18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 12)

18
Cavab istəyəcəklər, ey soyğunçu, bunu qan! Peşimanlıq həyası boğsun məni, yanmasam, Qoy bağrım daşa dönsün, bu qüssəni qanmasam. Bu peşmanlıq, bu həya, bu iztirab, bu kədər, Yol yoldaşım olacaq məhşər gününə qədər! Çiynimdəki yük50 qədər deyin, kimin yükü var? Dünyada kim mənimtək bunca zavallı olar? Bu qədər cəvahirdən, bu qədər cah-calaldan, Nə apara bildi Cam, nə götürdü Nəriman? Sonsuz vilayətimdə hər şey itaətimdə, Nə istəyirəm daha mən öz aqibətimdən?” O qədər dəyişdi ki, şahın halı, əhvalı, Naləsindən yumşaldı atının polad nalı. Ordugaha dönüncə təzələdi işləri, Vilayəti bürüdü həssas nəvazişləri. Əli qələmli, adil bir şah gördülər onu, Fərman verib ürəklə, kəsdi zülmün yolunu. Boğdu cövrü, cəfanı, car çəkdi ədaləti, Axır nəfəsinədək qorudu səadəti. Zəmanədə nə qədər devrim – inqilab oldu, Nuşirəvan ölsə də, onun haqq səsi qaldı. Onun adı yazılmış sikkənin üzərində, “Adil” sözü gördülər xoş günlərin birində. Bəli, ondan dünyada parlaq xatirə qaldı, Ədalətin zəngini kim ki çaldı, ucaldı. Könül yıxma, könül tik, can qoy xalqın uğrunda, Səndən mehrini onda əsirgəməz Tanrı da. Tap, sənə yar olsunlar Günəşə at çapanlar51, Dostun səfası üçün cəfa çəkən – bəxtiyar. Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver, Onda hamı deyəcək: – Qulunam, fərmanı ver! Məhəbbətində qızğın, nifrətində soyuq ol, Günəş kimi, Ay kimi payla nurunu bol-bol. Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar, Bir gün həmən yaxşılıq öz üstünə qayıdar. Sən çərxin gərdişinə qiyas gözüylə baxsan, Yaxşı-yaman gündə də haqşünas olacaqsan! Bu hərlənən günbəzin dal seyrinə bir müddət, Hər şeydən üstün nədir? Tanrımıza itaət! Üz döndər suçlarından, yaxşılıq et, haqqı tap, Təki peşman oluban çəkməyəsən dərd, əzab. Üzrə, hiyləgərliyə əl atma, bəyənilməz, Gözəl işlər gözləyir dünyada səndən hər kəs. Sözlə başa gəlsəydi bu dünyanın nizamı, Fələklərin çiynində yer tutardı Nizami.

Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti

Günlərin bir günündə qanad açdı diləyi, Bir çırağa yetişdi Süleymanın küləyi. Təntənəylə, calalla yön aldı çöl səmtinə, Qaldırdı öz təxtini göyün mina təxtinə. Çöldə bir cütçü gördü, təzələndi nəfəsi, Onda sevinc oyatdı əkinçinin həvəsi. Evindən gətirdiyi ovuc-ovuc məhsulu, Səxavət mədəninə saçmışdı zəhmət oğlu. Dən səpilən guşələr göyərmiş xırda-xırda, Əgər danədən bir neçə sünbül boy atmış orda. Danələrin sirrini əkinçi bir-bir açdı, Süleyman dilə gəldi, sanki quşlar danışdı: – Bir az mərdanə davran, gözü tox ol, ey qoca! Əkdiyini biçib ye, bəsdir, tər tökmə bunca. Quş deyilsən ki… dəni boş yerə çölə saçma, Gəl, mənimlə bu yerdə quş dililə danışma52. Hanı əlində belin? Az cırmaqla səhranı, Nə suyun var, nə arxın. Zay eləmə arpanı. Düşün: sulu torpağa biz səpdik nə qədər dən,