реклама
Бургер менюБургер меню
Məmməd Əvəzoğlu
Последние
Михаил Булгаков - Master və Marqarita
Михаил Булгаков - Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) – Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər.M. A. Bulqakov XX əsrin əvvəllərində «„Caynaqlı mühəndis“» adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra «„Master və Marqarita“» adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur."Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və «„roman içində roman“» prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. «„Master və Marqarita“»da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir.Bulqakov romanı 1928–ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930–cu ildə yandırmışdır.[1] 1931–ci ildə isə yenidən həmin mövzu üzərində işləməyə başlamışdır. 1935–ci ildə Bulqakov ABŞ–ın SSRİ–dəki səfirinin iqamətgahı olan «„Spaso Evi“»nə getmiş və səfir Uilyam Byulit yazıçını roman üzərində işlərini tamamlamağa həvəsləndirmişdir.[2] Əsərin son versiyasının bütün xəttlərini özündə birləşdirən ikinci layihə 1936–cı ildə tamamlanmışdır. Üçüncü layihə isə 1937–ci ildə yekunlaşdırılmışdır.
Чингиз Айтматов - Gün var əsrə bərabər
Чингиз Айтматов - Gün var əsrə bərabər
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Çingiz Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var.Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının baş qəhrəmanı Yedigey də bu böyük mövzunun bir parçasıdır, vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir. El-obada Boranlı Yedigey kimi tanınan Yedigey Cangəldin sözün əsl mənasında zəhmət adamıdır. Yedigey, dünyanın yükünü çiynində saxlayan adamlardandır. O, öz dövrünün adamıdır, öz dövrünə qırılmaz tellərlə bağlıdır. Onun qiyməti də məhz elə bundadır ki, öz dövrünün oğludur.Əsərdə zəngin həyat bircə gün ərzində baş vermiş hadisənin işığında göstərilir. Ədəbiyyatın geniş, planetar miqyasda düşünməli olduğunu nəsrinin əsas yaradıcılıq prinsipinə çevirən Çingiz Aytmatovun bu romanda təsvir etdiyi manqurt mövzusu tarixi yaddaşa münasibətlə əlaqəlidir. Manqurt yaddaşsızlığın obrazı və rəmzidir.Çingiz Aytmatov romanda qarşıya qoyulan problemlərə bu keçmiş cəbhəçi, hazırda dəmiryol fəhləsi olan şəxsin taleyinin prizmasından baxmağa, bu problemləri onun anlayışı, onun gözü ilə həll etməyə çalışmışdır. Yazıçı bu əsərdə, əvvəllər olduğu kimi, yenə də həyatın, yaşayış tərzinin təcrübəsi kimi qiymətləndirilən keçmiş nəsillərdən bir miras qalmış miflərə, əfsanələrə isnad etmişdir.
Народное творчество (Фольклор) - Azərbaycan xalq dastanları 2-ci hissə
Народное творчество (Фольклор) - Azərbaycan xalq dastanları 2-ci hissə
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.
Сабир Азери - Tələbə məhbusun etirafları
Сабир Азери - Tələbə məhbusun etirafları
Sabir Azərinin müstəqillik illərində qələmə aldığı “Tələbə məhbusun etirafları” adlı bioqrafik-sənədli romanı onu sıxan, narahat edən mətləblər haqqında etiraflarından ibarətdir. Bu əsər roman – etiraf adlandırıla bilər. Romanda hadisələr 1956-cı ildə, yəni Sabir Azərinin universitetin üçüncü kursunda oxuyarkən həbs olunmasının təsvirindən başlamışdır. Bu hissəni müəllif “Gedər-gəlməz” başlığı ilə təqdim etmişdir. Romanda müəyyən hissələrə verilmiş başlıqlar da müəllifin öz həyat xronologiyasına uyğundur: “Onda mənim də bəxtəvər günlərim idi”, “Arzularım payıza düşdü”, “Sənə pənah gətirirəm, doğma kəndim!”, “Xoş gördük, doğma universitet!”, “İlk təyinatım və rəsmi iş yerim”, ““Ulduz”da keçən ömrüm” və s. Əsər ümumilikdə on beş hissədən ibarətdir. Bu başlıqlar da əsərin obyektinin yazıçının məhz öz həyatının olmasını və hadisələrin mərkəzində özünün dayanmasını əks etdirir. “Tələbə məhbusun etirafları” romanında Sabir Azərinin öz obrazından başqa həmçinin ümumi şəkildə mətnin daxilində “gizlənən” Vətən və Söz obrazları da nəzərə çarpır. Yazıçı təsvir etdiyi hadisələr vasitəsilə həm də öz şəxsiyyətini şərh etmişdir. Belə ki, əsərin qələmə alınmasında həyat hadisələrinə seçici münasibətin əsas prinsipləri yazıçının özünü düşündürən məsələləri əks etdirmişdir. Bu isə oxucuya müəlifin öz psixoloji portretini və şəxsiyyətini açıqlaya bilir. Romanda müstəqilliyimizin əldə olunması, qanlı yanvar hadisələri, XX əsrin sonunda xalqımızın yaşadığı ən mühüm tarixi hadisələr “Azadlıq yanğısı və meydan hərəkatı” adlı sonuncu hissədə təsvir olunmuşdur. Bu hissədə müstəqilliyimizin, azadlığımızın yeni qazanıldığı dönəmlərdə xalqımızın böyük itkilərlə üzləşməsindən, kommunist rejiminin xalqımıza vurduğu son zərbələrdən, ermənilərin dövlətimizə qarşı xəyanətkar mövqeyindən bəhs edilmişdir.