реклама
Бургер менюБургер меню

Mikayıl Müşfiq – Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri (страница 3)

18
Yarın sönər zalımların tökdüyü yaşla. Salam sənə, Çin işçisi, üsyana başla!

DÜŞÜNCƏ

Günəş ipək tellərinin sarımtraq rəngini Səhər çağı dalğa-dalğa hər tərəfə yayırkən Gətirirəm xəyalıma bir al bayraq rəngini. Düşünərək derəm, bu da, əvət bir sabah erkən Bir dünyanın göylərində günəş kimi hər səhər Parlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər. Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara Hər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram. Şən gecələr ay işığı düşürkən yamaclara Şuraların ellərdəki kölgəsini anıram. Dilbər sular dalğasına dənizlərdə, göllərdə Oxuyaram yeni həyat sevdasilə çırpınan, Əskiliyə üsyan edən könülləri hər zaman. Yorğun-arğın karvanilə səhralarda, çöllərdə Bəzi gecə yarı yolda qalanları dinlədim, – Hankı şeydir yolçulara nicat verən? – söylədim. Birağızdan dedilər ki, dan yeri, dan ulduzu! Sordum, bundan gözəli yoxmu parlayanların? Dalğalandı qarşımda o vaqıt bu diyarın Al bayrağa sığınmış könül açan ulduzu.

HƏSRƏTLİ QARI

Kürdüstan dağları döşündə bir yol, Bir yol ki, upuzun, bir yol ki, qıvrıq, Zümrüd ətəklərlə qapalı sağ, sol. Ayrıcında yolun bir qarı durmuş, Alnı düşüncəli, qolları sarqıq, Yetim baxışlarla boynunu burmuş. Baxır nəvazişlə ulu dağlara, Özündən ixtiyar, mutlu dağlara, Çulğamış üzünü sirli bir hüzn. Varlıq xəbərsizdir onun halından, Günəşsə ağ saçlı bürclər dalından Əl atıb, üzünü açır gündüzün. Bilinməz qəlbinin daşıdıqları, Yolçəkən gözlərlə bu məhzun qarı Doğrudan görəsən kimləri gözlər? Ey yolçu, ey çoban, ey havalı quş! Sizi bəkləməkdən artıq yorulmuş O qaynayan, axan diqqətli gözlər. İştə bir araba gəlir uzaqdan Müsəlsəl, qarışıq gurultularla. Bir tunc əksi-səda qarşıkı dağdan Söyləyir: “Qarını, durma, xəbərlə!” Yerində diksinib ixtiyar qadın Titrəyir, əsərək yarpaq vücudu. Almaqçın üstünü bir köhnə yadın, Bir fayton qarının önündə durdu. Faytonda oturmuş yorğun nəfərlər Bizim kənd və qəza işçiləridi. Söydilər: – Ana! Nə var, nə xəbər? Qadın yolçulara ruhunu gərdi. Qovmaq istər kimi tutqun fikrini, Bir kirpik çalaraq, başını silkdi. Yolçular süzüncə biri-birini, Qadın gözlərini onlara dikdi… Könül dəftərini vərəqləyincə Saçıldı boşluğa xalis incilər. Başından keçəni incədən-incə Açdı yolçulara, dedi müxtəsər: – Ay bala! On iki il bundan qabaq bir İmansız ayrılıq mana qurdu dam. Fələk dedikləri daşürəkli pir