реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 2)

18
Atası alqışladı.

SƏHƏR

Günəş doğdu, yayıldı, Dağlar, daşlar ayıldı. Sular, meşə, bayırlar, Səhralar, həm çayırlar Bir nur içində qaldı, İşıq dünyanı aldı; Üfüq alışdı-yandı, Quşlar bütün oyandı. Ötüşdü şad, xəndan, Səs ilə doldu orman.

TƏPƏL KƏLİM

Qalx ayağa, təpəl kəlim, Sahibinə tut əl, kəlim! Xışlayım, həm səpim dəni, Qoyma bu yerdə gəl məni. Qarşıda qış, ayaz, soyuq – Bir yığın həm çoluq-çocuq. Onların əkmək ağacı Sənsən, a başımın tacı! Qalx ayağa, aman, aman, Sənsiz olar işim yaman. Kim tutacaq bu yerdə əl? Qoyma yarımçıq işi, gəl. Puç oldu, eyvah, əməyim, Qırıldı, düşdü biləyim. Sən idin yalnız köməyim, Yıxıldı, sındı dirəyim.

DOVŞAN

Dovşana bax, dovşana, Dovşan qaçdı bostana, Yedi qovun, qarpızı, Saldı bizi ziyana.

LAYLA

Layla dedim, yat ciyərim parası, Ağlama çox, ey gözümün qarası! Olma yemək-içməyin avarası, Layla, quzum, layla, gözüm, yatgilən, Rahat olub bir azca boy atgilən. Böyü bir az, yeddi yaşa yetgilən, Səhər tezdən dur, məktəbə getgilən; Dərs oxuyub yazmağa səy etgilən; Layla, quzum, layla, gözüm, yatgilən, Rahat olub bir azca boy atgilən. Təmiz geyib dolangilən gül kimi, Hər gün oxu dərsini bülbül kimi; Gəzmə küçələrdə gedib veyl kimi; Layla, quzum, layla, gözüm, yatgilən, Rahat olub bir azca boy atgilən. Sən də çalış elm ilə şöhrət qazan, Qalma cəhalətdə, olarsan yaman; Elmlə abad olubdur cahan; Layla, quzum, layla, gözüm, yatgilən, Rahat olub bir azca boy atgilən.

ÇOBAN MAHNISI

Sürür inəkləri Dadaş Otarmağa yavaş-yavaş; Belində bağlama çörək, Yanında bir ala köpək. Basıb gözə papağını, Vurub yerə çomağını, Ara-sıra oxur, çalır, Sürü həvəslə otlayır: “Yaşıllanıb çəmən, çayır,