18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 25)

18
Həllacın da ipini bu pambıqdan eşdilər.99 Nə qədər ki bağlıdır qönçə rahat, salamat, Dönür qan çanağına açılan kimi, heyhat.100 Susmaq səadətinə ağız yetərsə əgər, Başından keçənləri qəlbin dililə söylər. Könlünün kasasından yesən, xoşdu bu nemət, Dilinə dəyən kimi atəş kəsilir fəqət. Ən gözəl natiqliyin adı sükutdur bu gün, Sükut ilə yürümək – sənin zəfər yürüşün. İşıq dolu könüllər sükut etməyi xoşlar, Ağız açmaz, bu haqqı özgəsinə bağışlar. Könüllər dünyasında könül lüğəti gizli, Bu lüğəti şərh edər yalnız ürəyin dili. Ey Nizami, layiqdir qənaət mülkü sənə, Çünki dilin xəsisdir, qəlbin – sonsuz xəzinə.

Harun ər-Rəşid ilə dəlləyin dastanı

Xəlifəlik təxtini alırkən ələ Harun, Ucalmışdı bayrağı Abbas101 oğullarının. Öz yataq otağından çıxdı bir gecəyarı, Bir az dincəlsin deyə gəldi hamama sarı. Saçını taraş edən saray bərbəri – usta, Çox dadlı bir xəyala qapılmışdı iş üstə. Dedi: – Ustadlığımdan agahsan, ey xəlifə! Qoy sənə damad olum, xoşbəxt olum bir dəfə. Toy-düyün xəbərini çəkək bu aləmə car, Qızını bu quluna nişanlasan, nə olar?! Bu təklifdən xəlifə öfkələndi bir qədər, Cilovladı qeyzini, susub, dözdü birtəhər. Dedi: “Bəlkə, çaşdırıb onu zəhmim, heybətim, Bəlkə, vurub başına hamamın hərarəti. Ağlını itirib ki, sayıqlayır gəvəzə, Yoxsa dayana bilməz o mənimlə göz-gözə. Ertəsi gün bərbəri yenə bir az əylədi, O qəlp pul üstündəki damğa gördü eynidi. Bir də, bir də xəlifə o bərbəri sınadı, Gördü bədbəxt ustanın qırılmayıb inadı. – Vaxtdır, – dedi, – bu işi ayırd eləmək gərək, Vəzirilə qonuşdu: – Bir məsləhət ver görək. Adicə bir dəlləyin göz qoyun təlaşına, Nə cür alın yazısı yazmaq istər başıma. Mənə damad olmağı heç ona yaraşarmı? Görün, nə deyir mənə, üzündə həya varmı? Yəqin, bəla gətirir başıma qəza-qədər, Gövhərimə atılan daş deyilmi bu məgər? Öz ülgücü əlində, söz ülgücü ağzında,

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.