реклама
Бургер менюБургер меню

Nəriman Həsənzadə – Dostlar gözləyir məni / Şeirləri və Poemaları (страница 2)

18
Yuxuda gün çıxır heç axşam olmur. Hamıyla əl tutub görüşürəm mən, babamla, nənəmlə öpüşürəm mən. Anamı tapmıram, ay haray… anam! Axtara-axtara mən ayılıram.

DÜNYANIN ƏN SAKİT YERİ

Yenə havalıydı divanə könlüm, nə sənə taleydi, nə mənə könlüm. Dünyanın ən ucqar, ən sakit yeri, Qolumun üstüydü səndən ötəri. Sən dedin beləcə daşa dönəydik, mən dedim daşa yox, quşa dönəydik. Uçaydıq, doyunca nəfəs alaydıq, yerə enməyəydik, göydə qalaydıq. Üzərrik yandırıb sən düz ataydın, Qolumun üstündə bir az yataydın. Sən dedin quş olsaq, bizi vurarlar, daş olsaq, dəyməzlər, dinc oturarlar. Mən dedim daş olsaq, görərlər bizi, götürüb divara hörərlər bizi. Yandıq bu eşq ilə, bu arzu ilə, bu arzuya əhsən, bu eşqə əhsən. Daşa dönmüşlərin içində hələ, daşa dönməyəni bizik deyəsən. hələ məhəbbətə inanan bizik, yanıb içimizdə gül olan bizik. Allah, ya daş eylə: divarda qalaq, ya bizi quş eylə, yanına qalxaq.

OĞUL

Məndən inciyirsən, söz demək olmur, mən sənin atanam, ananam oğul. Səni danlayıram sənin xətrinə, yandıran deyiləm, yananam oğul. Ana olmayanda, ata tək qalır, unu ələyirlər, bir kəpək qalır. İp əldə darta-dart, çəkə-çək qalır, çəkmə qırılanam, sınanam oğul. Mən ağıl vermirəm, ağlına qurban, qara saçlarıyın ağına qurban. Ana xiffətin var, mən ona qurban, mən də Sarasızam, Sən anam oğul.

SALIBDI

Neyləmişəm mən dünyaya bilmirəm, - hərəmizi o bir yana salıbdı. Bir yolumu işə salıb səhərlər, bir yolumu qəbristana salıbdı. Hanı könül qoşa dövran sürdüyün, dəyişibdi eşitdiyin, gördüyün. Neçə-neçə ev-eşiyə toy düyün, bizim evə o yasxana salıbdı. Yada salma sentyabr ayını, aldı, getdi baxtımın ilk payını Gizlənpaçdı bu dünyanın oyunu? niyə məni bu oyuna salıbdı?

«Bir yol ayrıcına bənzəyir həyat…»

Bir yol ayrıcına bənzəyir həyat, Yaramaz həyatın üstündə əsmək. Cəsarət istəyir, bir də ehtiyat, Nə ləngimək olar, nə də tələsmək. Ehtiyat elədim orda ki, bir vaxt, Cəsarət hər şeyə, məncə, dəyərdi. Cəsarət göstərdim orda ki, ancaq, Adi bir ehtiyat bəs eləyərdi. Bu dünya qəribə bir əyləncədir, Dünya sərt, mən bəzən uşaqxasiyyət.