Шамиль Садиг – Odərlər (страница 4)
Yay səhərlərinin birində sosial şəbəkələrdə yeni bir xəbər yayıldı. Bu xəbərdə deyilirdi ki, Azərbaycanın Er-mənistanla təmas xəttində yerləşən hərbi hissələrindən bi-rində bir qrup hərbçi silah-sursat və pul oğurlayaraq qaç-mışdır. Müxalifət qəzetlərində də bu xəbər dərc edildi. Amma qəzetlərin hərəsi bir ehtimal irəli sürürdü. Aparıcı qəzetlərdən biri yazırdı: “azərbaycanlı əsgərlər hərbi his-sədən külli miqdarda pul və xeyli silah-sursat götürərək Gürcüstana qaçmış, oradan da Avropaya keçmişdilər.” Xarici qrantlar hesabına yaşayan digər bir qəzet isə yazır-dı ki, həmin hərbçilər hərbi hissənin xəzinədarını öldürə-rək pulları əldə etmiş, Ermənistan tərəfə sığınmışlar. Hər-bi hissədəki özbaşınalıq bütün əsgərləri cana gətirmiş, çı-xış yolunu Ermənistana, ordan da neytral ölkəyə keç-məkdə görüblər.
Bir qəzet də yazırdı ki, bu əsgərləri erməni kəşfiyyatı əsir götürmüşdür. Ona görə də dövlət bu rəzalətə görə heç bir açıqlama verə bilmir.
Xeyli versiyalar meydana atıldı… Hər kəs bu mövzu-da danışır, televiziyaların xəbərlərini gözləyir, amma bu barədə dolğun və inandırıcı bir məlumat eşitmədiyindən, başını aşağı salıb güzəranını keçirirdi. Müxalifət televizi-yaların bu hadisəni səssiz qarşılamasından istifadə edib sosial şəbəkə tribunalarından xalqın aldadıldığını söylə-yir, siyasi məqsəd üçün çox yaxşı istifadə edirdi. Elə bil, doğrudan da iqtidar qəzetlərinə və televiziyalarına bu haqda xüsusi tapşırıq verilmişdi. Hər hansı bir metronun girişindəki daşın üstündə “Allah” yazıldığını iddia edən mövhumatçı gəncləri ekranlara çıxaran, hər hansı bir köl-gənin ruh olduğunu söyləyən xəstə təxəyülləri işiqlandı-ran, hansısa bir iti altı barmağı olduğu üçün ekrana gəti-rən, əqidəsi və şəxsiyyəti olmayan bəzi mütrüb tayfasının bir-biri haqqında dediyi iyrənc fikirləri Azərbaycan audi-toriyasına sırıyan müstəqil televiziyalar bu qədər hənga-məyə heç nə olmamış kimi münasibət göstərdi. Hətta bu-nun şayə, yanlış olduğunu da səsləndirmədilər. Bunu, sa-dəcə, sosial şəbəkələrdə fəal olan gənclər azdan-çoxdan təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xə-bərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim nə bilir, bəlkə, bu gənclər də Mübariz İbrahimov kimi düşməndən qisas almağa gediblər. Yəqin bunun da səsi sonra çıxar.
Əhalinin böyük əksəriyyəti isə heç nədən xəbər tut-madı. Bu hadisə təzəcə yaddan çıxmağa başlamışdı ki, Amerikanın “Vaşinqton Post” qəzeti böyük bir yazı ya-yımladı. Bu yazıda Azərbaycan ordusunun səfil vəziyyət-də olduğundan bəhs edirdi. Bu hadisəyə üstüörtülü şəkil-də eyham vurularaq deyilirdi ki, demək olar, hər ay Azər-baycan ordusunda əsgərlər ya intihar edir, ya zabitlər tə-rəfindən öldürülür, ya da digər ölkələrə qaçırlar.
Əslində isə, hadisə tamam başqa cür olmuşdu. Çünki bu gün mətbuatda gördüklərimiz başqa, həqiqət isə tama-milə başqadır. Bəzən bəzi həvəskar mətbuat nümayəndə-ləri bilmədən həqiqətləri yazır. Amma inanılmış digər te-leviziya, qəzet və saytlar həqiqəti yolundan sapdıraraq yanlış informasiyanı xalqa sırıyırlar. Bəzən də hazırlanmış gizli bir planı bilmədən söz azadlığı altında darmadağın edirlər.
