реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 6)

18
Kəsildi evlərdən xeyrin ayağı, ana balasını boğdu bələkdə. Ziyalı tutmaqda – «Dənizqırağı», birinci yer tutdu bütün ölkədə. Tutuldu, sürüldü hərə bir adda, «pantürkist», «panislam»… başqa ləkəymiş. Deyirlər, otuz il ədəbiyyatda bığ sözü yazmaq da bir təhlükəymiş. O vaxt dəyişdilər türk adımızı, biz seçənə kimi xeyiri şərdən. Oxuya bilmədik bayatımızı, düşəri-düşməzi olardı birdən. Poylu vağzalını xatırlayıram, qaraydı onda da bir az qanımız, Döşəyin yununu tökmüşdü anam; o il dolmamışdı yun planımız. Sədr bir kluba yığmışdı bizi, döşünə döyürdü qalxıb bir nəfər. O zaman birinci katibimizi, Siyasi Büroya seçməliydilər. Mən taxtın üstündə yatdım o gecə, anam ufuldadı, özgə neyləsin. Yun şalı var idi, məndən gizlicə üstümə salmışdı, soyuq dəyməsin. Yaxşının yerinə yamanı qoyduq, pozduq sualların cavablarını. Nitşeyə, Kiplinqə meydan oxuduq, oxuya bilmədik kitablarını. Hardasa tapdanır yenə haqqımız, qarışıq salırıq ağı qarayla. Sarsılır «Sarsılmaz İttifaqımız», boğazdanyuxarı «dost» şüarıyla. Siqləti ağırdı ötən illərin, ağırdı insanın əsəb dözümü. Tarixdən imtahan götürənlərin Tarix imtahana çəkir özünü

BİR QOCA TƏR TÖKÜRDÜ

Bir qoca tər tökürdü, daş qoyurdu daş üstə. Dedim yorulmayasan, avand olsun, ay usta. Ona deyə bilmədim nədir səndə bu həvəs. Dünyada raketləri yerləşdirir filankəs. Səni prezidentliyə, ya baş nazir yerinə namizəd göstərərdim, məqam düşsəydi mənə. Daşyonana verərdim vəzifəni mən hətta, – ev yıxmaq yox, ev tikmək dəb düşərdi həyatda.

BİR TƏSƏLLİM QALIRDI

Uçurdular bir evi, bir ağacı kəsdilər. Uçurmağa, kəsməyə gör necə tələsdilər. Görmədilər budaqda uçan quş yuvasını. Dağıtdılar içimdə xatirə dünyasını. Buldozerin ağzına