реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 11)

18
Mikoyan və Mircəfər… Tərcümeyi-halını vərəqləyir bir təhər. – Partiya tarixinin arxivinə kedin bir, – orda yazılıb deyir. Huş itir, yaddan çıxır, təzədən salır yada; qoca öz dünyasıyla – Əslində necə oldu, başa sal görüm məni, Leninin çiynindəki beş metrlik şalbanı, götürənlər içində ikimininci oldun?! Əslində necə oldu? Necə oldu, çoxunu sıxdı, apardı həyat, sən qaldın sağ-salamat. Kimsə ləkəli getdi, gözü kölgəli getdi, sən hər zaman pak, təmiz… Suallar haqlı, qəliz, Sular axıb durulub, indi bulanır qoca. Təsdiq elədiyini dəyişir, danır qoca. Gedənlər gedib daha, qalan xatirə deyir. Dünya təzə don geyir, İstirahət evində, hökumət hesabına qulluq edirlər ona, dərman verirlər ona.

ŞORSULU KƏNDİNDƏ, KÜR QIRAĞINDA

Aslan, ad gunünə qonaq gəlmişəm, uşaqlar sevincə ortaq olublar. Dar gündə yanımda səni görmüşəm, çiyinin çiynimə dayaq olubdu. Dünyanın ən gözəl bir bucağında, neçə əl qızınıb od-ocağında. Şorsulu kəndində, Kür qırağında bir ağac əkibsən, min bağ olubdu. Bu yerə nə qədər ayaq basılıb, bir kitab görmüşəm, üstü yazılıb. Bir şəkil görmüşəm, evdən asılıb, sizdə Səməd Vurğun qonaq olubdu. Qadınsız bir evdə kişi hayıfdı, nə deyim, deyibsən eldən ayıbdı. Sənin də qapını dərd tanıyıbdı, görüşünüz məndən qabaq olubdu. Sən az çəkməyibsən Nəriman qağa, yaxşı adamlara canım sadağa. Ucalar əyilir daşa-torpağa, torpaqda vətəndaş bir xalq olubdu.

ZAMANLA ÜZ-ÜZƏ

Həkimlər əsirlər birinin üstə, həkimlər yatanı oyada bilmir. İynələr sancılır dərinin üstə, xəstə son mənzildən qayıda bilmir. Qocalıb, soruşma neçə yaşdadı, canının suyu yox, gözünün odu. Bir şəfqət bacısı qaçha-qaçdadı, baş həkim deyinir, dağıdıb yodu. Yaşamaq istəyir dünyada bəşər,