Теодор Адорно – Avtoritar şəxsiyyətin necəliyi (страница 3)
Əlavə etmək lazımdır ki, bizim seçimimizdə iştirak edənlər yəhudilərlə yanaşı başqa etiraz obyektləri, məsələn, meksikalıları və yunanları tapırlar. Sonuncular, ermənilər kimi, adətən yəhudilər tərəfindən assosiasiya yaradan xüsusiyyətləri səxavətlə bölüşürlər.
Antisemitizmin funksional xüsusiyyətinin digər aspektini xatırlatmaq yerinə düşərdi: biz tez-tez digər azlıqların antisemit xüsusiyyəti daşıyan reaksiyalara malik dəqiq “konformist”10 meylli nümunələr ilə görüşürük. Müxtəlif “yad” qruplarda11 həmrəyliyin heç izi də yox idi: bundan əlavə, öz sosial statusunu daha parlaq nümayiş etdirmək üçün “yükünü” başqalarının üstünə atmaq, başqa qruplara qarşı şübhə yaratmaq bir qayda halını almışdı. Məsələn, əslən meksikalı olan və qorxu fobiyasından əziyyət çəkən psixonevrotik bir subyekt Meksika mənşəli amerikalı olaraq, özünü “ağ” sayır və hesab edir ki, “biz onlardan yaxşıyıq”. Xüsusilə qaradərililəri, ən çox isə yəhudiləri sevmir. O, qaradərili və yəhudilərin eyni olduğunu hesab edir və onlarla əlaqəli heç nə istəmir. Ziddiyyətlərlə dolu olduğundan, təəccüblü deyil ki, danışdırılan həqiqətən yəhu diyə aşiq olsaydı, ona evlənə bilərdi. Digər tərəfdən, o, qaradərililəri və yəhudiləri nəzarətdə saxlayar və əlində olsa “onların əsl yerini” göstərərdi.
Müxbirin fikrincə, 5068 nömrəsini verdiyimiz nümunə özünü italo-amerikalı hesab edən Amerikada ikinci nəslin kifayət qədər geniş yayılmış tiplərindəndir. Onun fikirləri faşist siyasi oriyentasiyasına malik olub, paranoik fantaziyaları ilə boyanmışdır. O, italyan mənşəlidir və I Dünya müharibəsi vaxtı təbəəliyə alınıb. Həddən artıq öz kökü ilə fəxr edir, Mussolinin fəaliyyətinin ilk illəri dövründə uzun müddət italo-amerikan təşkilatları ilə aktiv əməkdaşlıq edib. İndiyədək əmindir ki, İtaliya ilə müharibə böyük səhv idi. Digər azlıqlarla müqayisədə o, kifayət qədər şəxsi fikirlərinə üstünük verir. Onun duyumuna görə, meksikalılar italyanlarla oxşardırlar, əgər onlar daha yaxşı tərbiyə olunsaydılar, hər şey əla olardı. Lakin hal-hazırda onun fikrincə, onların hələ də yaxşı tərbiyə almağa ehtiyacları vardır. O, hesab edir ki, yaponlara Kaliforniyada normaldan daha qatı münasibətlə yanaşılırdı və davranışı şübhə doğurmayanlara tədricən vətənlərinə qayıtmağa icazə verilməlidir. Qaradərililərə qarşı münasibəti gərgin sayır. Onun sözlərinə görə, ilk növbədə qarışıq nikahlara aid lazımi qanunlar çıxarmaq, həmçinin yaşamaq mümkün olan yerdə “ayrıcı rəngli xətt” çəkmək lazımdır. Deyilənlərə baxmayaraq, qaradərililər Cənubda “ən xoşbəxt” sayılırlar. Yəhudilərlə bağlı xoşagəlməzliklər onların kommunist olmağı və bu səbəbdən də təhlükə yaratmaları ilə bağlıdır. Onun yəhudilərə qarşı şəxsi münasibəti həmişə yaxşı olmuşdur. İşgüzar sferada, onun dediklərinə görə, onlar “dələduzdurlar” və bir-birinə dayaq olurlar. O, hesab edir ki, bu problemin həll olunması üçün “yəhudilər özləri özlərini tərbiyə etməlidirlər”.
Yəhudilərin bir olmağı qeyri-yəhudilərin onların haqqında yanlış fikirdə olmalarından daha çox, onların yəhudi olmayanlar barəsində pis fikirdə olmalarını göstərir. Bu nümunə bir tanış barədə uzun hekayəni misal gətirir, hansı ki, yəhudi qadınla evlənərək, yəhudi ailəsində yaşayıb və onlarla eyni qabdan yeməyə haqqı olmayıb.
