18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 21)

18
– Zahid soruşdu: – Nəyi? Hacı dedi: – Altunu! Sofu işarə qıldı: – Sus, lütf elə bir qədər, Xaraba kənddən axı kim xərac ala bilər? Sağlığına qızılı sərf elədim bazara, Mənimtək müflis hara, dinar kisəsi hara? Türk ki yəğma elədi, kim dayanar önündə? Evini hindli qula ismarlar hansı bəndə? Belimi qırdı mənim o rükni qızılların86, Dözə bilmədim, yedim, boynumdadır vəbalın. Min bir sevinc içində sofu malı yemişdi, Min bir göz yaşı töküb üzr istəyirdi indi. – Kərəm eylə, lütf qıl, yaman peşman olmuşam, Kafər idim, dönmüşəm, bir müsəlman olmuşam Cahanın təbiəti min fəsada boyludur, Bir fəsad da yarandı, təkcə mənimmi qüsur? Hacıdakı mərhəmət qopartdı bir qiyamət: “Əfv et, önündə dərviş ayaq üstə durub pərt!” Demək, Tanrıya çatdı Tanrının verdikləri, Zəhməti zərgər çəkər, zəri qapar müştəri. Öyüd verdi özünə: – Azca təsəllimiz var, Dərvişin heç nəyi yox… Heçdən nə almaq olar?87 Bir arpası da yox ki, tutub alam əlindən, Çarəm nədir? Taleyə boyun əyməliyəm mən. Sofünun boğazından keçən o maldan qalan, Başı halqalı “Mim”lə kufi “Əlif’dir, inan.88 Əfv olunmaq istəsən, ey şeyx, qulaq as mənə: Haramın olanları halal edimmi sənə? Neştər batır nəfsinə, ey fələktək saxtakar, Ac gözlü, qısa yenli, uzun əlli tamahkar! Heç bir ürək nəfsdən, tamahdan ayrı deyil, Vəfalı, etibarlı kişi yoxdur, bunu bil! Din – əyarı qızıldır, vermə onu şeytana, Fəğfurun şərəfini layiq görmə səgbana.89 Dini şeytana versən, cəzanı sən çəkərsən, Müflisə verilən mal geri dönməz yenidən. Dünya pislik yurdudur, axirət qazancıyıq, Tutub din ətəyindən bir guşə tap, ey yazıq! Bu yolların bəkçisi – yağmaçı quldurbaşı, Burda müflis zəngindən, yoxsul varlıdan yaxşı. Müflislərə toxunmur bu fələyin tilsimi, Yalnız möhtəşəmlərin qırır qafiləsini. Bu vəfasız dünyadan könlüm bir az halıdır, Arını məhv eyləyən öz şəhdi, öz balıdır. Tamah salan varmı heç acı aslan ətinə? Öləndə qurd-quş belə toxunmaz cəsədinə. Ayaq üstə duran şam xonçada, başda gəzər, Bədirlənmək istəyən Ay incələr, əksilər. Torpaqla qurd dostluğu90 eləyir daim külək, Özü yüngül, əli boş, heç nə itirməyəcək. Göl quşları bilir ki, balıqların bəlası, Gümüş pullarındadır, pullar ovun aynası. Sənin diləklərinin tərəzisi olan zər, Beş rükət namazının fatihəsinə bənzər.91 Əgər Nizami kimi sən pak ola bilməsən, Bu arzu yollarında çətin kama yetəsən.

Zalım padşahla düz danışan kişinin dastanı

Ürəkləri sındıran zülmkar bir şah vardı, Dirəşməkdə, höcətdə Həccacı92 mat qoyardı. Gündüzdən gecəyədək hər pıçıltı, hər xəbər, Onun sarayındaca cəmləşərdi hər səhər. Aytək, güntək itigöz bir xəfiyyəsi vardı, Bağlı qalan işləri ustalıqla açardı.93 Sübhtək ikiüzlü, Aytək gecə gəzəndi, Bir gün şahın onündə baş əydi, qüssələndi. Dedi: – Gizli bir yerdə çox deyindi dalınca,