3
Ermənistanın işğal etdiyi ərazilərlə sərhəddəki Azər-baycan ordusunun hərbi hissələrindən birində kəşfiyyat bölüyünün bir-birinə daha yaxın olan, çətinliklərə düşə-rək bir-birilərini daha yaxşı tanıyan beş gənc var idi. On-lar arasındakı tanışlığın yaşı çox olmasa da, ortaq cəhətlə-rini müəyyənləşdirmiş, özləri də fərqinə varmadan bir-bi-rilərinə bağlanmışdılar. Bu, Vətən və Millət qayəsi idi. Ayrı düşüncələrə, baxışlara görə dəfələrlə mübahisələri düşsə də, bu nöqtədə birləşməyi bacarırdılar. Bundan əla-və, onları birləşdirən digər məsələlər içərisində iradə, əzm, dürüstlük, cəsarət, sevgi kimi digər amillər də var idi. Kəşfiyyatçı idilər. Verilən tapşırıqları daim qüsursuz yerinə yetirməyə çalışırdılar. Əməllərində bəzən yanlış-lıqlar və qüsurlar olsa da, niyyətləri pak idi.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Müba-riz İbrahimovun göstərdiyi igidlikdən sonra onlarda yara-nan fövqəltəbii güc və bu gücdən doğan ideyalar mühüm bir qərar vermələrinə kömək etmişdi. Bunu gizir Alıyev Elçinin dəfələrlə təklif etməsinə baxmayaraq, kapitan Al-tay Cavadov bir az tərəddüd edirdi. Gizir Arslan Sultan-bəylinin bu ideyada qərarlı olmaması dəstənin digər üzv-lərini də ruhdan salırdı. Kapitanın “vaxtı gələndə gedə-rik” deməsi dostların əlini işdən soyudurdu. Altay Arsla-na daha çox güvəndiyindən onun fikrinə xüsusi önəm ve-rirdi. Hətta onun “hə” deməsi bu işin başlanması demək idi.
Nəhayət ki, günlərin birində məzuniyyətdən qayıdan Arslanın kapitanla uzun söhbətindən sonra qərar verildi. Sadəcə, bu dəstədə kimlərin olacağı onları narahat edirdi. Uzun və çətin bir yol idi. Bu yolun sonu isə görünmürdü. Ölüm, həbs, vətən xaini… Amma qisas hissinin güclü ol-ması bütün təhlükələri arxa plana atırdı. Həmişə qorxu hissinin qürur hissini tapdalamasından əziyyət çəkən xalqın bu oğullarında, indi qisas hissi bütün qorxu hisləri-ni tapdalamış, əzilmiş qürur hissinin yüksəlişinə səbəb ol-muşdu.
Ən önəmlisi isə, erməni xofunun aradan götürülməsi idi. Kapitanı düşündürən başlıca məsələ xalqda olan ruh düşkünlüyünün yüksəldilməsi idi. Milli Qərhrəman Mü-bariz İbrahimov bunu yaratmışdı. Əgər Mübariz İbrahi-movun atdığı cəsarətli addım onlarla kapitan kimi igiddə ruh yüksəkliyi yaratmışdısa, bu beş ərin atacağı addım bütün xalqı ruhlandıra bilərdi. Və beləcə, müharibə edib torpaqların qaytarılmasına zəmin yaranardı. O düşünür-dü ki, yalnız bu, xalqın özünəinam hissini qaytara bilərdi. Çünki Xocalı və Qaradağlı kimi faciələr xalqı xeyli qor-xutmuşdu. Həmişə “erməni kimdir ki, gəlib bizə nə isə et-sin” deyən xalq, Xocalıda erməninin “kimliyini” görmüş-dü. Bu isə planlı şəkildə atılan addım idi və o vaxt ermə-nilərin işinə çox yaxşı yaramışdı. Beləcə, rayonların bir-bi-rinin ardınca erməni yaraqlıları tərəfindən işğal olunması-nı sürətləndirmişdi. Kapitan bu hadisəni həmişə dostları ilə söhbətində Nizaminin “İsgəndərnamə” poemasındakı İsgəndərin zəncilərlə döyüşü ilə müqayisə edirdi. Belə ki, bir gün İsgəndərin ordusu zəncilərlə döyüşdə məğlub olub geriyə qaçır. Döyüşçülər arasında belə bir şayiə yayı-lır ki, düşmən tərəfin şahı qaniçəndir. Əsir düşmüş əsgər-lərin qanını içir. İsgəndər bu hadisəni eşidəndə çox fikir-ləşdi. Amma yol tapa bilmirdi ki, bilmirdi. Bu zaman və-ziri ona dedi ki, döyüş həmişə güc hesabına qazanılmır. Burada psixoloji amillər daha önəmlidir. İndi sənin qoşu-nunda bir vahimə var ki, rəqib şah qan içəndir. Gör əlinə keçsək, nələr gələr başımıza? – deyə qorxudan döyüşdən qaçırlar. Sən bunun qarşısını almaq üçün daha vəhşi bir addım atmalısan. Vəzirin məsləhəti ilə İsgəndər əsir gö-türdüyü düşmən döyüşçülərindən birinin başını bişirtdi-rib, əsirlərin qarşısında yeyir. Sonra da şərait yaradır ki, əsirlər qaçsınlar. Amma İsgəndər əslində adam kəlləsi yox, heyvan kəlləsi yemişdi. Rəqibin ordusu arasında qısa bir zamanda İskəndərin əsirlərin kəlləsini bişirtdirib yedi-yi hadisəsi yayıldı və bundan sonra o, istədiyinə nail ol-du. Bunun üçün də qaniçən ermənilərə İsgəndər kimi ca-vab vermək lazım idi. Saf qəlbli, pak niyyətli bu gənclərin millətin gələcəyi üçün düşündükləri ən yaxşı yol bu idi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.