реклама
Бургер менюБургер меню

Mikayıl Müşfiq – Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri (страница 5)

18
Dağıldı ölkələr, talandı ellər, Sonalar oylağı tarımar oldu. Qəm tərənnüm etdi sevdalı dillər, Ellərin şənliyi xakisar oldu. Bizim halımıza tutuldu göylər, Buludlar belini büküb ağladı. Qəlbimi yatağan duyğular kəsər Zehnimdə gəzdikcə keçmişin yadı. Hər duman bir ahdı, hər səs hıçqırıq O zaman ruhumuz gəlirkən dilə. İndi yeddi sənə oldu ki, artıq Qəlbimiz döyünür öz qaydasilə. İndi, ey bu yoldan ötən yolçular! Axı, burda mənim kimim, nəyim var? İndi mən bu halda neyləyim, ey dost? Qoy sizə dərdimi söyləyim, ey dost! Derlər, Şahsuvarım gəlmiş yaxında, Xoş günə çıxarmış onu ayrılıq. Hər kəs öz keyfində, öz damağında, Yerimdən oynadır məni ayrılıq. Derlər, Şahsuvarım bir böyük kimi İşləyir Bakının mədənlərində. Mənsə hicranını ağır yük kimi Çəkirəm ömrümün “rəhgüzərində”. Hər gələndən onu soraqlayırkən İxtiyar canımdan bezgin çağımda. Keçən günlərimi varaqlayırkən Gülməyim də gəlir, ağlamağım da. İndi bu göydəki buludlar kimi, Qarşınızdan ötən bir ruzgar kimi O dilbər çay kimi burdan keçərkən, Salamlar aparın oğluma məndən. Söyləyin: yolunu sənin gözləyir Həsrətli gözlərlə dərdli bir qarı. Həp səni gözləyir, səni özləyir Qəlbinin qərarsız çırpınışları! Yolçular dedilər: – Qulaqlarımız Yaxşı xəbərlərə açıqdır, ana! Sifarişlərini yerli-yerində Gedib çatdırarıq, yəqin, oğluna. Dinləyib qarını incədən-incə, Azacıq bir zaman söhbət etdilər… Aradan bir xəfif ruzgar əsincə Getdilər, yolçular varıb getdilər. – Yolçu yolda gərək! – deyə, atlara Dəydi ilan kimi iti qamçılar. Təkərlər torpağı cırmaqlayınca, Gözlərdən itmişdi bizim ixtiyar. İxtiyar gözlərdən itmişdi, ancaq Yolçular da varıb getmişdi. Ancaq, – Leyla, Leyla! – deyə ətrafa pəsdən Bir çoban türküsü yayılmadaydı… Sanki ilham alıb varlıq bu səsdən, Canlılar qəşş edib bayılmadaydı, Cansızlar uyqudan ayılmadaydı, ayılmadaydı!..

DİLƏNÇİ

Sərt, soyuq bir qış gecəsi… Səma bəyaz, yer bəyaz, Uğuldayan küləklərlə sarsılmada soqaqlar. Hər kimin ki, qanadı var çovğun olsa darılmaz, Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar. Gələn də var, gedən də var, mən də varam bu gecə, Təbiətin dəhşətləri titrədiyor ətrafı. Bir bucaqda yorğun titrək əllərilə kəmənçə Çalan zəif bir ixtiyar inlədiyor ətrafı.