İspan-qaradərili mənşəli açıq homoseksual meylliliyini büruzə verən 5052 saylı antisemiti sonra xatırlayarıq. O, gecə klubunun sahibidir və müxbir onun barəsində təəssüratlarını ifadə edir, bu insanın nə demək istədiyini izhar edir: “Mən qaradərili deyiləm, mən gecə klubunun sahibiyəm”.
Sonda, bir türklə müsahibəni göstəririk, amma onun yüksək intellektuallığının gücünü mətnə daxil etməmişdik. Onun özünün yəhudi olmağı aydın olana qədər bu insan güclü antisemit hücumlar etdi. Azlıq qruplarında və yəhudilərin arasında antisemitizmin bütün kompleksi özü-özlüyündə ciddi problemdir və xüsusi tədqiqə ehtiyac duyur. Materiala ötəri nəzər saldıqda belə, sosial cəhətdən sıxışdırılanlar çox vaxt özlərini həmtayfaları ilə bağlamaqdansa, təzyiqi başqalarının üzərinə ötürməyə üstünlük vermələri aydın olur.
C.
XƏYALİ DÜŞMƏN
Fikirlərin bir obyektdən digərinə ötürüldüyünü antisemitizmin “funksionallıq” xüsusiyyətinə və nisbi yüngüllüyə aid misallarımız göstərir. Güman etmək olar ki, verilmiş fərziyyə stereotiplik, təcrübə əldə etmək qabiliyyətini olmaması, proyeksiya mexanizmi12 və möhtəşəmlik barədə fantaziyalar kimi kanonik kateqoriyalarla əlaqəlidir.
Bu ya aşkarca ziddiyyət təşkil edən, ya faktlara uyğun olmayan, ya da açıqdan-açığa xəyali xarakter daşıyan mülahizələrlə təsdiqlənir. Antisemitin adi “ziddiyyətləri” reallıqla bəslənən müxtəlif münasibətlərə toxunması və onun tam dünyagörünüşü ilə hələlik uyğunlaşdığına görə biz aşağıda fantaziyaların konstruksiyalarının sübutu ilə məşğul olacağıq. Onlar adi həyatda elə geniş yayılıblar ki, antisemitizm üçün mahiyyətlərinin əlavə şərhə ehtiyacı olmur, bizim tədqiqatda onlar yalnız işıqlandırılır. Bu fantaziyaların yalnız stereotiplər reallıqdan tam olaraq ayrıldıqda və “vəhşicəsinə dolaşdıqda” yarandığını demək olar. “Azadlığa çıxmış” stereotiplər mənasız təhriflər yarandıqda yenidən reallığa qayıtmaq məcburiyyətində qalırlar.
Stereotip fantaziyalar haqda topladığımız misallarda söhbət təsadüfi olaraq tapılan düşmənə aid edilən həddindən artıq möhtəşəmlik haqda təsəvvürlərdən gedir. Nisbi zəiflik və onun zənn edilən qaranlıq mütləq hakimiyyəti arasındakı uyğunsuzluq özü burada əks etdirmə mexanizmlərinin fəaliyyət göstərdiyini büruzə verir.
Əvvəlcə eyni vaxtda abstrakt formada tam olaraq yad qrupa əks olunan hər tərəfli fantaziyaları şərh edən bir neçə misal gətirəcəyik, sonra isə belə ideyaların istifadəsinin necə paranoik fobiyalar həddində olan real təcrübəyə apardığını göstərəcəyik.
5054 bütün şkalalara görə kifayət qədər yuxarı bal toplayan ortayaşlı qadındır. O, çox işgüzar adamdır və “avtoritar tip” kimi xarakterizə olunur. O, həmişə “digər tərəfi də görməyə” və “hər iki tərəfin fikirlərini başa düşməyə” çalışdığını deyir. Özünün istisnalar etməyə hazır olduğu halda səbirli olmasını yəhudiləri qatı düşmən adlandıran və onların hamısına istisnasız nifrət edən həyat yoldaşı ilə konfliktdə olmağı ilə əsaslandırır. Onun münasibətinin məğzi aşağıdakı formada qeyd olunmuşdur: o, hesab edir ki, irq nəzəriyyəsinin tərəfdarı deyil, lakin fikirləşir ki, yəhudilər çox dəyişə bilməzlər, əksinə, onlar “daha aqressiv olacaqlar”. O, həmçinin əmindir ki, “onlar sonda, biz istəsək də, istəməsək də, ölkəmizə yiyələnəcəklər”.
