реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 16)

18
– Bu qədər qayğı, bunca işgəncə Sanıyorsan ki, azmı bir gəncə? Məni, onsuz düşüncələr bürümüş; Fikrimi onsuz da qayğılar yormuş. Mənə onsuz bu eşq tüğyani Veriyor bir əzabi-ruhani. Yaxıyor qəlbimi bu eşqin ya, Ox, zavallı, aman, zavallı ata! – Durna! Sus! Sus! Nədən bu danladığın? Bilirəm, yox ki, eşqi anladığın, Bilirəm sən nədən bu cür dalğın, Bilirəm, ax, bu sevgi pək şaşqın. Haqlısan sözlərində, pək haqlı, Duyğum üstün ki, susdurub ağlı. Durna! Duyğum Xəzər kimi daşqın; Nə edim? Əmr edir bu cür şaşqın. Yox, bu şaşqın deyil, deyil, əsla! Məndə bu sevgi doğru bir sevda. Kim olursan sən, ol da, yox xəbərim, Mən fəqət bu gözəlliyi sevərim. Bu gözəllik, bu incəlik, bu, əvət, Aldığın bu ilahi vəziyyət, Mən deyil, hər kəs olsa bənd eləyər, Atan hərgah peyğəmbər olsa, sevər. Baxıyor qızcığaz inildəyərək, Ata həm ağlayır sözün deyərək: – Sən nəsən? Çünki bir sevilməli gül. Ağlayırsanmı? Durna, sus! Gül, gül! Ağlamaqdansa, al məni öldür. Gül, bu məcnun ürəyimi güldür! Səni ağlar görəndə handa mənim! Çatlayır, partlayır bütün bədənim. Durna! Səndən çocuq kimi dilərəm: Ağlama, yoxsa indicə ölərəm. Gülüyor qızcığaz heç istəmədən: – Ata, ah, söylə, söylə, nədən Böylə şaşqın bir eşqə verdin dil, Nə deyər tanrı, ya nə söylər el? Vurdu meh, keçdi bir ilıq ruzgar, Güldü san incə bir gülüşlə bahar. Gəldi bir an tərənnümə güllər, Yenə susdu əvvəlki tək yellər. Yenə ölgün sükuta batdı açun, Qantemir indi büsbütün məcnun. Çal bığlarla örtülən ağzı Hər sözündən sonra köpüklənərək, San ürəkdən tutub çəkir sözünü. Sözü gah yüksəlib də, gah enərək, Söyləyir: – Durna! Anlamam səni mən, Bu qədər qorxu, ya sıxıntı nədən? Mən özüm indi kimsəni tanımam, Kim nə istər desin, mən aldanmam. Mənə indi mələk və ya insan, El, peyğəmbər, kitab, din, Quran, Məmləkət, hökmdarlıq, xanlıq, Qüssə, qayğı və ya firavanlıq, Hamı bir heç, hamı mənə röya! Bircə sən, sən, aman, aman, Durna!.. O baxışlar ki, sevgi tək qəmgin, O yanaqlar ki, gül kimi rəngin, O dodaqlar ki, ağlayır gülərək, Gülüyor sanki dərdimi bilərək, Ax, o kirpik ki, indicə qurumuş, O qızıl saç ki, boynunu bürümüş, Ax, o gözlər ki, andırır xülya,