18+
реклама
18+
Бургер менюБургер меню

Тони Бьюзен – Sürətli oxu (страница 4)

18

Aşağıda oxu və sürətli oxu haqqında fikirlərinizi öyrənmək üçün oxu vərdişi və bacarıqlarına aid test görürsünüz. Təqdim edilən iyirmi sualın hər birini “hə” və ya “yox” olaraq cavablandırdıqdan sonra nəticənizi görmək üçün səhifəni çevirin.

1. Dəqiqədə minə yaxın söz oxumaq mümkündür.

                        Hə/Yox

2. Daha yaxşı anlamaq üçün yavaş və diqqətlə oxumaq lazımdır.

                  Hə/Yox

3. Sözbəsöz oxumaq başa düşməyə kömək edir.

                                    Hə/Yox

4. Yüksək səslə tələffüz etmək oxu sürətini yavaşladır. Bu vərdişi ya azaltmaq, ya da ondan tamamilə qurtulmaq lazımdır.

Hə/Yox

5. Oxuduğunuz mətni 100 % başa düşməlisiniz.

Hə/Yox

6. Oxuduğunuz mətni 100 % xatırlamalısınız.

Hə/Yox

7. Oxuyarkən gözünüz daim sətir boyunca hərəkət etməlidir.                                Hə/Yox

8. Oxuyarkən gözdən qaçırdığınız yer olduqda daha çox məsafə qət etmədən həmin yeri başa düşmək üçün geri qayıtmalısınız.

Hə/Yox

9. Oxuyarkən sətri barmağınızla izləməniz oxu sürətinizi yavaşladır və buna görə də bu vərdişdən qurtulmalısınız.

Hə/Yox

10. Bir mətni oxuyarkən anlama və qavrama problemləri ilə qarşılaşırsınızsa, mütaliəni saxlamalı və sonra yazılanları başa düşmək üçün həmin problemləri həll etməlisiniz.

Hə/Yox

11. Vacib və maraqlı kitab səhifə-səhifə oxunmalıdır. Misal üçün, on doqquzuncu səhifəni oxumadan iyirminci səhifəyə keçməməli və kitabın əvvəlini oxumadan sonuna baxmamalısınız.

Hə/Yox

12. Oxuyarkən arada sözləri ötürmək tənbəllərin işidir və bundan qurtulmaq lazımdır.

Hə/Yox

13. Bir mətndə əhəmiyyətli məsələlərlə rastlaşdıqda onları yadda saxlamaq üçün mütləq qeyd etməlisiniz.

Hə/Yox

14. Motivasiya səviyyəniz gözlərinizlə beyninizin əlaqəsinə və oxu sürətinizə təsir etməz.

Hə/Yox

15. Qeydləriniz təmiz, səliqəli və bir-biriləriylə əlaqəli olmalı və oxuduğunuz məlumatlara uyğun cümlələrdən, səliqə ilə tutulmuş siyahılardan ibarət olmalıdır.

Hə/Yox

16. Yanınızda daima mənasını bilmədiyiniz bir sözlə qarşılaşdıqda onu anlamağınıza kömək edəcək lüğət olmalıdır.

Hə/Yox

17. Sürətli oxunun təhlükələrindən biri də mətni anlamaq səviyyənizi aşağı salmasıdır.

Hə/Yox

18. Hamımız özümüzə xas olan sürətlə oxuyuruq.

Hə/Yox

19. Oxuduqlarımızı və dilin ahəngini anlamaq üçün roman və şeiri yavaş-yavaş oxumalıyıq.

Hə/Yox

20. Əgər gözləriniz oxuduğunuz mətnə tamamilə hədəflənibsə, deməli, onu daha yaxşı anlayacaqsınız.

Hə/Yox

BAŞLANĞIC TESTİNİN CAVABLARI

Əgər bunlardan sadəcə “Dəqiqədə minə yaxın söz oxumaq mümkündür” sualına “Hə” cavabı vermisinizsə, demək olar ki, bizim sürətli oxu kursunun müəllimlərindən biri olmağa hazırsınız.

Digərlərinin cavabı isə “Yox” olmalıydı.

Yerdə qalan on doqquz sual oxu ilə bağlı doğru qəbul edilən, əslində isə səhv olan qənaətləri əhatə edir.

Əgər siz bu yanlış qənaətlərə inanırsınızsa, deməli təkcə səhv olan bir şeyə inanmaqla yetinmir, eyni zamanda oxu sürətinizi azaldan, oxu vərdişinizi pisləşdirən, anlama və qavrama cəhtlərinizi korşaldan fərziyyələrə təslim olursunuz.

“Sürətli oxu” kitabının səhifələri arasında irəlilədikcə bu səhv qənaətlərin bir-bir məhv olduğunu görəcək və özünüzü qarşınıza qoyduğunuz sürətli oxu hədəfinə çatmaq üçün düz bir yolda tapacaqsınız.

BİRİNCİ HİSSƏ

İndi hansı səviyyədəsiniz?

Normal oxu sürətinizi və anlama səviyyənizi müəyyən edin.

Hər hansısa bir öyrənmək və özünü inkişaf etdirmək fəaliyyəti zamanı, ən əsası düzgün başlanğıc nöqtəsini tapmaqdır. Düz və ya səhv, pis və ya yaxşı yoxdur; sadəcə indi içində olduğunuz mövqenin düzgün dəyərləndirilməsi vacib məsələdir. Bu mövqe nə olmasından asılı olmayaraq qarşınıza qoyduğunuz hədəfə çatmağınız üçün sağlam bir təməl yaradacaqdır.

ÖN SÖZ

Sizdən bu hissədə, digər hissələrdə istəyəcəklərimin tam tərsini etməyi istəyəcəm. Yəni sürətli oxumağınızı. Çünki kitab boyunca əldə edəcəyiniz irəliləməni düzgün hesablamaq üçün indiki sürətinizi hesablamağınız lazımdır.