-müəllimində oxuyub. Ərdəbilin «Səfəvi», «Puranduxt» və «Sənan» adlı məktəblərində pedaqoji fəaliyyəti iki il davam etmişdir. Orta məktəbdə müəllimlik etdiyi illərdə ölkə ictimai və siyasi hadisələrlə zəngin olmuşdur. O, Təbrizə qayıtdıqdan sonra həm müəllimlik edir, həm də yeni yaranan Azərbaycan Demokrat Cavanlar təşkilatında və onun orqanı olan «Cavanlar» qəzetinin fəaliyyətində yaxından iştirak edir. Sonra isə Təbriz universitetinin tarix və ədəbiyyat şöbəsinə daxil olur.H. Məmmədzadə bir qələm sahibi kimi publisistik yaradıcılığa qeyd etdiyimiz kimi, 1946-cü ildə Təbridə nəşr edilən «Azad millət» və «Cavanlar» qəzetlərində çıxan məqalələri ilə başlamışdır. İlk hekayələri isə «Pioner» və «Azərbaycan» jumallarında dərc olunmuşdur.Bədii yaradıcılıq nümunələri olan «Fədai» povesti, «Şimal hekayələri», «Oğurlanmış abidə», «Təbriz təbəssümü», «Azadlıq həsrəti» və s. hekayələri də maraqlı mövzulara həsr olunub. «1941-45-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatı», «İnqilabdan sonrakı dövrdə Cənub şeirində Vətən və Vətənpərvərlik motivləri», «Molla Nəsrədin jurnalı Təbrizdə», «Cənubi Azərbaycan şairi Səhənd haqqında», «Sadiq bəy Sadiqi Əfşar», “Milli azadlıq hərəkatının tərənnümçüsü", «Abbas Pənahi (Makulu)», Məhəmmədi Müdərrisi-Təbrizi", «Cənub folkloru», «Azəroğlu», Səttarxan haqqında roman, Heydər Əmioğlu haqqında roman, «Şeyx Məhəmməd Xiyabani», «Zeynəlabdin Marağayi», «Həmid Nitqi» və s. elmi məqalələrində isə H.Məmmədzadə bir çox problemlər, şəxsiyyətlərdən bəhs etməklə cənub mövzusunu daha da genişləndirmişdir.Yazıçının bu kitabında “İlk məhəbbət”, “Qərib əmi”, “Hindli dostum”, “Qurtuluş”, “Yuxu”, “Unudulmaz mahnı” hekayələri yer almışdır.
Сулейман Сани Ахундов - Qaraca qız
Сулейман Сани Ахундов - Qaraca qız
Süleyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir.Görkəmli yazıçının «Qorxulu nağıllar» silsiləsinə daxil olan əsərlərindən biri də «Qaraca qız» hekayəsidir. Əsərin əsas qəhrəmanı Qaraca qızdır. Yaşının az olmasına baxmayaraq, Qaraca qız çox zirəkdir. Bu qız kiçik yaşlarından bərkə-boşa düşmüş, həyatın hər çətinliyinə dözmüşdür.Valideynlərini itirən Qaraca qız bir qaraçı ailəsinin himayəsində qalır. Burada onun həyatı heç də xoş keçmir, döyülür, incidilir. O, əzab-əziyyətə qatlaşaraq pul qazanır.Sonradan bir təsadüf Qaraca qızı varlı-hallı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Düşünmək olardı ki, bundan sonra tale bu məsum qızın üzünə güləcək, o daha heç bir çətinliklə üzləşməyəcək. Lakin belə olmur. Kübar cəmiyyətin təmsilçiləri ilə sadə insanların həyat tərzi, mənəvi dünyası arasındakı fərq Qaraca qızın sonrakı həyatında öz əksini tapır, onun faciəsinə səbəb olur.Qaraca qız Hüseynqulu ağanın evinə gəldiyi ilk gündəcə onun qızı Ağca ilə tanış olur. Onun həmyaşıdı, «xanım» deyə çağrılan Ağcanın həyatı bambaşqadır – uşaqlıqdan naz-nemət içində böyümüş, hər cür qayğı ilə əhatə olunmuşdur. Qızların həyat şəraiti kəskin fərqlənsə də, onlar bir-birinə mehribanlıq göstərir, bir yerdə olmağa çalışırlar. Lakin Ağcanın anası Pəricahan xanım Qaraca qıza həqarətlə baxır və qızının onunla dostluq etməsini ailəsinə rəva bilmir. Beləliklə, Qaraca qızı Ağcadan ayırırlar.O vaxtdan Qaraca qız bağban Piri babanın yanında yaşayır. Piri baba kasıb olsa da, cəsarətlidir, heç kimdən qorxmur. O, Qaraca qızı səmimiyyətlə qəbul edir və ona mehribanlıq göstərir. Əsərdə təsvir olunan qara köpək də Piri baba ilə Qaraca qızın dostluğunu tamamlayır. Ağıllı heyvan Piri babadan sonra yalnız Qaraca qızın sözünə itaət edir.Əsərdə Qaraca qız dostluğuna sadiq qalır. O, mehribanlıq göstərdiyi Ağcanı ölümdən qurtarmaq üçün həyatını qurban verməkdən belə çəkinmir. Dostu Ağcanın qanından zəhəri soraraq onu ölümdən qaytaran Qaraca qızın özü həyata gözlərini əbədilik yumur. Qaraca qızın həyatdan erkən getməsi Piri babaya çox ağır gəlir və o, bunu daxmasının səadət quşunun uçmasına bənzədir.
