реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 8)

18
Yolu-izi çaşar birdən, qonşulardan soruş-öyrən. Tək darıxır evdə hərdən, o gedib darda qalıbdı. Qulağıma gəlmir səsi, sönüb ürəyin həvəsi. Evdən köçüb ev yiyəsi, şəkli divarda qalıbdı.

«Yox oldu o gülərüz…»

Yox oldu o gülərüz, o ağ, bakirə bədən. Evdə də gizlədərdi özünü öz ərindən. Sən həya saxlayırdın, – arada abır, ismət. Səni mənim əlimdən torpaq aldı nəhayət.

OĞULLAR

Oğlum anasının tərəfindədir, elə anasıdır sözü, söhbəti. Mən indi bildim ki, məhəbbət nədir, – oğlumdan öyrəndim bu məhəbbəti. Sən sussan yanımda xətrinə dəyər, hisslər var dünyada qəlizdir, oğlum. O məndən inciməz, səndən inciyər, bu da dərkolunmaz bir hissdir, oğlum. Vaxt olub, nə qədər mən and içmişəm. o gözü seçmişəm gözlər içində. Onun tərəfinə özüm keçmişəm, anan tək qalmayıb qızlar içində. Məni əvəz etdin mənim yanımda, həyatın təkrarı bundadır bəlkə?! Mənim tərəfimə keçsəydin, onda mən də inciyərdim ananla birgə. Sənin ürəyini o duyur, oğlum, bu eşqi yaşatsın qoy bu duyğular. Ata şərəfini qoruyur, oğlum, ana tərəfində olan oğullar.

REKLAM

Qadın gördüm vitrində, Başdan-ayağa çılpaq. Müştəri gözləyirdi saatı – əlli frank! Reklam isti bir nəfəs, uca qamət, ağ bədən. Gözəllik himni imiş qadında çılpaq bədən! Surəti köçürülüb elə bildim əsərdən. Döşləri titrəyirdi. çiyni əsirdi hərdən. Göbəyini, yanını göstərirdi əliylə. Bir şərqli üz-üzəydi Avropa gözəliylə! Bu, axşam bazarıydı, çəkilmişdi əl-ayaq. Qadın gördüm vitrində başdan-ayağa çılpaq. Eşqə, ülfətə layiq bir can gördüm mən orda. Eşqini, ülfətini satan gördüm mən orda.

AZƏROĞLU

Səndən ötrü çəkilib