– Mey iç, – dedi, – dünyanın işi sel tәk axır.
«Bizdәn dә qabaq gecә-günüz olmuşdur…»
Bizdәn dә qabaq gecә-günüz olmuşdur,
Göylәr dә yenә bu cür dönüb durmuşdur,
Bu torpağa, gözlә, asta bas addımını,
O, bir gözəlin göz bәbәyi olmuşdur.
«Bәsdir bu cәfәngiyata aldandım hey…»
Bәsdir bu cәfәngiyata aldandım hey,
Bizar elәdi mәni yalan hәr bir şey,
Bundan sonra mәnәm vә şux dilbәrlәr,
Cәnnәt-duzәx demә, de mәşuqә vә mey.
«Bәsdir daha mәscid odu, kilsә dumanı…»
Bәsdir daha mәscid odu, kilsә dumanı,
Bәsdir bu behişt xeyri, cәhәnnәm ziyanı,
Get lövhünә bax, gör ki qәza ustadı
Yazmışdır әzәl gündәn olub-olmayanı.
«Şadlıq mәndәn olur ayıqlıqdan nihan…»
Şadlıq mәndәn olur ayıqlıqdan nihan,
Mәstlik isә olur ağılda nöqsan,
Sәrxoşluq-ayıqlıq arasında bir hal
Var ki, mәn onun bәndәsiyәm, ey insan!
«Tәrkibini meylә qәdәhin kim qurmuş…»
Tәrkibini meylә qәdәhin kim qurmuş?
Heç qırmağını rәva görәrmi sәrxoş?!
Bunca zәrif әllәri, başı, qolları kim
Sevgiylә qurub, kinlә qıran kim olmuş?!
«Bir ox ki әcәl atır, sipәrlәr heçdir…»
Bir ox ki әcәl atır, sipәrlәr heçdir,
Dövlәt, әzәmәt vә simü zәrlәr heçdir.
Dünyadakı işlәrә baxınca, görürәm:
Tәk yaxşıdı yaxşı, özgə şeylәr heçdir.
«Camla mey ilә, saqi ilә bir çәmәnә…»
Camla mey ilә, saqi ilә bir çәmәnә…
Bunlar mәnә nәqd ola, behişt nisyә sәnә.
“Cәnnәt” vә “cәhәnnәm” sözü boş sözlәrdir,
Kim getdi, qayıtdı oradan, söylә mәnә!?
«Dünya malına bunca hәvәs, arzu nәdәn…»
Dünya malına bunca hәvәs, arzu nәdәn?
Heç gördünmü bir әbәdi ömr elәyәn?!
Cismindә gedib-gәlәn nәfәslәr burovuz,
Şey ki burovuzdur, ona bel bağlama sәn!
«Çayda su axar kimi, biyabanda külәk…»
Çayda su axar kimi, biyabanda külәk,
Bir gün yenә ömrümüzdәn ötdü, ötәcәk,
Mәn dәrdini çәkmәrәm nә mәchul sabahın
Vә nә dünәnin ki, heç dönüb gәlmәyәcәk.
«Biz yer üzünә gәlmәmişik istəklə…»
Biz yer üzünә gәlmәmişik istəklə,
Mәcbur olaraq getmәyimiz dә öylә;
Dur, başla işә, şәrab gәtir, ey saqi!
Dünya qәmini yumaq gәrәk badә ilә.
«Novruzda bulud lalә üzün oxşarkәn…»
Novruzda bulud lalә üzün oxşarkәn,
Dur get sәni gözlәyir qәdәhdә badәn,
İndi bu göy otlar ki, edirsәn tamaşa
Bir gün göyәrib çıxar sәnin qәbrindәn.
«Yol tapdı bağa bülbülümüz sәrxoş ikәn…»
Yol tapdı bağa bülbülümüz sәrxoş ikәn,
Mey camını vә gül üzünü gördü gülәn,
Gәldi mәnә hal dili ilә bildirdi:
Anla ki, ötәn ömrü tapa bilmәzsәn.
«Kam almadı heç bu dünyadan bir aqil…»
Kam almadı heç bu dünyadan bir aqil,
Sәn göylәri ya yeddi vә ya sәkkiz bil,
Öldünmü, sәni ya qurd yesin bir çöldә,