18+
реклама
18+
Бургер менюБургер меню

Теодор Адорно – Avtoritar şəxsiyyətin necəliyi (страница 4)

18

Zəif demokratik metodlar haqda mənfi rəylər bir səslə bu danışdırılanın antidemokratik hisslərini aydınlaşdırır: yəhudilərin demokratik əməkdaşlığı olmayanda qınağın mövcudluğu görünür və bu sadəcə rasionallaşdırmadır14.

Yəhudilər barədə qeyri-real təsəvvürlərin daha bir aspektini xatırlamaq pis olmazdı. Bu yəhudilərin “hər yerdə” olmağı barədədir. Bəzən yəhudilərin hökmranlığı fikri onların hər yerdə olmağı ideyası ilə əvəzlənir, ola bilsin ki, reallıqda yəhudilərin hər hansı “hökmranlığının” təsdiqlənməsi mümkün olmadığından fərd təqib olunan şablon ideyalar üçün təhlükəli sirli hər yerdə mövcudluq ideyasında başqa “çıxış nöqtəsi” axtarmalı olur.

Bu aspekt digər psixoloji məqam ilə əlaqədardır. Fərd maksimal dərəcədə öz qrupunun mütləq formada haqlı olmağı ideyasına inanır; o, bu ideyaya uyğun olmayan heç bir şeylə razılaşmır və onu yəhudilərin öhdəsinə buraxır.

Yuxarı bal yığanlar çox güman ki, bütün “gəlmələri” görməyə gözləri olmadığından, və nifrət etdiklərini birdəfəlik olaraq, yaddaşlarından silmək haqları olduğuna əmindirlər, belə ki, onların fikrincə, belə adamlardan başqa yolla can qurtarmaq mümkün deyil. Aşağıdakı yəhudilərin hər yerdə olmağı barədə ideyanın şəxsi təcrübəyə ötürülməsi misalı şablon iddiasına yaxınlığını göstərir.

6070 E şkalası üzrə orta bala malik 40 yaşlı qadındır və yəhudilər barədə kəskin fikir söyləyir:

“Mən yəhudiləri sevmirəm. Yəhudilər daima şikayət edirlər. Onlar burada bizim hakimiyyəti öz əlinə alır. Çox aqressivdirlər. Onlarda bütün nöqsanlar cəmlənib. Keçən yay məşhur musiqiçi X ilə rastlaşdım. Onu yaxından tanımasam da, ailəsinin buraya gələ bilməsi üçün məndən zaminlik imzalamağı xahiş etdi. Sonda mən bu işdə ona etiraz etdim və izah etdim ki, ölkəmizdə yəhudiləri görmək istəmirəm. Ruzvelt ilk olaraq yəhudiləri hakimiyyətə qəbul etməyə başladı və bu da hazırki çətinliklərimizin əsas səbəblərindən biridir. Yəhudilər hərbi xidmətə götürüldükdə onlarla xüsusi tərzdə davranışa nail oldular. Mən yəhudilərin amerikan üsulu ilə ideal ayrıseçkiliyin tərəfdarıyam, amma Hitlerin etdikləri ilə razı deyiləm. Hamıya məlumdur ki, kommunistlərin arxasında yəhudilər durur. Bu X mənin başımı lap xarab etdi. Onu öz klubuma qonaq kimi dəvət etməkdə böyük səhv etdim. O, oraya dəvətli olmayan 10 yəhudi ilə gəldi. Onlar olan yerdə yalnız xoşagəlməzliklərə üzləşirsən. Əgər onlar biri harasa soxulursa, özü ilə daha ikisini gətirir, bu ikisi isə əlavə olaraq, daha ikisini”.

Bu sitat təkcə “yəhudilər hər yerdədirlər” tezisinin izahı ilə nəzərə çarpmır. Burada yəhudilərin zəifliyi onların “müntəzəm ah-vayı”nı əlçəkməməzlik ifadəsi ilə əvəz olunur.

Vətənini tərk etməyə məcbur olan qaçqın bütün dünyaya yayılmağa çalışan dəvətsiz qonağa bənzəyir və bu təsəvvürün təqib etmə faktının özündə kök salacağından uzağa getməyəcəyi təxmininin mövcudluğu düzgün başa düşülə bilər.

