реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 3)

18
Yaşadım, bilmədim bu dünya nədir, Bilmədim, dünyada nədir səadət. Kədərim dünyanın vecinə deyil, Sevincim necə bəs, düşürmü yada? Bəlkə dünya üçün, bu – heç nə deyil, Nə qədər sevinc var, qəm var dünyada. Dünya sərgisində göründüm, yetər, Həqiqət dedim mən ”yalan dünya”ya, Dünyanı əyləncə hesab edənlər, Əylənib baxsınlar bir an dünyaya

TARİXİN GÖR HANSI MƏRHƏLƏSİNDƏ

Mənim tariximə yüz ağa çıxıb, «Maşallah!» – keçiblər bütün sədləri. Xalqlar yarışında qabağa çıxıb xalqların rəhimsiz yol kəsənləri. Daşları yazırlar, tez ötürürlər, yerə basdırırlar, – niyyətdir deyə. Sonra qalxan tutub ox götürürlər – tapdığım tarixi sənəddir, – deyə. Sitat gətirirlər ,tarix yazırlar keçib Kürümüzü, Arazımızı. Alban dövlətinə sahib çıxırlar danıb Azərbaycan ərazimizi. Yaşayaq, yaşadaq gərək tarixi,           tapmaca deyil ki! –                      tarix yozulmaz. Qanıyla yazıbdı Babək tarixi, qan yuyula bilər, qan yerdə qalmaz. Sahildən sahilə yan alır qayıq, onu hər əsən yel yolundan əyməz. Biz od qonşusuyduq, gor qonşusuyduq. od da müqədddəsi, gor da müqəddəs. Qonşu – biz görmüşük qohumluq eylər, bir imdada çatar ,ya qulluq eylər. Qonşu qonşusuna xəyanət etməz, sən öz torpağını mənə ver! – deməz. Ara qarışdırır ortada kimsə, kimdi tanıyırıq, o guya bilmir. Bayquş radiolar verib səs-səsə, bülbül bağçamızda oxuya bilmir. Tarix avam deyil, torpaq səbirsiz, soyutma tərini yad köləsində. Bizə düşmən çıxıb dost dediyimiz, tarixin gör hansı mərhələsində.

MƏN SƏNİ SEVDİM Kİ

Mən səni sevəndə yaz havasıydı. Neyləyim taleyin gözü tökülsün. Həyatım – əlində quş yuvasıydı, quran özün oldun, uçuran özün. Mən səni sevdim ki, yoldaş olasan, Həyatın ən ağır dar yollarında, Demədim axırda bir daş olasan, qədim qəbristanda, yol kənarında. Mən səni sevdim ki, sevin, qaç, oyna. Yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, axşam yuxuma gir, səhər qaç ordan. Yadıma nə düşür! – sənin ad günün, biz qoca deyirdik, dünya təzəymiş. İli yox, həyatda insan ömrünün anı da tarixi bir hadisəymiş.

HEYİF O KƏSƏ Kİ

Dünən bir nəfərlə söhbətim olub, təzə dil açmışdı o qaradinməz. Soruşma nəçiydi, özü kim olub,