Джалил Мамедкулизаде – Danabaş kəndinin əhvalatları (страница 3)
Pəs görək bu şəxs kimdi və nəçidi?
Bəli, xırda adam deyil bu eşşəyi istəyən şəxs. Bu, Danabaş kəndinin katdası Xudayar bəydi. Mən istəmirəm Xudayar bəyin
Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə, əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayım. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər belə ışarır ki, adamın canına vahimə ötürür. Pəs deyəsən ki, çim altından qurbağa baxır.
Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi; əyridi, amma pis əyridi. Əyri də var, əyri də var. Mən çox gözəllər görmüşəm ki, burunları əyridi, amma Xudayar bəyin burnu pis əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana. Bilmirəm anadan olmadı, ya sonra olubdu. Amma çox pis burundu, vəssalam.
Xudayar bəyə göyçək kişi demək olmaz. İndi iki il olar ki, Xudayar bəy Danabaşda katdalıq eləyir. Bunun katda olmağının da çox əhvalatları var. Xudayar bəy özgə katdalar kimi katda olmayıbdı. Axır, adət bu cürdü ki, katdanı camaat seçər. Amma Xudayar bəyin katdalığı özgə tövr olubdu, yəni çox asan vəchlə olub.
Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy
Xudayar bəy katda olan kimi lap dəyişildi. Əvvəl başladı libasından. Paltarını təzələyib və əlinə bir zoğal ağacı alıb, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. Kimin ixtiyarı var idi soruşsun haradan ona bəylik yetişib?! Amma xalq bilirdi ki, bəylik ona oradan yetişib ki, qlava anasını siğə edib. İyirmi-otuz adamı Xudayar katda dama qatıb məhz o səbəbə ki, səhvən ona deyiblər Xudayar katda, deməyiblər Xudayar bəy.
"Çöçə-çöçə" deyə-deyə Məhəmmədhəsən əmi eşşəyi çıxardı küçəyə. Eşşək eşiyə çıxan kimi bir oğlan uşağı, yeddi-səkkiz yaşında, tumançaq, başıaçıq və keçəl, özünü çırpdı küçəyə və ağlaya-ağlaya, çığıra-çığıra qaçıb yapışdı eşşəyin quyruğundan. Bu oğlan Məhəmmədhəsən əminin xırda oğludur.
– Hara qoyuram eşşəyimi getsin? Vallah, qoymayacağam, u… u… u…
Bu cür ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb qoymurdu heyvan hərəkət eləsin.
Məhəmmədhəsən əmi, vaqeən, çox mehriban atadı; o, heç vaxt istəməzdi evladının ürəyini bir dəm sıxsın. Odur ki
– Sakit ol, oğlum. Eşşəyin axşam genə qayıdıb gələcək evə da. Eşşəyə nə olur? Mən eşşəyi satmıram ki! Xudayar bəy əmin aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək.
– Yox, vallah, heç qoymaram… Hara qoyuram getsin e… heç qoymaram… Heç dənə də!
Bu sözləri deyə-deyə oğlan ulağın başını çubuqnan qaytarırdı qatsın genə həyətə. Bu heyndə Xudayar katda oğlanın dal tərəfindən yeriyib, oğlanın kürəyindən bir ağac…
– Köpək oğlu köpək! Hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahi, gönünü soyaram!
Oğlan "vay-vay" deyib, qaçdı soxuldu həyətə. Xudayar katda eşşəyi minib düzəldi şəhər yoluna. Kətdilər, həmçinin dağıldılar. Məhəmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor getdi evinə.
II
Günortadan yarım saat keçirdi ki, Xudayar bəy yetişdi şəhərə.
Xudayar bəy eşşəyi Məhəmmədhəsən əmidən istəyəndə dedi ki, məni nəçərnik istəyib. Amma yalan deyirdi, nəçərnik istəməmişdi, özgə mətləbi var idi. Əgər nəçərnikdən ötrü Xudayar katda şəhərə gəlirdi, lazımdı ki, bir az tez gələydi. O özü bilirdi, nəçərnik ancaq günortaya kimi divanxanada olar, günorta olcaq divanxana bağlanır. Xeyr, özgə mətləbi var Xudayar bəyin.
