18+
реклама
18+
Бургер менюБургер меню

Мультатули – Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları (страница 4)

18

Əziz oxucu, yəqin misralara gömülən bir dəllal kimi necə axmaq göründüyümü təsəvvür edə bilirsən. Əminəm ki, əgər “Şallı adam” – onu belə adlandırmağa davam edəcəyəm – məni gündüz vaxtı görsəydi, o, məndən belə bir xahiş etməzdi. Çünki ehtişam və ləyaqəti gizlətmək olmaz. Amma axşam vaxtı idi deyə mən etiraz etmədim.

Əlbəttə, bu cəfəngiyata baş qoşmaq mənlik deyildi. Onun harada yaşadığını bilmirdim, onun haqqında heç nə eşitməmişdim. Onun ya xəstə, ya ölmüş olduğunu sanırdım. Keçən həftə Rozemeyrdə – şəkər çuğunduru dəllalları – bir məclis vardı. Fred ilk dəfə bizimlə gəldi. Onun 16 yaşı var və mənim fikrimcə, onun yaşında bir cavan gərək dünyanı görə, bilə. Yoxsa ya Vester Marketə, ya da ona bənzər bir yerə gedəcək. Qızlar piano çalır və oxuyurdu, desert gələn vaxt isə biz eyvanda oynayarkən onlar da bir-birlərini qıcıqlandırmağa başladı. Bu, Fredi narahat edirdi.

– Hə, hə, Luisa, – Betsi Rozemeyr dedi, – sən ağladın. Ata, Fred Luisanı ağlatdı.

Arvadım dedi ki, Fred belə dəcəldirsə, bir də gərək bizimlə çıxmasın. O, Fredin Luisanı çimdiklədiyini, ya buna bənzər nəsə etdiyini düşünmüşdü. Bu isə heç də qəbuledilən davranış deyil. Mən də həmçinin bu barədə nələrsə deməyə özümü hazır etmişdim. Bu anda Luisa dedi:

– Yox, yox. Fred nəzakətli idi. İstəyirəm yenidən etsin bunu.

– Sonra nə? O, qızı çimdikləməyib. O, əzbər şeir deyirdi. Vəssalam. Əlbəttə ev sahibəsi desert vaxtı istəyir hamı desin-gülsün. Bu kompaniyanı canlandırır. Xanım Rozemeyr Luisanı ağladan şeyin bizi əyləndirdiyini düşünmüşdü. Bu səbəbdən də hind quşu saqqalı kimi qıpqırmızı olan Freddən onu təkrarlamağı xahiş etdi. Onun nə etdiyini başa düşə bilmədim. Bu həqiqətdir, həmin yaşda qız çox tez hönkürtü ilə ağlayır.

– Gəl Fred! Zəhmət olmasa bunu et! Və Fred başladı. Mən oxucunun marağını uzatmaq istəmədiyimdən burada qısa bir şey deyim ki, onlar evi tərk etməzdən öncə “Şallı kişi”nin bağlamasını açdılar və Fredlə Meri hərəsi oradan mənə sonradan böyük problem yaradacaq bir parça sentimentallıq çıxartdı. Bu kitab öz varlığına görə həmin bağlamaya borcludur və bunu indidən, zamanında deməliyəm. Çünki istəyirəm hər kəs mənim həqiqəti sevdiyimi bilsin. Və mən həm də yaxşı biznesmenəm. (“Last və Ko” qəhvə dəllalları. Laurier küç 37.) Fred cəfəngiyat dolu bir şeiri əzbərdən dedi. Cavan bir oğlan anasına aşiq olduğunu, sevgilisinin başqası ilə evləndiyini (məncə, bu xüsusda qız düz edib.) deyir. Bununla belə, anasına hər zaman onu sevdiyini bildirir. Bu bəyanat doğrudur, yoxsa yox. Səncə bunu demək üçün nə qədər sözdən istifadə edilib? Hər bir halda, Fred söhbətini sonlandırmazdan öncə bir parça çörəyimi və pendirimi yeyib qurtarmışdım və ikinci armudumu da bitirmək üzrə idim. Amma Luisa yenidən ağladı və xanımlar bunun çox gözəl olduğunu bildirdilər.

