реклама
Бургер менюБургер меню

Стефан Цвейг – Kazanova (страница 3)

18

Ancaq salonda olan yüzlərcə tamaşaçı, hələ bu əcnəbinin sirrini öyrənməmiş, kim olduğunu kəşf etməmiş, lojalardakı qadınlar, həyəcandan çaşqına dönmüş halda, başqa bir şeyi müşahidə edirlər. Bu adam nə qədər yaraşıqlıdır! Nə qədər gözəl və erkəkcəsinə bir görünüşü var! Boylu-buxunlu, enlikürək; dolğun və əzələli əlləri var; qamətli və kişiyana möhkəm görünüşündə qadınsayağı heç bir iz yoxdur; indi orada ayaq üstə durub, boynunu bir az önə əymiş, eynilə hücuma keçmədəyə hazırlaşan bir buğaya bənzəyir. Yandan baxıldığı zaman bu üz, bir Roma medalyonunu xatırladır, hər cizgi qumral başın mis zəmini üzərinə metallik bir açıqlıqla işlənmiş kimidir sanki. Zərif bir hərəkətlə alnını yuxarı doğru qaldırır. Xəfifcə dalğalı şabalıd rəngi saçların arasından birdən-birə ortaya çıxan belə bir alnı görsəydi, bütün şairlər heyran qalardı; burnu bir qarmaq kimi çıxıntılı, güclü sümüklərdən yaranmış çənəsi də qabarıq idi; və onun altında da iki qoz böyüklüyündə bir hulqum (sadəlövh qadınlar bunu erkəklik gücünün ən etibarlı ifadəsi olaraq görürlər); üzdəki hər cizginin bir sərtlik, cəsarət və qərarlılıq ifadə etdiyi inkar edilməz idi. Yalnız dodaqları yumşaq və nəmliydi; bu dolğun şəhvətli və qırmızı dodaqların arasından mirvari kimi dişləri görünürdü. Yaraşıqlı adam indi yavaşca üzünü zəif işıqlanmış anfiteatra doğru döndərir; biçimli, sıx kirpikli, qüsursuz bir qövs şəklində aralanmış göz qapaqlarının altından qara göz bəbəkləri həyəcanlı və səbrsiz bir baxışla parlayır: Ov arxasınca qaçan və birdən-birə bir qartal kimi qurbanının üzərinə atlamağa hazır olan əsl ovçu baxışları kimi… Amma hələlik yeni-yeni tutuşmağa başlayan bir alovla parlayır bu gözlər, hələ yandırıcı bir atəş halına gəlməmiş; lojaları gözdən keçirən və erkəkləri saya salmadan, satışa hazır bir mal kimi qadınların bulunduğu bu yarımqaranlıq yuvalardakı istiliyi, çılpaqlığı və bəyazlığı incələyən bir növ gizli atəş… Bir-birinin ardınca hamısını diqqətlə gözdən keçirir, eynilə maldan başı çıxan bir adamın etdiyi kimi; və bu arada qadınların da onu diqqətlə süzdüyünü hiss edir. O zaman şəhvətli dodaqları bir az boşalır və cənublulara xas dolğun ağzının kənarında görünən xəfif bir gülümsəmə qar kimi bəyaz dişlərinin parlaq sırasını açığa çıxarır.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.