Eşşəyi qatıb karvansaraya Xudayar bəy üz qoydu bazara. Yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına və bazardan çıxıb, Buzxana məhəlləsini tutub başladı getməyi. Bir qədər gedib çöndü sol küçəyə. Bu küçəni başa kimi gedib genə çöndü sol səmtə. Bir dar küçəynən gedib və arxı tullanıb, bir alçaq qapının yanında durub qəndi qoydu yerə və başladı üst-başının toz-torpağını təmizləməyi. Sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini-bu tərəfini çırpıb qoydu başına. Qəndi vurdu qoltuğuna, bir öskürüb
– O kimdi?
Xudayar bəy bir də qapını döydü. Bir az keçdi, dörd-beş yaşında bir qız uşağı qapını açıb və Xudayar bəyi görən kimi qapını örtüb qaçdı həyətə. Həyətdən qızın bu cür səsi gəldi:
– Buy, ana, qapıda bir yekə kişi durub!
Xudayar bəy qızın sözlərinə bir qədər gülüb çağırdı qızı.
– Ay qız, qazı ağa evdədi?
Qız o qədər Xudayar bəydən qorxdu ki, cürət eləmədi cavab versin. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlıyıb təəccüb ilə gözlərini dirədi Xudayar bəyin gözünə.
– Qazı ağa evdədi?
– Evdədi, sözünü de.
– Qazı ağanı görmək isətəyirəm.
Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu; sonra gəldi, qapını açdı və dedi:
– Gəl.
Xudayar bəy başını əyib, qapıdan içəri girib iki pillə yendi həyətə. Görükən budur ki, qazının övrəti həyətdə paltar yuyurdu, çünki oğlan qapını açmamış xəbərdarlıq verdi:
– Xanım, kənar ol, adam gəlir.
Həyətin bir səmtində var idi
Oğlan həyətin sağ səmtindən girdi bir dar yola, yox oldu. Bir az keçdi, bir qoca kişi, beli bükülmüş, haman dar yoldan çıxıb, sol əli cibində və sağ əli gözlərinin üstə, bir qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə:
– Sözün nədir, dadaş?
– Əmi, qazı ağanı görəcəyəm, işim var.
– Sən haralısan, əzizim?
– Mən Danabaş katdası Xudayar bəyəm, qazı ağanı görmək istəyirəm.
– Geymənin altındakı nədir, qadan alım?
– Qənddir, gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var onda, bu da ağız şirinliyidir.
Qoca kişi gəldiyi yol ilə qayıtdı getdi. Bir neçə dəqiqədən sonra cavan oğlan dar yoldan çıxıb, əli ilə Xudayara işarə elədi, gəlsin. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib girdi qəhvəxanaya və başmaqlarını çıxardıb oğlanın dalısınca girdi qazının otağına.
Xudayar bəy içəri girən kimi belə döyükdü ki, salamı da yadından çıxardı. O, çox təəccüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. Söz yox, əlüstü başa düşdü ki, qoca kişi elə qazının özüdür. Qazı çoxdan duymuşdu ki, bu kişi xam düşübdür. Bu səbəbə nəinki Xudayar bəyin salam verməməsindən rəncidə olmadı, hələ, bəlkə, özü ayağa durub salam verib bəyə yuxarı başda yer görsətdi.
Xudayar bəy dübarə salam verib keçdi yuxarı başa və oturub qəndi qoydu yerə.
Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox
Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyuca qalanıbdı çox qalça, keçə, kilim və palaz. Bir tərəfdən
Qazı məxmər döşək üstə oturub dayanmışdı cüt yastığa.
Elə ki Xudayar bəy qəndi çıxardıb qoydu yerə, qazı gülə-gülə üzün tutub Xudayar bəyə dedi:
– Bəy, bu qənd nədi, bu nə işdi?
Xudayar bəy gülə-gülə cavab verdi: