18+
реклама
18+
Бургер менюБургер меню

Омар Хайям – Rübailər (страница 3)

18
Sağlıqla ölüm fasilәsi bir andır.

«Bihudә yerә hәr tәrәfә cummamalı…»

Bihudә yerә hәr tәrәfә cummamalı, Әsr ilә ayaqlaşmalı, rәhm ummamalı, Zәrlәr nә verirsә fәlәyin nәrdindә, Yalnız o naxışlara baxıb oynamalı.

«Çatmır ki әlin sәnin bu gündәn sabaha…»

Çatmır ki әlin sәnin bu gündәn sabaha, Çәkmәk sabahın dәrdini boş bir sövda. Qәlbin ayıq isә bu günü zay etmә, Yoxdur bu qalan ömrümüzә çünki vәfa.

«Növbәtlә bu gün ömür cavanlıqdı mәnә…»

Növbәtlә bu gün ömür cavanlıqdı mәnә, Badә içirәm, bu kamranlıqdı mәnә. Eyb eylәmәyin ki, acıdır mey, xoşdur, Ondan da acı bu zindәganlıqdı mәnә.

«Alәm dediyin vücud şәkildir, heçdir…»

Alәm dediyin vücud şәkildir, heçdir, Doqquz tәbәqә bu göy sәma, bil, heçdir, Sәn xoş yaşa, bu ölüm-dirim keşmәkeşi Bir lәhzәyә bağlıdır, o da bir heçdir.

«Ey çәrxi-fәlәk, bu kin, әdavәt sәndәn…»

Ey çәrxi-fәlәk, bu kin, әdavәt sәndәn! Hәr zülm doğub sәnin qәdim şivәndәn! Ey torpaq, әgәr döşün yarılsa, şәksiz Min dürrü cavahirat çıxar sinәndәn!

«Ey qәlb, zәmanәdәn ki sәn qüssәdәsәn…»

Ey qәlb, zәmanәdәn ki sәn qüssәdәsәn, Ruhun birdәn çıxıb gedәndir, bil sәn. Әylәş bu çәmәndә, xoş yaşa bir neçә gün, Az sonra çәmәnlik bitәcәk türbәndәn.

«Bir sirli vücuddan törәmişdir bu cahan…»

Bir sirli vücuddan törәmişdir bu cahan, Mahiyyәtini bu cövhәrin yoxdur açan. Hәr kәs nә gәlib ağlına bir sözdü deyib, Әslindә nәdir, dәrk elәmir bir insan.

«Bu kuzә mәnim günümdә bir dilxun olub…»

Bu kuzә mәnim günümdә bir dilxun olub, Bir şux gözəlin saçlarına vurğun olub. Boynundakı qulp o aşiqin bir qoludur, Yarın sarılıb boynuna bir mәcnun olub.

«Dünya deyilәn alәmimiz bir qoca dam…»

Dünya deyilәn alәmimiz bir qoca dam, Onda otarır öz atını sübh ilә şam, Yüz Cәmşidi yormuş, yola salmış bu saray, Bir kordur ki, onda yatıb yüz Bәhram.

«Zәr tәştinә bәnzәr bu sәma zümrüdrәng…»

Zәr tәştinә bәnzәr bu sәma zümrüdrәng, Çox dövr elәmişdir, yenә dә dövr edәcәk. Bir vaxt bu çәrxi-fәlәyin hökmü ilә Gәldik biz dә, getmәdәyik hәr kәs tәk.

«Üç-beş gün ömür növbәtimiz böylә keçib…»

Üç-beş gün ömür növbәtimiz böylә keçib, Çöldә necә yel әsib keçir, öylә keçib, Mәn çәkmәrәm әsla iki gün dәrdini heç: Biri hәlә gәlmәyib, biri dünlә keçib.

«Eyvay ola bir qәlbә ki, od yox onda…»

Eyvay ola bir qәlbә ki, od yox onda, Bir dilbәr üçün yanmayır onda sevda, Bir gün ki şәrabsız keçirirsәn onu sәn Heç bir günün olmaz daha bәdtәr ondan.

«Badәylә yaşa, ki, mülki-Mahmud budur…»

Badәylә yaşa, ki, mülki-Mahmud budur, Çәngә qulaq as, ki lәhni-Davud budur, Keçmiş-gәlәcәk söhbәtini salma yada,