Bundan başqa, bu fikir “neqativ vurğunluq” adlandırılan ifrat antisemitin ambivalentliyini doğurur. Sorğulanan, şübhəsiz, məşhur musiqiçinin adına görə onu öz klubuna dəvət edib, buna baxmayaraq, bu əlaqədən, onu müəyyənləşdirdikdən sonra öz aqressiyasını şəxsləndirmək üçün istifadə edib.

Yarı-psixi çılğınlıq və vəhşi antisemit fantaziyalarının qarşılıqlı əlaqəsinin daha bir misalı kimi, 5004, F şkalası üzrə yuxarı, E və PEC şkalalarına əsasən orta göstəricilərə malik 26 yaşlı qadını göstərmək olar.

Yəhudilərin dini barədə suala o, qədim təsəvvürlərin “məşumluq” haqqında olan cavabını verir: “mən bu haqda çox az bilirəm, amma sinaqoqa girməyə cürət etməzdim”. Bu fikri aşağıda göstərilən nasional-sosialist vəhşiliyi haqda sözlərin konteksti kimi qiymətləndirmək olar. “Almanların yəhudilərlə davranmaları haqda xüsusi olaraq, peşmançılıq çəkmirəm. Fikirləşirəm ki, yəhudilər həmin hərəkəti eynən mənimlə də edə bilərdilər”. Təqib barədə fantaziyalar, yəni yəhudilərin ona edə biləcəkləri haqda olan təsəvvürlər nasional-sosialist soyqırımın bəraəti kimi paranoik tərzə çevrilir.

Bizim son misallarımız təcrübənin donmuş qəlib prizması vasitəsilə ortaya çıxan təhriflərə aiddir.

М732с, bütün şkalalar üzrə yuxarı bal toplayan, qaradərililər kimi, yəhudilər haqda təhrif olunmuş fikirləri olan keçmiş müharibə veteranıdır.

“Qaradərilinin adi avtomobillə gəzdiyi heç görünmür, bu ya “Pakkard”, ya da “Kadillakdır… və onların geyimi həmişə nəzərəçarpan olur. Onlarda diqqəti özünə cəlbetmə tendensiyası mövcuddur. Qaradərili ciddi qəbul edilməyini hiss etdiyindən, diqqəti cəlb etməyə can atır. Hətta bunu etməyə imkanı olmasa belə, o, sadəcə lovğalanmaq üçün özünə bahalı avtomobil alacaqdır”. Sorğulanan onun sinfində ən ağıllı şagirdin qaradərili qız olduğunu bildirir və qızın müvəffəqiyyətini, onun fikrincə, qaradərili mənşəli olmağı ilə əlaqədar anadangəlmə natamamlıq kompleksini təqlid etməsinin yüksək kompensasiyası kimi təsvir edir.

Qaradərililərin “Kadillak”a münasibətləri barədə iddialar özü hər şeyi izah edir. Tələbə haqqında edilən qeydlər şəxsi formada düşmən stereotipliyinə aid olan aspektin qaçılmazlığını göstərir.

Qaradərililər haqda qabaqcadan rəy çıxarmış insan üçün qaradərili “axmaq məxluqdur”; əgər onun qarşısına çox zəhmətkeş qaradərili çıxarsa, onda bu xüsusiyyət özünü göstərmək üçün edilmiş sayılır və qaydanı təsdiqləyir. Qaradərilinin görünüşü və nə etdiyinin fərqi yoxdur, hər bir halda ona olan münasibət neqativ olacaqdır.

Yəhudi “problemi” üzrə sorğulanan aşağıdakıları deyir:

“Ümumiyyətlə, onlar bacarıqlı və hiyləgər kommersantdırlar- onlar haqqında yalnız bunu deyə bilərəm. Onlar ağdırlar, bu bir işdir… Əlbəttə, onların həmişə yəhudi instinkti vardır, mən eşitmişəm ki, onlar biznesi instinktiv olaraq, hiss edirlər… Mənə elə gəlir ki, yəhudilər daha çox yaltaqdırlar, məsələn, yəhudi bərbər müştərini kürsüyə mütləq hər hansı üsulla əyləşdirir”.

Sorğulanan burada yəhudilərin özlərinə məxsus mistik təsiri haqda fantastik təsvir verir… “Onlar qeyri-adi dərəcədə hiyləgərdirlər və onlarla rəqabət aparmağın demək olar ki, mümkün deyil”.

Görünür, bərbər barəsində olan bu əhvalat əvvəlcədən baş vermiş uşaqlıq düşüncəsinin reqressiyasıdır.