Rəhim Əliyev - Qoşulub qaçmayan qız
Rəhim Əliyev - Qoşulub qaçmayan qız
Roman bir generalın ailəsindən, ailədaxili münaqişələrin, cəmiyyətdən bütünlüklə təcrid olunmuş bu ailənin generalın yeniyetmə qızının psixikasında yaratdığı pozuntulardan və nəticədə böyük faciələrə səbəb olmasından bəhs edir.Əsərin süjet xətti də həmin generalın qızı Çiçəyin taleyi üzərində qurulub. Bu qızın hər şeyi var, amma bircə azadlığı yoxdur. Ona adicə mobil telefon işlətməyə belə icazə verilmir, evdən çölə izacəsiz çıxa bilmir, beləcə, qızın yaşıdları ilə ünsiyyətində də ciddi problemlər yaranır, o, tədricən özünə qapanır, insanlarla ünsiyyətdən qaçır.Ailəyə yaxın olan Lala adlı bir qadın gizlicə ona pornoqrafik kasetlər verir və həmin kasetlərə çox vaxt birlikdə baxırlar. Təbii ki, öz yeniyetməlik dövrünü normal keçirə bilməyən, öz yaşıdlarından uzaq düşmüş, oğlanlarla münasibətin nə demək olduğunu anlamayan qız onda baş qaldırmaqda olan cinsi istəklərini heç cür ovuda bilmir. Nəticədə qızı universitetə aparıb gətirən sürücüyə özünü bilməyərəkdən təslim edir…Çiçəyin atası vaxtilə kənddəki fermada malotaran olmuşdu, sonra traktor sürməklə ailəsini dolandırırdı. Hər şey Nərağa müəllimin onların həyətinə gəlməsindən sonra başladı, yüksək vəzifə sahibi olan bu adam Çiçəyin atası Məhəri pillə-pillə irəli çəkdikcə bu ailənin qara günləri başlandı. Yazıçı insan münasibətlərinin mürəkkəb, ziddiyyətli, bəzən heç bir məntiqə sığmayan qatlarına enir, mühitin yetişdirdiyi, daha sonra isə məhv etdiyi insanların faciəsini cəmiyyətin fonunda təsvir edir. Başda Çiçək olmaqla onun qondarma əri Əlqəmə, Pərviz həkim, mebel mağazasında gözətçi işləyən Hüseyn, küçə fahişəsi Könül bu mühitin qurbanlarıdırlar.Romanda hadisələr sürətlə inkişaf edir. Zəhmindən hamının zağ-zağ əsdiyi generalın qızını gecə küçədən tutub aparan polis serjantları onu ucuz fahişələrdən hesab edib elə post patrul xidmətinin maşınındaca zorlayırlar və onu Qızıldaşdakı Dəri-Zöhrəvi Xəstəliklər Dispanserinə aparırlar. Burda qıza olmazın işgəncələr verilir, daha təhqiramiz formada zorlanır, döyülür…Bu köməksiz qızcığaz bir-birinin ardınca psixoloji travmalar alır və nəticədə qorxunc yuxularının əsirinə çevrilir. Mənəvi-psixi sarsıntının ən kritik anında bu çarəsiz qız atasını arzulayır. Atası isə ailəsindən, “madar balası”ndan tamamilə uzaq düşüb, o, qızının mənəvi iztirablarını duymaq, anlamaq iqtidarında deyil… Vəzifə hərisliyi onun gözlərinə, ağlına qalın bir tor çəkib.“Qoşulub qaçmayan qız” iri həcmli, çoxplanlı əsərdir. Əsərdə təsvir olunan mühitin ağır və ürək bulandıran havası adamı boğur, mənəvi ekoloji durum dözülməz dərəcədə ağırdır. Yazıçı hadisələrə zərrə qədər də müdaxilə etmir, qəhrəmanları boyasız-filansız, təxəyyülündə gördüyü kimi, yalnız və yalnız təsvir edir.