Yəhudilərin siyasətə və iqtisadiyyata olan hədsiz təsiri barədə yayılmış stereotip təhlükəli dünyəvi hakimiyyət haqda iddialara qədər şişirdilir. Müsahibə verənlərin ətraflı izah verməyə cürət etməmələrinə baxmayaraq, bu kateqoriyanın qarşısını alma tədbirlərinin onların təqib etmə ideyalarından az totalitar olmamasını başa düşmək çətin deyil.
Analoji olaraq, “qarışıq” tipin şərhi üçün seçilmiş müsahibə verən 5061a-nın fikirlərini göstərmək olar. O, E şkalasında orta, F və PEC13 şkalalarında əsasən aşağı bal yığan, lakin müsahibənin nəticələrinə əsasən aydın görünən etnosentrik tipə aiddir. Onun qüdrətli yəhudilərə aid fantaziyaların canlılığı intiqam hissinə ekvivalent intensivlikdə söylədiklərində görünür.
O, “yəhudilərə qarşı münasibətimi xoşagələn saymaq olmaz” deyir. Aydınlıq gətirməsini xahiş etdikdə, o, konkret misallar gətirə bilmədi. Lakin yəhudiləri o, belə xarakterizə edir: “onlar özlərini elə aparırlar ki, elə bil, hamıya sataşmaq istəyirlər, onlar aqressivdirlər, əlbirdirlər, pul hərisidirlər. Yəhudilər demək olar ki, ölkəni zəbt edirlər. Onlar hər yerə soxulurlar. Xeyr, onlar o qədər də zirək deyillər, amma hakim mövqe tutmaq üçün hər şey edirlər. Hamısı da eyni cürdür”. Başqa xalqlarda olduğu kimi, yəhudilərdə də müxtəliflik olmasını fikirləşdiyini soruşduqda o cavab verdi: “Xeyr, belə fikirləşmirəm. Güman edirəm ki, nə isə onları əlbir olmağa və hər şeyi ələ almağa can atmağa məcbur edir. Yəhudilər arasında mənim dostlarım var və mən onlara dost münasibət göstərməyə çalışıram, lakin axır-əvvəl onlar aqressiv və xoşagəlməz insan olduqlarını göstərirlər…”. Fikirləşirəm ki, faiz nisbətində lap pis yəhudilərin sayı, pis yəhudilərin sayından çoxdur. Həyat yoldaşımın da bu problemə münasibəti eynidir. Elə mən də onun kimi fikirləşirəm. Hitlerin bir çox xüsusiyyətləri onun xoşuna gəlmir, amma o da Hitlerin yəhudilərə etdiklərini düzgün sayır. Onun fikrincə, biz öz ölkəmizdə çox geri gedəcəyik, buna görə də nə isə etmək lazımdır”.
Hərdən dəqiq olaraq, yəhudi hökmranlığı barədə fantaziyaların əks etdirmə (proyeksiya) aspekti görünür. Yarımçıq dərk edilən istəkləri olanlar qüvvələrin demokratiyasını və hökmranlığını dəf etməyə ümid edirlər, onu antidemokratik adlandırır və güman edirlər ki, onun yeganə şansı demokratik hüquqlara riayət etməkdir.
5018 32 yaşlı kişidir. Bütün şkalalar üzrə yuxarı bal toplamış bu dəniz artilleriyasının keçmiş serjantı bəzi paranoik xüsusiyyətlərə malikdir. O bilir ki, “yəhudiləri irq hesab etmək olmaz, amma onların hamısı eynidir. Onlar böyük hakimiyyətə malikdirlər, lakin bunun günahını mən özümüzdə görürəm”. Sonra o, aydınlaşdırır: o yəhudiləri işgüzar sferadan qovaraq, onlarla hesablaşa bilərdi. O, güman edir ki, onun kimi anlayanlar işgüzar praktikada yəhudilərlə rəqabət apara və yəqin ki, onları orada sıxışdıra bilərdilər, lakin bununla belə, əlavə edir: “onları yaxşı olardı ki, bir-birini incitmək üçün Fələstinə göndərərdilər. Mənim onlarla bir qədər ünsiyyətim olub. Onlardan bəziləri yaxşı əsgər idi, ancaq çoxu yox”. Müsahibə verən qeyd edir ki, problemləri əzgin demokratik metodları ilə həll etmək mümkün deyil, belə ki, “yəhudilər demokratiyada iştirak etməyəcəklər”.