Sonra Fred – mən düşünürəm ki, o, şah əsərini elan etdiyini sanırdı – onlara dedi ki, əzbər dediklərini bizim evimizə “şallı kişi”nin göndərdiyi bağlamadan götürüb. Və mən bəylərə bunun necə baş verdiyini izah etdim. Amma Fred də orada olduğu üçün yunan qızdan, yaxud Kapelsteqdən heç nə demədim. Hər kəs mən tərəfdən həmin kişidən qurtulmağın doğru addım olduğunu sanırdı. İndi sən görəcəksən ki, qutuda daha dəyərli başqa şeylər də vardı, onlar irəlidə bu kitabda peyda olacaqlar. Çünki həmin şeylərin şirkətin qəhvə auksionu ilə bağlılığı var.

Sonra naşir məndən Fredin əzbərdən dediyi bir parça şeirə mənim nəsə əlavə edə bilib-bilməyəcəyimi soruşdu. Mən razılıq verdim, amma qabaqcadan istədim deyəm ki, ifadə olunan hisslərə görə məsuliyyət daşımıram. Hər şey cəfəngiyatdır. Hərçənd bu istəyimdən çəkindim. Bircə şeirin – “Padanqda” 1843-cü ildə yazıldığını qeyd etdim. Padanq qəhvəsini nəzərdə tuturam.

Şeir: Of, əziz anam, evdən çox uzaqlardayam, Mənə həyat verən ölkədən də. Ümidsiz, tərk edilmiş vəziyyətdə sərgərdan gəzirəm. Mən yer üzünün bir qəribiyəm. Həmin evdə olanda gözlərim yaşardı, Bir cüt göz yaşı parıldadı gözlərimdə, Nəvazişli bir əl qorxumu qovdu. Anamın sevgisi yaxında idi artıq! Məni etibarlı ürək qoruyurdu, Həmin köməksiz uşağı Əvvəl ayaq deyməmiş yerlərlə gedərkən, Mülayim sözləri və baxışları ilə bələdçim idi. Amma tale bu bağları qırdı Bizi, ikimizi birləşdirə həmin tale, Və indi yad sahillərdə olarkən, Mən yalnız Allahlayam, başqa kimsəm yoxdur. Amma əziz anam həmin sevgi hələ də mənimlədir. Həm kədərdə, həm sevincdə yanımdadır. Həmin sevgi azalmayan rayihə ilə Həmin sevilən oğlanın ürəyini doldurur. Evdə, qorxulu dörd il bundan öncə Mən bir sahildə dayanmışam. Və məncə mən gələcək düzləri görürəm, Bilinməyən, qarşıdakı, gözəllikləri də dururam. Qəfildən mən bu günə nifrət edirəm. Xəyallarım qururam, üzərimdə lütf duyuram Özümü cənnətdə bilirəm. Digərləri vecimə olmur. Mən xudahafiləşirəm, indi peşmanam. Bu qəfil bir səhnə idi, Çox tez də yox olub itdi, Off, necə də aldanıldım. İldırımlarla dolan zaman, Artıq həmin izlər geridə qaldı. Bu zaman məlahətli bulağı qurutdu, Mənim hüzurmu, dincliyimi pozdu! Mən həm kədəri, həm sevinci yaşamışam. Mən düşünmüşəm, mən cəhd etmişəm. Səmimi dualarımla sakitlik axtarmışam. Amma hələ də içimdə fırtınalar var. Və mən Ona gözlərimdə yaş təşəkkür etmişəm. Mənim olanı özününkü etdiyi üçün. Mən ahlarım keçid alır sevinc.. Mən ona yalnız, təkbaşına dualar edirəm. Sevgi qəlbimi əvvəl qayğı ilə Sonra narahatlıqla doldurarkən, Tapdığım yalnız kədər və ağrı oldu. Hərçənd məhz orada dinclik axtarırdım. Onun xətrinə sevinclə əziyyət çəkirdim, Kədər içində, əzizim üçün qovrulurdum. Bütün qurbanlara gedərəm, təki bircə, Taleyim onu burada, yanımda saxlasın. Onun rəsmi ürəyimdə kök salıb. Son nəfəsimə kimi bu fikirdə qalacam. Uzaqlarda olsam da, bir gün yenə,