реклама
Бургер менюБургер меню
Dürdanə Dünyamalıyeva
Последние
Народное творчество (Фольклор) - Gül sənavərə neylədi ?
Народное творчество (Фольклор) - Gül sənavərə neylədi ?
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi:– Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim.Padşah dedi:– Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən?– Sən de, padşah, mən çarə edərəm.Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi:– Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver!Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki, oğlanlarının biri mənimdi. Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırığı kimi hər almanın bir üzünü özü yedi, bir üzünü də arvadlarına verdi. Doqquz ay, doqquz gündən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məmməd, birinin adın Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çaqqallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarında oldular. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir günündə dərviş qapını döydü. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görcək vədəsi yadına düşdü. Əhvalı qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki....
Джалил Мамедкулизаде - Dəli yığıncağı
Джалил Мамедкулизаде - Dəli yığıncağı
"Dəli yığıncağı" – Cəlil Məmmədquluzadənin pyesi. Dünya ədəbiyyatındakı orijinal tragikomik pyeslərdən biri. M. əsəri 1927 ildə Bakıda yazmışdır. Özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə pyes şərti, simvolik xarakterdədir. Əsas məsələ Şimali və Cənubi Azərb., İran və bəzi b. Şərq ölkələrində davam edib gələn dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır. Əsərdə süjet, kompozisiya, hadisələr komik, insanların çoxu gülünc, əsasən təəssüf, qəzəb və nifrət oyadıcıdır. Buradakı «farmasyonluq» da real tarixi məsələdir.Komediyadakı Dəli Molla Abbasın proobrazları 19 əsr Naxçıvan farmasyonlarından Kərbəlayı Abbas və Abbas Vəzirovdur; farmasyon Rüstəm də xaraktercə, ruhən onlara yaxındır. Süjetdə əsas məsələlər özünü xalqa möhtərəm bir şəxsiyyət kimi göstərən Fazil Məhəmmədin, habelə, Hacı Xudaverdi, Haci Cəfər və s. köhnəpərəst, əxlaq düşkünlərinin boğazdan yuxarı dua etmələrinin, Mehdi Sahibəzzaman və başqalarının işdəklərinin əsl həqiqətdə «dəlilik» dən qeyri bir şey olmadığını tamaşaçıya çatdırmaq, onu ayıq salmaq, oyatmaqdır. Bu tiplərin səciyyəvi sifətlərindən biri vaxtilə M.F.Axundovıın «Kəmalüddövlə məktubları» nda ifşa olunan möcüzə və «xəvariqat» dır. Molla Abbasın camaatı başına yığıb «həzrətin tumanbağısına lağ etməsi» haqqında hacılardan birinin şikayətində və başqa bir hacının «qurban olum həzrətin tumanına da, tumanbağısına da!» sözlərində M.-nin dini xurafata qəhqəhəsi öldürücü bir balda meydana çıxır. Bir sıra Şərq təriqətlərində olduğu kimi, farmasyonlar da Fazil Məclisi, Məhəmməd Yəqub Küleyni təki «üləmaya», «İxtiyarat», «Üsuli-kafı» kimi sxolastik kitablara gülür, "imanın zühurunun söhbətində […] mayallaq aşır, "atabir, anabir qardaşlarının əxlaqsızlığını, öz qardaşı arvadı ilə «cimdik-cimdik» oynadıqlarını görüb hiddət və nifrətlə qəhqəhə qoparırlar. M. bu acı və gülünc həqiqətləri ürəyinin müsibətdən, biabırçılıqdan partlamaq dərəcəsinə gəldiyi bir vəziyyətdə qələmə alıb təsvir etmişdir. O, göstərmişdir ki, «dılğır» adlandırdıqları həmvətənlərinin ehtiyac və dərdlərinə göz yuman, laqeyd qalan, yerli xalqla onun ana dilində danışa bilməyən hakimlərin «millətçiliyi» də, Lalbyüz kimi əcnəbi həkimlərin mənəvi yoxsulluğu, vaizlərin ölüm havası çalan moizələri də pyesin Abbas, Sona, Rüstəm kimi qeyrətli, sevimli, yazıq qəhrəmanlarını dözülməz dərdə düçar etmişdir. Beləliklə, əsərdə «dəlilik» mövzusu dərindən açılır; mənfi surətlərin nəzərinə «dəlilik» hesab olunan «farmasyonluq» – mövcud həyata biganəlik, ən son nəticədə cəmiyyətə, təbiətə tənqidi münasibət bəsləyən ağıllı, namuslu adamların faciəli taleyinin qeyri-adi təzahürü kimi mənalandırmağı tələb edir və bəraət qazanır. «Ölülər» də olduğu kimi, burada da ədibin gəldıyi nəticə bu idi ki, «dəli» lərin əslində ağıllı, «ağıllılar» ın isə əslində dəli olduğunu düşünmək lazım gəlir. M. özünün klassik yaradıcılıq ənənələrinə sadiq qalıb, yeni dövrdə onları sənətin yeni dili, yeni qanunları ilə təcəssüm etdirmişdi. "D.y." pyesi dəfələrlə Azərb. teatrlarında tamaşaya qoyulmuşdur.
Народное творчество (Фольклор) - Min bir gecə 8-ci cild
Народное творчество (Фольклор) - Min bir gecə 8-ci cild
“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.“1001 gecə” nağılları böyük dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına bir mənbə olmuşdur.Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, üzərinə rizə daşlar tökülmüş və onların arasında həmin inciləri tapmaq çətinləşmişdir. Artıq bu gün elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar.“1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əməkçi xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə gözəl ifadə etmişdir.
