реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 25)

18
Yerə qiyamət kəsilsin istər yer! Həp bu varlıq sükuta qoy dalsın, Dirilik məhv olub da sarsılsın! Qaplasın kainatı bir qaralıq, Bir xəyal olsun iştə həp varlıq! Ölüm açsın həyata qarşı yürüş, Ulasın hər tərəfdə bir bayquş! Qoy cahan bir məzara çevrilsin, Bəşəriyyət həyatı son bulsun! Yenə ruhum qımıldamaz əsla! Yenə eşqimdə sabitəm, Durna!.. Mən bu gün bir yabançı, sən bir qız, İştə son gün, xatırla, verdin söz. İntixab et, önündə var iki yol: Ya bu gün öl və ya ki, təslim ol! – Andı qırmaq yaqışmayır türkə, Kim bilir, mən alışqanam bəlkə. Ona söz verdim öncə, son döndüm, Eşqə yandım, sonunda həp söndüm. Sənin eşqində bir zaman varkən, İncə bir duyğu, incə bir məna. Qantemir, indi sən nəsən, nəçisən? Adi bir ər, qadınçı bir sima. İkiillik öz iztirabımdan, Anladım mən nədir dəyərli həyat. Zövq alırkən bu göz yaşından mən, Sən… nədir eşq, duymadın heyhat! Boyun əymək bir ehtirasa fəqət, Kiçikləşmək deyilmi, təsdiq et! Bir zaman başqa bir ifadə ikən, İndi, sən… bax, bu daş, bu torpaqsan. Mən sənin eşqinin əsiriydim. “Səni sevdim!” xatırla, mən demədim. Doğru bir sevgi, bir gözəl sevda, O, edilməz bir ehtirasa fəda. Həp bu təhdid üçün səbəb nə imiş? Eşqə qarşı ölüm böyükmü bir iş! Mən sevirkən bir özgəsin gəldim, Yeni bir eşqə bağlanıb, öldüm; Mən yanıldımsa, fərq yox, hamı bir, Sən yaratdın, yaşatdın, həp öldür. İki şey səndə çırpınıb duruyor: Biri eşqindir, o biri nəfsindir. Ya tapın eşqə, yüksəlib mənim ol, Mənsiz ol, ya da nəfsə təslim ol! Məni əfsanələrlə doldurmaq, Bir taqım boş xəyala uydurmaq Bəlkə mümkün, fəqət nəhayətsiz Dolaşıb, bir nəticə bəkləməmək Heç də mümkün deyil; fəqət xoşdur Hər əzabın soniylə əylənmək. Ayrılıq, ağlamaq gözəldir, əvət, Bir vüsalın ümidi olsa fəqət. Həm də varlıq önümdə titrərkən. Bu cəsarətlə çox keçinməzsən. İki il bəklədim ki, son bir gün… Həp bu gündür, əvət bu qanlı düyün. – Qanlı, qansız əlimdəsən artıq; Ya mənimsən, və ya ki, yoxsan, yox! Qantemir gözlərində qan əsəri, Yürümək istəyirdi həp iləri; Durna ilk addımın onun görcək, Baxdı bir kainata pək ürkək, Sanki bir quş gələn görüb qaçacaq, Sanki bir durna indicə uçacaq.