18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 8)

18
Bomboş fikrə, xəyala təslim olan kəslərə, İlham üz göstəribmi məgər barı bir kərə?12 Biz ki gözlərimizi sözə dikmişik artıq, Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq.13 Damarları donanlar sözdə tapar atəş, köz, Bağrı yananlar14 üçün dirilik suyudur söz. Sözdür bərbad aləmin abad qalan guşəsi, Bu fələk süfrəsinin ən dadlı azuqəsi! Hər boyadan an söz, ömür-günsən, ömür-gün, Dillə vəsfini vermək, bəlkə də, qeyri-mümkün. Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər, Dilin, nitqin qüdrəti olur sözlə müyəssər. Söz tapa bilməsəydi candakı şah damarı, Can kələfin ucunu – aləmi tapardımı?15 Sözlə kəşf eləyiblər hər qaydanı, hər yönü, Həm təbiət mülkünü, həm şəriət möhrünü.16 Mədən söz və qızılı təklif edib sərrafa, Sərraf tərəzisində söz qızıldan çox baha! Təzə söz, köhnə altun… hansı hakim kəsilir? Söz hara, qızıl hara? Bunu sözdoğan bilir! Öz qüvvəsilə gedər söz qasidi17… tövşüməz, Söz qaldıran dağları qaldıra bilməz heç kəs. Söz gümüşü yanında qara torpaqdı dirhəm, Qızıl hansı itdir ki, onu sözə tay biləm? Heç kəs əyləşə bilməz sözdən yuxarı qatda, Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda. Sözdən xəbərsiz qalır könüldən xəbərsizlər, Sözün yozumu sözdən daha şux, daha dilbər. Nə qədər ki cahan var, sözün coşsun qoy səsi, Qoy sözlə tazələnsin Nizaminin nəfəsi.

Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü

Ölçülüb biçilməmiş dağınıq sözlər belə Sözsə… zərgər yanında bənzər gövhərə, lələ. Ölçülüb-biçilərsə incə fikir, incə söz, Nə qədər gözəlləşər, olar ürəyincə söz. Kim ki sözə söz qoşub tapar haqqın səsini, Sözlə iki aləmin açar xəzinəsini. Bu xəzinəni yalnız açar tapanlar açar, Yalnız söz ərlərinin dilləridir bu açar.18 Sözün tərəzisini quran ulu hökmdar, Sözün aşiqlərini19 sözlə etdi bəxtiyar. Ərşin bülbülləridir20 cahanda söz qoşanlar, Məgər özgələrinə tay tutularmı onlar? Düşüncə atəşilə pərişan olan zaman, Mələklərlə gəzərlər, mənzilləri asiman.21 Sözdoğanlar – nur saçan peyğəmbərin kölgəsi, Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi. Mətanət meydanında kimlər tutdu gör səfi, Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi! Şair ilə peyğəmbər – bir nigarın məhrəmi, Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi. Şairin süfrəsində şirin xurmalar ki var, Xurma deyil, bəlkə də, ürək parçasıdırlar. Ürəyin dişlərilə qoparılmış söz, fikir Torpağın dimdiyilə cilalanmış incidir. Hikmət qaynağı şeiri hər gün alçaldıb bir az, Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.22 Kimin söz pərdəsində ahəngi var, sehri var, Özü yerdə olsa da, ruhu göylərdə yaşar.23 Dizi üstə söz yazıb, ölkələri tutan kəs Dünyada heç bir kəsin qapısında baş əyməz!24 Dizinə dirsəklənib fikrə dalan sənətkar, Sözlə iki cahanın dövlətini qazanar.25 Əyilən məğrur başı ayağını salamlar, Dirsəklənər dizinə, kamanlaşar sənətkar.26