Нариман Нариманов - Nadir şah
Нариман Нариманов - Nadir şah
N.Nərimanov dramaturgiyasının ən kamil və yetkin əsəri, şübhəsiz kı, onun «Nadir şah» faciəsidir. Bu əsər Azərbaycarı ədəbiyyatında tarixi faciənin ilk nümunəsidır. Əsərin mövzusu XVIII əsrin birinci yarısında İranda hökmdarlıq etmiş Nadir şah Əfşarın həyatından götürülmüşdür. Yazıçı bu əsərlə Şərq dövlət quruluşunun xalq mənafeyinə zidd olan mahiyyətini açıb göstərmək istəmiş, tarixi hadisələri müasır vəzifələr nöqteyi-nəzərindən mənalandırmağa çalışmışdır.Faciənin mərkəzi surəti Nadir şahdır. Nadir şah sülaləsindən çıxan, taxt-tacı bir varis kimi qəbul edən şahlardan deyildir. O, eşq içərisindən gələn, quldurluqda ad çıxaran bir adamdır. Əsrin əvvəlində biz Nadiri məhz bir quldur kimi, bir qaçaq kimi görürük. Lakin onda mərd sifətlər də az deyildir və Nadirin həqiqi siması dayısı Cavadla söhbətindən sonra üzə çıxır. O, dayısı ilə söhbətindən sonra dövlət və vətən uğrunda vuruşa başlayaraq qəhrəmanlıqları olan şah bir xalq sərkərdəsinə çevrilir. Sərkərdələr dövründə Nadir xalqı və vətəni düşmənlərdən qoruyur, xalqın və qoşunun böyük məhəbbətini qazanır. Nadirin bu nüfuzundan qorxuya düşən Təhmas şah onu aradan götürmək istəyir, lakin Nadir daha ağıllı və qoçaq tərpənərək Təhmas şahı məğlub edərək hakimiyyəti əlinə alır.Hakimiyyət başına keçdikdən sonra Nadir şah dövlətin mənafeyi, çiçəklənməsi və siyasi nüfuzunun artması naminə işlərə başlayır. O, hər şeydən əvvəl, iki düşməni – sünni və şiə məzhəblərini barışdırmaq, ölkə daxilindəki müxtəlif əqidəli tayfaları birləşdirmək, «qeyri tayfanın dinini bilmək və onunla dininə müvafiq rəftar» etmək üçün onlann müqəddəs dini kitabı olan İncili öz dillərinə tərcümə etdirmək istəyir.Onun həyata keçirmək istədiyi islahatlardan biri yoxsulluq və səfalətin aradan qaldırılması ilə bağlıdır. Nadir şah deyir: «Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmasına ehtimal var…»Nadir şahın xalqın xeyrinə həyata keçirmək istədiyi fikirlər çoxdur. Lakin sarayda xain və yalançı vəzirlər, yaltaq və ikiüzlü saray məmurları onu hər tərəfdən əhatə edərək xalqla əlaqəsini kəsir və kütlədən uzaqlaşdırırlar. Həmişə dövlətin və xalqın xeyrinə çalışan, dövlətin daxili və xarici qüdrətinin yüksəlməsi uğrunda yorulmadan çalışan Nadir şah nəticədə saray xainlərinə inanır, özü də bilmədən onların mənfur niyyətlərinin həyata keçirilməsinə köməklik göstərir. O, ədalətli dövlət başçısı olmaq istərkən ədalətsiz bir hökmdara və əzazil bir adama çevrilir.Ədalətli bir hökmdar kimi Nadir şah despotizmi aradan götürmək istəyir, ancaq özü ən böyük despot olur. Əsərin əvvəlində «qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər» deyən, yalnız vətən və millət yolunda qılınc çalacağına, xalqa xoşbəxtlik gətirəcəyinə and içən Nadir şahlıq taxtına çıxandan sonra öz ailəsini də xoşbəxt edə bilmir. O, dövlət və xalq mənafeyini əldə əsas tutaraq öz yeganə övladını da məqsədi yolunda qurban verir. Lakin özü də bilmədən alətə çevrilən Nadir şah nümunəvi hökmdar və nümunəvi vətəndaş səviyyəsinə yüksələ bilmir.Nadir şahın əsl faciəsi aldandığını başa düşdükdən, oğlunun gözlərini nahaqdan çıxartdırdığını biləndən sonra başlayır və bu mənəvi faciə onun cismani ölümü ilə sona çatır. Nərimanov Nadir şahın faciəsini mütləq monarxiya quruluşunda ixtiyar sahibinin faciəsi kimi şərtləndirir, bu faciəni feodal-ictimai münasibətlərin doğurduğu bir fəlakət kimi qiymətləndirir.«Nadir şah» faciəsi özünün yüksək ideya dəyərinə və sənətkarlıq xüsusiyyətlərinə görə kamil bir sənət əsəri kimi diqqəti cəlb edir. Bu əsər uzun müddət Azərbaycan teatrının repertuarında mühüm yer tutmuş, oxucu kütləsinin diqqət mərkəzində olmuşdur. «Nadir şah» mütləqiyyət quruluşunu ifşa edən, siyasi problemləri maarifçilik mövqeyindən həll edən bir əsər kimi bu gün də aktuallığını saxlayır və oxucular tərəfindən maraqla qarşılanır.