Джалил Мамедкулизаде – Danabaş kəndinin əhvalatları (страница 1)
Cəlil Məmmədquluzadə
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI
Nağıl edibdi Lağlağı Sadiq
Yazıya götürübdü qəzetçi Xəlil.
Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman o səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub çox şeylər bilər.
BİR YÜNGÜLVARİ MÜQƏDDİMƏ
Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. Mən özüm anadan olmuşam düz otuz il bundan irəli; yəni mənim otuz yaşım var. Yoldaşım Sadıq da, mən deyirəm, ancaq mən
Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb bir tövr güzaranımı keçirirəm. Yoldaşımın sənəti baqqallıqdı, yəni bir daxmaya üç-dörd put duz, bir qutu kişmiş və dörd-beş paçka
Vəssalam, hər ikimiz Allah-taalanın kasıb bəndələrindənik.
Qərəz, baş ağrısı da olur, amma genə gərək deyim; çünki mən bilirəm ki, bu əhvalatı oxuyan rəfiqlərim artıq təəccüb edəcəklər, necə yəni qəzetçi Xəlil və lağlağı Sadıq? Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm; hərçənd baş ağrısı olur.
Mən deyirəm, bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdu. Demirəm ki, pisdi, Allah eləməsin. Mən heç vaxt haqqı itirmərəm. Doğrudur, mən bir az incimişəm kəndimizdən; amma bu, kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə genə pis demək haqdan kənar olar.
Yox, vallahi, billahi, bizim kənd çox yaxşı kənddi. İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil.
Hələ pisliyi, yaxşılığı qalsın kənarda. Sözüm orda deyil; sözüm orasındadı ki, bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın.
Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb.
Hələ burdan bir haşiyə çıxaq.
Mən “ləqəb” sözünü
– Allah atana rəhmət eləsin.
Sonra çubuğu bir neçə dəfə sümürüb, üzünü tutdu Sadığa:
–
Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düşmədim.
–
Sadıq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, “lağlağı” Sadığın ayaması deyil, ləqəbidi. “Ayama” avam sözüdür, “ləqəb” ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, “ayama”
Biz hamımız razı olduq və "bəli" cavabdan savayı bir söz demədik. Sonra Sadıq üzünü axunda tutub soruşdu:
– Axund, cənabınız gərək ərəb dərsində çox güclü olasınız.
Molla cavab verdi:
– Gədə, nə söyləyirsən? Molla olmaq, mərsiyə demək məgər asan
– Axund, çörəyə ərəbcə nə deyir?
Axund çubuğu sümürüb, bir baxdı yerə və öskürüb cavab verdi:
–
Sadıq
– Bəs düyüyə ərəbcə nə deyirlər?
Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi:
– Qardaşoğlu, sən elə doğrudan lağlağı imişsən. Kətdilər yerində sənə lağlağı deyiblər.
Bu sözləri deyib, axund əbasını düzəldib dükandan çıxdı, getdi. Biz hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq.
Məsələn, mənim adım Xəlildi, mənim adımı qoyublar qəzetçi Xəlil. Mən, vallah bilmirəm qəzet nədi. Qəzetçi bir şəxsdi, ağlı, kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyib dağıdır o yana-bu yana. Amma mən bilmirəm ki, mən haradan qəzetçi oldum. İnşallah, ərz elərəm nə səbəbə mənə qəzetçi deyirlər, mənim yoldaşıma deyirlər lağlağı Sadıq, yəni çox danışan.
Hələ bizə hörmət qoyublar; bizim ləqəbimiz çox gülməli deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm oğunub gedərsən. Məsələn, girdik Həsən, dəvə Heydər, yalançı Səbzəli, eşşək Muxtar, dovşan Qasım. Müxtəsər, bu cür ayamalar bizim Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, bütün Rusiyyətin
Mənim yoldaşım Sadığın adını qoyublar lağlağı. And olsun bizi yaradana, bu ləqəb o kişiyə heç yaraşmır. Doğrudu, Sadıq çox danışar… Deyir, deyir və yorulmaq bilmir. Amma neyliyim, bir belə şirinkəlam, mən deyərəm, yer üzündə yoxdu.
Bir də ki, bizim Danabaş kəndində elə bilirlər ki, hər bir çox danışan adama lağlağı demək olar.
Xeyr. Hamı çox danışana lağlağı demək olmaz. Birisi başlayır Allah-taalanın barəsində söhbət edir, ya qeyrisi öz Kərbəlaya və Məkkəyə getməyindən nağıl edir, məgər bu cür şəxslərə demək olar lağlağı? Xeyr, olmaz; günahdı və haqdan uzaqdı bu cür sözləri danışmaq.
Qoy hər kəs hər nə deyir-desin. Qoy Sadığa desinlər lağlağı; amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdərdimdi!..
Bəlkə də, elə Sadıq, doğrudan, lağlağıdı. Amma o danışanda, doğrudan, mən həmişə gərək duram onun dodaqlarından öpəm.
Pəs mənə niyə deyirlər qəzetçi? Bunun səbəbini ərz edim. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahiblik başladım. Həqiqətdə mənim adımın qəzetçi qoyulmağına bais yoldaşım Sadıq olubdu.
Burda mətləb bir az uzandı.
Mən deyərəm iki il olar ki, biz tapışmışıq. Əhvalat bu cür oldu: bir günləri bir neçə top çit qoltuğuma vurub getdim Sadığın dükanına. O vədə bizim aramızda bir elə rəfiqlik yox idi. Bir qədər oturdum. Sadıq bir çubuq doldurdu, verdi, mən başladım çəkməyi. Dükanda qeyri bir şəxs yox idi. Mən çubuğu çəkməyə məşğul oldum. Sadıq da, söz yox, başladı söhbəti. Mənə onun söhbəti həmişə xoş gəlirdi, necə ki, qabaqca ərz etdim qulluğunuza; amma bu dəfə mən bu kişiyə lap aşiq oldum. Bu dəfə mənim rəfiqim bir elə şirin əhvalat başladı ki, mən deyərəm, bəlkə, iyirmi, otuz müştəri dükana girdi və boş çıxdı. Hər gələnə deyirdik ki, sən istəyən şey dükanda yoxdu. Dedi, dedi, dedi, axırı bir yerdə dayandı. Bir diqqətnən baxdı mənim üzümə, bir ah çəkdi və dedi:
– Xəlil əmoğlu, mənim bir arzum var.
Dedim:
– Qardaşım, nədi arzun?
Dedi:
– Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar.
Dedim:
– Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürrəm yazıya və bir kitab bağlayıb adını qoyaram "Danabaş …" Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər; çünki əgər mən Allah-taalanın xoşbəxt bəndələrindənəm, ehsansız da elə axirətdə üzüm ağ olacaq, yoxsa günahkar bəndəyəm, nə ehsan kömək edər, nə qeyri bir şey. Mən vəsiyyət edərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna.
Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:
– Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, Allah səni hər iki dünyada həsrət qoymasın.
Pəs, mənim əzizlərim, bu cür oldu bizim rəfiq olmağımız. Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi, əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım. Çünki bu dəftər həmişə mənim qoltuq cibimdə olardı və çünki mənim peşəm
Bir
Söz yox, mənim adımın qəzetçi olmağına bais yoldaşım olubdu, necə özünüz də görürsünüz və söz yox ki, mənə xoş gəlmir ki, atam-anam qoyduqları adımın yanına bir özgə ad qondaralar; amma mən genə ürəyimi sıxmıram. Qoy avam hər nə deyir-desin. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. Hələ, bəlkə, bir az gərək fəxr edək ki, avam bizim üstümüzə gülür.