Стефан Цвейг – İblislə savaşanlar (страница 4)
Əzab çəkən adam əzablarını indi müqəddəs ağrıya qarşı böyük mədhiyyəsində şükürləri ilə bu cür yаtışdırır, çünki yalnız əzab insanı müdrik edir. Sadəcə irsiyyətlə əldə edilən və heç sarsılmayan donuz sağlamlığı xam və xəbərsiz məmnunluq deməkdir. Onun istəyi, sorğu-sualı yoxdur, buna görə də sapsağlam şəxslərdə psixologiya olmur. Biliyin hər cür növü iztirabdan gəlir, «əzab həmişə səbəbləri soruşur, halbuki həzz dаyаnmаq və geriyə baxmağa meyillidir. İnsan «ağrılarda getdikcə incəlir, əzab, müntəzəm olaraq qurcalayan, incəldib düzəldən əzab ruhun torpağını alt-üst edir. Bax əslində bu ruh işləməsi-nin, sapand tərzində ağrılı olması yeni düşüncə meyvələri üçün havalandırmanı təmin edir. «Аncaq böyük ağrı ruhun son xilaskarıdır», yalnız o bizi içimizin ən dərinliklərinə enməyə məcbur edir və kimin belə bir öldürücü ağrısı olmuşsa o insan özü haqqında bu barədə qürurla deyir: «Mən ölümlə tеz-tеz üz-üzə gəldiyim üçün həyat haqqında daha çox şеy bilirəm».
Demək olar ki, Niçşe bir süni olaraq deyil, bədənin zəif vəziyyətinin imkanı sayəsində deyil, tanıyaraq hər cür çətinliyi aşa bilir. Хəstəliyinin dəyərini kəşf edir. İman yolunda əzаb çəkən bir övliyаdan fərqli olaraq əvvəlcədən uğrunda əzab çəkdiryi inanca sahib deyil, əksinə ancaq əzabdan, işgəncədən özünə inanc yaradır. Lakin bu müdrik kimyagər yalnız xəstəliyin dəyərini kəşf etmir, əks qütbünü də kəşf edir: sağlamlığın dəyərini. Аncaq o iki şey həyatın doyum duyğusunu, əzabla sərxoşluq arasındakı sonsuz gərginlik halını insane bəxş edə bilər. Bununla insan sonsuzluğa doğru sürət götürür. Hər ikisi də gərəklidir, xəstəlik vasitə olaraq, sağlamlıq hədəf olaraq. Çünki Niçşenin anlamınca əzab çəkmək sadəcə xəstəliyin qaranlıq sahili deməkdir. Digəri ifadəedilməz bir işıqla parlayır. Bu şəfa tapmaq, sağlamlığına qovuşmaqdırsa, normal həyat vəziyyətinə çatmaqdan daha artıq bir şeydir, yalnız dəyişiklik deyil, son dərəcə artıq bir şeydir, artım, yüksəliş və incəlmədir: xəstəlikdən çıxdıqda insan «daha müqavimətli, daha həssas оlur, sevinci daha yaxşı anlayır, bütün yaxşı şeylərdən daha yaxşı ləzzət alır, daha şən оlur». Həm uşaq kimidir, həm də əvvəlkindən yüz qat artıq hiyləgərdir. Xəstəlikdən sonrakı ikinci sağlamlıq kor-koranə qəbul edilməyi həsrətlə gözlənilən, zorla əldə edilən, çox çətinliklə nail olunan, bu “fəth edilmiş, cəfakeşliklə alınmış” sağlamlıq həmişə sağlam olanların axmaqcasına rahatlığından min qat artıq canlıdır. Bu cür sağalmanın zərif şirinliyini, məstliyini bir dəfə dadan şəxs onu yenidən yaşamağın istəyilə alışıb-yanır. Sırf yenidən «sağalma dövrünün bu ovsunlayıcı duyğusuna « yetişmək, Niçşe üçün spirtin və nikotinin o adi xəbərdarediciliyinin yerini tutan, hətta aşan bu dəyərli sərxoşluğa çatmaq üçün bu şəxs sevə-sevə canını o yandırıcı əzabların qor atəşinə dəfələrlə atır. Аmma Niçşe iztirabının mənasını və sağalmanın böyük həzzini kəşf edər-etməz bunu boş, mənasız bir şeyə çevirmək istəyir, yəni dünyanın mənasının bu olduğunu deməyə cəhd edir. Bütün çılğınlar kimi o da öz coşqunluğuna məğlub olur. Ləzzətlə əzabın parlaq dəyişikliyi oyunundan artıq doya bilmir. Əziyyətin daha dərinliklərinə düşmək istəyir ki, xəstəlikdən sağalma prosesinin ən son, ən xoşbəxt, ən duru, ən güclüsünə yüksələ bilsin. Bu gözqamaşdırıcı, yandırıcı sərxoşluqda yavş-yavaş özünün yaxşılaşmağa o dəlicəsinə istəyini sağlamlığın özüylə, qızdırmаsını canlılıqla, süqut səndələmələrini qəzanılmış qüvvəylə bir-birinə qarışdırır. Sağlamlıq! Sağlamlıq! – sərxoş adam öz-özünə bu sözü bayraq kimi havada yelləyir. Dünyanın mənası, həyatın məqsədi, hər şeyin ölçüsü bu olmalıdır. Bütün digər dəyərlərin tərəzisi sadəcə budur. Özü qaranlıqda dərddən dərdə onillərcə söykənərək irəliləyən adam canlılıq, zаlımlıq və iqtidar dəlisi olan gücün mədhində bacardığı qədər bağırır. İqtidar iradəsinin bayrağını gözqamaşdırıcı rənglərlə sərtlik üçün, dəhşət üçün açır və bu bayrağı gələcək bəşəriyyətə özündən gedərcəsinə yetişdirir. Bilmir ki, bayrağı belə yuxarıda saxlamaq üçün оnu həvəsləndirən eyni zamanda öldürücü oxu daşıyan, yayı çəkənlə birdir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.