18+
реклама
18+
Бургер менюБургер меню

Mirzə Ələkbər Sabir – Məktəb şagirdlərinə tohfə (страница 4)

18
Adam yıxansan, a buz! Az qalıb ömrün sənin, Yaz gələr, artar qəmin: Əriyib suya dönərsən, Axıb çaya gedərsən!”

YAZ GÜNLƏRI

Gəl, gəl, a yaz günləri! İlin əziz günləri! Dağda ərit qarları, Çaylar daşıb sel olsun, Taxıllar tel-tel olsun. Bağda ərit qarları: Ağaclar açsın çiçək, Yarpağı ləçək-ləçək.

AĞACLARIN BƏHSİ

Alma, palıd, şam ağacı hal ilə Eylədilər bəhs bu minval ilə: Başladı tərifə palıd qamətin, Öydü özün, zorbalığın, halətin: “Yetməz olur, – söylədi, – dağlar mənə, Layiq olur fəxr edə bağlar mənə; Az qala başım yetişir göylərə, Şax budağım kölgə salıb hər yerə; Əssə külək, qopsa da tufan, yenə Əyməyə əsla gücü çatmaz mənə; Canlıcadır, zorbacadır baldırım, Sındıra bilməz məni heç ildırım!” Alma ağacı ona verdi cəvab: “Eyləmə tərif özünü, ey cənab! Zorbadı hərçənd ki, qəddin sənin, Yox mənə tay olmağa həddin sənin; Səndə bitər bir neçə vecsiz qoza, Ancaq o da qismət olur donquza. Məndə, vəli49, yaxşı, gözəl alma var, Rəngini hər kim görə heyran qalar! Dadlı, lətafətli, məlahətlidir, Saplağı incə, özü ləzzətlidir!” Şam ağacı bildi bu keyfiyyəti, Söylədi: “Bəsdir, buraxın söhbəti! Boş danışıqdan nə çıxar, ay balam? Qış günü siz çılpaq olursuz tamam; Leyk50 mənim qışda dəxi yaz kimi, Yaşıl olur paltarım atlas kimi; Laziməm ev tikdirən insanlara, Həm dirəyəm, həm qapı eyvanlara; Qış sobada xəlq məni yandırar, Mənfəətim xəlqə mənim çox dəyər”.

CÜTÇÜ

Çıxdı günəş, doldu cəhan nur ilə, Cütçü sürür tarlada cüt şur51 ilə. Atlar, öküzlər kotana güc verir, Gah yürüyür, gah yıxılır, gah durur. Cütçü batıb qan-tərə, yer şumlayır, Şumladığı tarlasını tumlayır. Olsa da artıq nə qədər zəhməti – İşləməyə var o qədər qeyrəti. Çünki bilir rahət əziyyətdədir, Şad yaşamaq səydə52, qeyrətdədir. İndi əgərçi ona zəhmət olar, Qışda əyali53, özü rahət bular: Cəm edəcək tarlasının hasilin, Bəsləyəcək ailəsin, həm elin.

QARĞA VƏ TÜLKÜ

Pendir ağzında bir qara qarğa Uçaraq qondu bir uca budağa.