реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 10)

18
Kolizey – dünyanın antik əsəri, suala, sorğuya çəkmə sən məni. Sezar, Antonio, Kleopatra, bir ərəb gözəli, iki hökmdar! Zaman məhəbbətə yol açdı yarəb, – Misir torpağında əsir oldular. O taxtdan ucaydı bu eşq, bu ülfət, uduzub sevgiyə adi baxanlar. Yalnız ürəksizdə yoxdu məhəbbət, barı bir qadından utansın onlar. Spartak vulkan tək püskürdü yerdən, qalxdı Sisiliya, bu yarım ada. Qədim avtoqraf qalır o gündən, əhsən yazana da, saxlayana da! Qərbi, yadımdadı, pisləyərdilər, bəzən danardılar şan-şərəfini. Yaxşı tərəfini gizləyərdilər, açıb tökərdilər pis tərəfini. Gərək kapitalist ölkələrini söyəydik dost ilə yad məclisində. Kimsə öz içinin ləkələrini gedib axtaraydı özgə üzündə. Siyasi iqtisad müəllimimiz, şerimiz, sözümüz, hətta himnimiz deyirdi: dağılır Qərbdə kapital, orda fəlakətdi, bizdə cah-cəlal! Amma dağılmırdı… biz deməliydik, sözümüz zamanın minik atıydı. Ölümüz düşsə də sevinməliydik, – Stalin dövrünün təbliğatıydı. Göz yaşı, iztirab, ya pessimizm, sovet adamına bunlar yadıydı. İnkişaf eləmiş sosializm, – Brejnev dövrünün təbliğatıydı. Niyə?! – səbəbini soruşanların dərsini verdilər otuz yeddidə. Burda görüşdüyüm bu insanların gözəl qəlbi də var, nəzakəti də. Burda da həyat var, torpaq var, el var qurulu ev gördüm, ailə gördüm. Burda da işləyən zəhmətkeş əl var, bu əli hər yerdə mən belə gördüm. Gözüm gördüyünü danışım gərək, bu hissi yaşayır can da, ürək də. Çətindi düz yolda əyri yerimək, düşüb əyri yola – düz yerimək də.

QOCAMAN

Qocaman bir kommunist, bir vəzifə sahibi xatirə danışırdı, əhvalı qarışırdı. Sovet hökumətinin tərcümeyi-halıydı. – özü deyirdi bunu. Otuz yeddinci ilin danosbazı,çuğulu! Partiyanın filan vaxt sınanılmış oğulu, – özü deyirdi bunu. İstirahət evində hökumət hesabına qulluq edirlər ona, dərman verirlər ona. deyir: yoldaş Stalin,