Алибала Гаджизаде - İtkin gəlin
Алибала Гаджизаде - İtkin gəlin
Yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanının süjet xətti bədbəxt taleli bir qızın – sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. ""Romanındakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Tacir Həzrətgülün bacısı qızı Əfsanə bədbəxt bir hadisə nəticəsində ata-anasını itirmiş, dayısının himayəsində yaşamağa məcbur olub. Həzrətgül bacısı qızını həm dükanda, həm də evdə qulluqçu kimi işlədir, onun arvadı isə qıza qarşı son dərəcə amansızdır. Evin kiçik gəlini Nazənin isə Əfsanəyə bir bacı kimi yanaşır, sevir, onun həmsöhbətinə və sirdaşına çevrilir. Əfsanə gözəldir, nəcibdir, qəlbi kövrəkdir, güclü hafizəsi var. Şeri, sənəti başa düşür. Bütün Əfqanıstanda olduğu kimi, Ədnan qəryəsində də savadsızlıq, hüquqsuzluq və məhrumiyyət hökm sürməkdədir. Kəndin ağbirçək qadınlarından biri də Səbihə arvaddır. O, gənc yaşlarından dul qalmış, çətinliklə Yusif və Elməddin adlı oğlanlarını böyütmüşdür. Yusif – böyük qardaş şəhərə gəlib çətinliklə açdığı kiçik dükanda odun və kömür satır, Elməddin isə oxumaq arzusunu yoxsulluq üzündən qəlbinin dərinliklərində dəfn edib kənddə qalaraq qəryədər Qulamın yanında katib işləyir. Elməddin və Əfsanə bir-birini sevsə də, Əfsanə Elməddinin böyük qardaşı Yusiflə evləndirilir.Yusufin ölümündən sonra qardaşının arvadı ilə evlənməyə məcbur olan Elməddin Əfsanəyə qardaşının arvadı olduğu üçün toxunmur. Buna dözməyən Əfsanə Ədnandan qaçır. Elməddin isə etdiklərinə peşman olub, itkin gəlini- Əfsanəni axtarmağa başlayır.Günəş, zirvəsində yay-qış qar ağaran Ağ dağın arxasında yenicə gizlənir, şər yavaş-yavaş qarışırdı. Uzaqda, göylərə dirənmiş kimi görünən dağın nəhəng, tutqun kölgəsi hələ də aydın seçilirdi. O, ancaq bir azdan qaranlıqlar içərisində əriyib gündüzlər adamı valeh eləyən əzəmətini itirəcək, sabah dan yeri ağaranadək gözə görünməyəcəkdi.Əlibala Hacızadəyə yüz minlərlə oxucu sevgisi qazandıran “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib və bu filmi Azərbaycanın ilk serialı hesab etmək olar.
Şehla Nihan - Kontramot
Şehla Nihan - Kontramot
Xaotik sistemdə qığılcım.İnsanın öz fantaziyalarında nə qədər uzağa gedə biləcəyini öyrənmək.Hər qələbədə bir məğlubiyyət, hər məğlubiyyətdə bir qələbə. Uçmaq, yüksəlməyin inikası – kəpənək, qu quşları, yapon mifologiyasındakı qanadlı əjdahalar.… Həyatı idarə edən proqramlardır.– Bilmək istərdin, nə qədər yaşayacaqsan?– Yox. Nəyə lazım bunu bilmək? Nə qədər ömrüm varsa, o qədər yaşayacam.– Ay qorxaq. Bilirəm, sən qorxursan sonunu bilməkdən. Ölümdən qorxursan. Boynuna al görək....yalan deyirəm bəyəm?– Lap elə də deyil. Sadəcə, yaşamaq istəyirəm. Səninçün yaşamaq istəyirəm. Qorxduğum səni tək qoyub getməkdir.Həmsöhbətini cavab deyəsən qane etdi və əl çəkdi ondan. Kişi dərindən nəfəs alıb bığaltı gülümsədi, plaşının yaxalığını dikəldib cibindən siqaret çıxartdı.Beləcə iki ahıl xiyaban cığırı ilə gedir, söhbətləşirdilər. Kişinin əlində şam ağacından əsa, qadının əlində “Wagasa” yapon çətiri vardı. Hər ikisi payız mövsümünə uyğun su keçirməyən nazik plaşda idilər. Kişinin papağı da üst geyimi kimi tünd göy, qadının başındakı dəbli fetr şlyapa əynindəkinin rənginə uyğun açıq boz idi. Qocanın çəkməsinin bağı açılıb yerlə sürünürdü, radikulit imkan vermirdi ki, əyilib bağlaya. O, tez-tez əlini papağına aparır, sanki küləyin onu uçuracağından qorxurdu. Külək papaq aparacaq qədər güclü olmadığından hiss olunurdu ki, bu sadəcə bir adətdir. Yorulanda dayanıb durur, alçaq, dəmir milli hasarla dövrələnmiş kiçik gölə tamaşa edirdilər…