реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 1)

18

Cəfər Cabbarlı

Mən bir susmaz duyğuyam ki…

ŞEİRLƏRİ

ANA

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər, Min il vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim, Əyilmərəm nə ki yer, versələr səmanı genə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə olum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Cücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılım xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana!.. O adın qarşısında bir qultək Həmişə səcdədə olmaq mənə fəxarətdir; Onun əliylə bəla bəhrinə yuvarlansam, Genə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl! Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla! Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox! – Yox!!! Fəqət Ana! O müqəddəs adın qabağında, O pak bağrına bassın məni, desin layla, Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Uçar səmalara hər aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: – Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. Aman… Aman!.. Bu müqəddəs vücudu mümkünmü Ki, bir taqım canavar zülmnən şikar eləsin?! Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək, Ayaqlar altına topraq kibi nisar eləsin?! Zəlilü-xar edərək məhbəsi-əsarətdə, O şanlı qollarına zülminən vurar zəncir. Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs? Neçin də parlayıb etməz cahanı bir tənvir? Aləmi, ədl-ədalət üzüldü dünyadən, Neçin nəsibim edibsən bu zülm-dövranı. Ey asiman dağıl, ey zöhrələr axın, tökülün Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

NOVRUZ BAYRAMINA HAZIRLAŞAN MÜSƏLMANLARA TÖHFƏ!

Pər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən, Uçgilən balalərə, seyr et mədari-aləmi! Aləmi-islamə bax! Bir yanda işrət bərqərar, Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi. Bax, könül, baladən ol buz bağlayan səhralara, Bax o çılpaq, ac yetimin naləvü fəryadinə. Gör acından rəngi solmuş qızları xarü zəlil. Varmı gör bir kimsə yetsin onların imdadinə? Bir tərəf millət zəvalə üz tutub biixtiyar, Bir tərəfdə xanimanlar tar-mar olmaqdadır. Bir tərəfdə əğniyamız eyd üçün hazırlanır, Musiqi avazəsindən nəşədar olmaqdadır. Ey içən bəxti-səadət şərbəti, sirab olan, Qarlar içrə ac qalıb can tərk edir ixvanınız! Ey vuran fəryad içində tarə mizrabi-səfa! Matəm içrə eyş olur?.. Yoxdurmu heç vicdanınız?! Hər tərəf mövci-həlakət üz tutub ixvaninə,