F359 hökumət büdcəsində rəhbər vəzifə tutan 48 yaşlı mühasib qadındır. Müxbirin fikrincə, bu qadının mədəni və savadlı olmasına baxmayaraq, irqi münasibətlərin praktik sferasına aid söhbət açılan kimi, özünü eyni zamanda bayağılıq üçün arena rolunu paranoik əhvalatlarını söyləməkdən saxlaya bilmir. O, E şkalasında yuxarı, lakin F və PEC şkalalarında isə aşağı bal toplayıb. Onun təhrif edilmiş təsəvvürləri həm qaradərililərə, həm də yəhudilərə aiddir. Sorğulanan bunun çox ciddi problem olduğunu hesab edir və güman edir ki, vəziyyət getdikcə daha da pisləşəcəkdir.

Onun fikrincə qaradərililər daha da korlanacaqlar. O, Vaşinqtondakı davanın şahidi olub, orada atəş açırdılar. O, tramvayın şüşələrini necə sındırdıqlarını görüb; bir ağdərili qaradərililər üçün nəzərdə tutulmuş kupeyə girmək istədikdə, atışma başladı. Ağdərili yerə uzanmağa məcbur olmuşdu. Axşamlar o, küçəyə çıxmağa qorxurdu. Bir dəfə, qaradərililərin mərasimləri vaxtı onlardan kimsə onu səkidən itələməyə cəhd etmişdi. Onlardan onu itələməmələrini xahiş etdikdə, ona elə utanmazcasına baxmışdılar ki, o, indicə səs-küy qalxacağını düşünmüşdü. Onun bələdçisi deyirdi ki, “gəl qırağa çəkilək. Yoxsa qarışıqlığa səbəb olarıq”. Onun tanışı deyib ki, qulluqçudan çərşənbə axşamı işləməyi xahiş etdikdə, qız razılaşmayaraq, “bu gün itələmə günüdür, ağdərililəri səkidən itələyirik”. Los-Ancelesdən olan başqa rəfiqəm demişdi ki, heç vaxt qulluqçusuna tozsoranla işləməyə icazə verməsin, yoxsa qulluqçu bu tozsoranla elə bir qızğınlıqla işləyəcək ki, sanki onu parçalamaq istəyir. Bir dəfə o, qızı belə bir məşğuliyyət vaxtı tutmuşdu: o, bir alət lə tozsoranı qurdalayırdı. O, qızdan bunun nə demək olduğunu soruşanda, qız “mən onu sadəcə təmir etmək istəyirdim” deyib. “Onlar ağdərililərdən qisas almaq istəyirlər. Onlar bərabər hüquqları vermək olmaz. Onlar buna hələ hazır deyillər; əvvəlcə onları tərbiyələndirmək lazımdır. Sorğulanan teatr və ya restoranda qaradərili ilə yanaşı oturmaq istəməzdi. O, qaradərili ev müdirinə “mister” deyə müraciət edən satıcının əhvalatını danışdı. Bunu etmək olmaz, sonra onlar deyərlər ki, “biz də ağdərililər kimiyik”.

– Nəticə nə olacaq?

– Məncə, qarışıqlıq olacaq. (O, hesab edir ki, davalar canlana və qan tökülə bilər.)

– Yəhudilər haqda fikirləriniz nədir?

– Məncə onlar da günahkardırlar. Öz kommersiya işlərində onlar sadəcə vicdanlı ola bilmirlər, onlar hiyləgər olmalıdırlar, iş məsələlərində vicdanlılıq onlar üçün heç bir əhəmiyyət kəsb etmir.

– Bəs sizin şəxsi təcrübəniz necədir?

O, bir tanışının başına gəlmiş hadisəni danışdı. O, fotoşəkillərlə maraqlanırdı və sələmçidən bir neçə köhnə şəkil almışdı. Bir dəfə o, orada olanda süni diş protezi olan bir qadın yaxınlaşdı. Ona dedilər ki, protez elə də qiymətli deyil (baxmayaraq ki, protezin tərkibində qızıl var idi). Sonda yəhudi ona protez üçün bir neçə dollar verdi. Qadın çıxıb gedən kimi o, yanındakı kişiyə dedi: “o, heç bilmirdi ki, protezin tərkibində platin var”. Başqa sözlə, protez onun qadına verdiyi məbləğdən bahalı idi. Sorğulanan qadının tanışını isə aldatmaq mümkün olmayıb, çünki o, yəhudiləri tanıyırdı və onların yalanının üstünü açdı.