Шамиль Садиг – İsa Muğanna yaradıcılığı İDEAL işığında (страница 2)
mümkün deyil. Ancaq ortada hansı enerjidən gəlib-gəlməməsindən asılı olmayaraq yüksək sənətkarlıqla seçilən mükəmməl yaradıcılıq məhsulları var… Və
onların adət etdiyimiz metodoloji texnologiyalarla tədqiqi tamamilə mümkündür.
İsa Muğanna yaradıcılığını yeni rakursdan –
“İdeal” işığında araşdıran tanınmış yazıçı, ədəbiyyatşünas və redaktor-naşir Şəmil Sadıq qarşısına kifayət qədər cəsarətli (və çətin) bir vəzifə qoysa da, fikrimcə, onun öhdəsindən uğurla gəlmiş, hətta demək olar ki, İsa Hüseynov – Muğanna yaradıcılığı barədə indiyə qədər deyilmiş ən müxtəlif (çox hallarda isə pərakəndə) fikirlərin fövqünə qalxaraq sistemli bir “muğannaşünaslığ”ın əsaslarını müəyyənləşdir-8
mişdir.
“İsa Muğanna yaradıcılığı” “İdeal” işığında”
müəllifi yazır:
“… İsa Muğanna yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal”
silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də
qorxmadan, çəkinmədən “İsahəqq, Musahəqq”i,
“GurÜn”ü, “Türfə”ni, “İlan dərəsi”ni, “Cəhənnəm”i,
“Qəbiristan”ı əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün”.
Və əlavə edir:
“ … Bu tədqiqat işində Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dönə-dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq”.
Göründüyü kimi, miqyas xeyli möhtəşəmdir,
lakin nəzərə alsaq ki, Şəmil Sadıq uzun illər İsa Muğanna ilə sıx-sıx görüşmüş, onun nəinki əsərlərinin, bütövlükdə ruhunun dərinliklərinə bələd olmuş, hətta ustadla yaradıcılıq əməkdaşlığı da etmişdir, on-da miqyası bu qədər geniş götürməyə müəllifin həm mənəvi, həm də peşəkar səlahiyyəti olduğuna şübhə
yeri qalmır.
9
İsa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəx-
siyyət kimi nə qədər yüksək intellektual səviyyədə
dayanırdısa, o qədər də pak, səmimi və ünsiyyətcil bir insan idi, həmsöhbətini öz geniş (və kifayət qədər mistik) dünyagörüşünə tabe eləmək fikrindən də
uzaqdır. Az-çox ağıllı mülahizə eşidəndə onun müəllifini layiq olduğundan da artıq qiymətləndirir, da-xildən (ruhunun lap dərinliklərindən) gələn bir məhəbbətlə tərifləməkdən çəkinmirdi. Və mən heç şüb-hə etmirəm ki, bu, İsa müəllimin mənəvi zənginli-yinin tükənməzliyindən qaynaqlanırdı…
“İdeal”a qədərki yaradıcılığını hərdən özü kəskin tənqid edir, “Yanar ürəy”i elə də dəyərli əsər saymırdı. Görüşlərin birində xalq yazıçısı Anar İsa müəllimə dedi ki, “belə bir fikrim var: İsanın özünü özündən müdafiə cəmiyyəti yaradaq… İmkan vermək olmaz ki, ədəbiyyatımızın “Yanar ürək” kimi
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
qiymətli əsəri onun tərəfindən bu qədər haqsız tənqidə məruz qalsın”… Anar müəllimin haqlı sözü hamının ürəyindən oldu. Hətta İsa müəllimin də…
Bir söz demədi, ancaq razılıq əlaməti olaraq ürəkdən güldü…
Həm İsa Hüseynov, həm də İsa Muğanna haq-
qında mən də bir sıra yazılar yazmışam, televiziya-larda, müxtəlif yığıncaqlarda çıxışlar eləmişəm. Ancaq bunların çoxunda elmi təhlil azdır. Sadəcə olaraq, dərinliyinə lazımi qədər vara bilmədiyim möhtəşəm yaradıcılıq qarşısında heyranlığımı ifadə etmişəm.
Şəmil Sadıq – mənim keçmiş tələbəm isə bu kita-
bında İsa Muğanna dünyasının dərinliklərinə enir. O
10
məqamlara (məsələn, mistika, din, magik realizm, postmodernizm və s.) diqqət yetirib geniş (və sözün geniş mənasında müqayisəli!) interpretativ təhlil verir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun dünyagörüşünün fəlsəfi mahiyyətini, metafizik
poetikasını anlamağa əhəmiyyətli kömək göstərir.
Müəyyən mübahisəli tərəfləri olsa da, ümumiləş-dirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas da odur ki, Şəmil Sadıq İsa Muğanna “mətn”ini həm bir əsər, həm də ümumi yaradıcılığı miqyasında kifayət qədər müfəssəl hiss etdiyinə görə, gəldiyi nəticələr bugünkü ədəbi-tənqidi təfəkkür üçün heç də az səciyyəvi olmayan sxematizmdən uzaqdır.
Müəllif hərdən gileylənir ki, nə oxucular, nə də
ədəbi tənqid İsa Muğannanın müasir dövrün qlobal problemlərini dərk etməkdə, doğrudan da, çox fay-
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
dalı olan əsərlərinə az maraq göstərirlər… Elə bilirəm ki, haqlıdır…
Təsəllimiz isə ondadır ki, əvvəla, böyük əsərlər (və ideyalar) bütün dövrlər və zamanlar üçündür, ikincisi isə bizim günlərdə “İsa Muğanna yaradıcılığı
“İdeal” işığında” kimi dəyərli bir əsər meydana çıxır-sa, görünür, elə də bədbin olmağa dəyməz…
Akademik Nizami Cəfərov
11
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
12
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
Giriş
Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər
“İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliyevin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağırlığı hiss etmədim. Dünyagörüşü yeni formalaş-maqda olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirməyən, sadə kənd uşağının dünya sirlərini özündə daşıyan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı quruya-quruya oxuması ona bir istiqamət verdi. Həyat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin altında gizlənən tarixi, dildəki 13
kodlu sözlərdə yaradılışın sirlərinin necə gizlədildi-yini araşdırmağı, öyrənməyi mənə “İdeal” əsəri öyrətdi. Hər cümlədən sonra kasıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ardıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə…
“İdeal” romanını oxuduğum gündən müsahibim
olan, kitabı sevən, milli qürurunun olduğunu hiss etdiyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyan-lardan “sağ ol” aldım. Sonra da özüm üçün də üs-tüörtülü qalan suallara cavab verməyim istənildi.
Çıxılmazlara girirdim bəzən və sonda bir gün bu
“Sirr qoxuyan kişi”nin özü ilə görüşüb bu suallara cavab alacağımı düşünürdüm həmişə.
Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın-
madı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün çox cəhd etdim. Bütün yazıçı dostlarımdan, ona
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
yaxın olacaq bir neçə başqa şəxslərdən də xahiş etdim. Amma mümkün olmurdu ki, olmurdu. Adətən