реклама
Бургер менюБургер меню

Шамиль Садиг – Odərlər (страница 3)

18

O dedi: – Qoroğlu, general sənin haqqında zəmanət verəndə biz sənin belə mərd olduğuna inanmırdıq. Səni tanımaq üçün mənim yanıma göndərdi. Buna da bəhanə həmin nal oldu. Səninlə söhbətdə mən də səni bəyəndim. Atı sənə təklif etməyim səni sınamaq idi. İşinin ardınca gedib getməyəcəyini bilmək üçün sənə ən çətin yolu təklif etdim. Sənsə iradəli adam olduğun üçün bundan vaz keç-mədin. Bir də ki, at səni Ata kişiyə tanıtmaq üçün bir şifrə idi. Necə ki, nal səni mənə tanıtmışdı. Gələcəyini də bildi-yimiz üçün bu gün bura yığışmışdıq.

Sonra üçüncü kişi üzünü açdı, bu da Ata kişi idi. Ata kişi heç bir vaxt üzdə görünməsə də, dövlətin maraqlarını qoruyur, onun güclənməsi üçün xalq arasında fəaliyyət göstərən Xüsusi şöbənin polkovniki idi. O dedi: – Əlində-ki nalı bizə göstərəndə səni tanıdıq, amma şifrədən tam əmin olmaq üçün sənin atına da baxmaq lazım idi. Əgər sən seçilmişdinsə, mindiyin atın da nalları sənin əlindəki nalla eyni olmalı idi. Onun üçün də səni içəri dəvət etdik və həmin müddətdə atının nalına baxdıq. Dəmirçioğlu-nun atı olduğunu təsdiqləyəndən sonra səni bu saata qə-dər sağ saxladıq və məclisə çıxardıq.

Nalyığan heç nə anlamırdı. Bir qədər əvvəl tanıdığı insanların burada olacağını heç gözləmirdi. Buna inan-maq isə mümkün deyildi. Hər şey bir tərəfə, o anda onu düşündürən yeganə müəmmalı məqam digər iki nəfərin kimliyi idi. Səbirsizliklə onların kim olacağını gözləyirdi. Elə bu dəm onlardan biri də üzünü açdı. Bu da hərbi xid-mətdə olanda onun briqada komandiri olmuş polkovnik-leytenant Kamandar Heydərov… Əslində, Nalyığan hər şeyi indi anlayırdı. Onu indiki işinə düzəldən də, Atilla Babayevlə tanış edən də briqada komandiri olmuşdu. Dördüncü kişi üzünü açandan sonra dedi: – Qoroğlu, sən yəqin ki, hər şeyi başa düşdün. Səni kəşfiyyata göndərdi-yim ilk vaxtdan seçmişdim. Həmin kəşfiyyat sənin seçil-miş olacağına qığılcımdı. Sonrakı kəşfiyyatlar isə bu qığıl-cımı daha da alovlandırdı. Və beləcə, sən bura gəlib çıx-dın. İndi sən beşincinin kim olduğunu səbirsizliklə gözlə-yirsən, buna hamımız əminik. Amma bu, hələ sənə sirr olaraq qalacaq. Bir neçə etapdan sonra bunu da biləcək-sən. Əgər sınaqlardan çıxa bilsən, Ulu Şaman məclisinə də təqdim ediləcəksən. Bundan sonra da “Qoroğlu” sənin təşkilatdakı kod adın olacaq.

– Sizi yaxşı tanıyıram. Sizə özüm qədər inanmışam, heç vaxt da bir dediyinizi iki etməmişəm. Əgər mənim də burda olmağımı istəyirsinizsə, mənimçün böyük şərəfdir. Amma mən həmişə vətən və millət üçün çalışmışam. Bun-dan sonra da belə olacaq, sizinlə bir yerdə də olsam, tək də. Lakin mən sizin qayənizlə daha dərindən tanış olmaq istəyirəm, kimliyinizi dəqiq bilməliyəm. Apardığınız mü-barizənin konkret olaraq nədən ibarət olduğunu dərk edib, ona inanmalıyam. Bunu necə sübut edə bilərsiniz?

– Bizim təşkilat müstəqil fəaliyyət göstərsə də, hər zaman dövlətin yanındadır. Bütün kəşfiyyat materialları, verilmiş bütün qərarlarımız yalnız birinciyə çatdırılır. Təşkilatın bütün türk cümhuriyyətlərində qolları var. Bü-tün türk ölkələrində olduğu kimi, Azərbaycanda da beş mərhələdən ibarətdir bu ocaqlar. Hər beş nəfər şəxs onun üstündəki beş nəfərlik digər qrupa daxildir. Bizim hazırkı təşkilat dördüncü mərhələdir. Beşinci ocaqda fəaliyyət göstərən şəxsləri yalnız beşinci ünsür tanıyır. Bizim üçün Ulu Şaman məclisinin bütün qərarlarını beşinci ünsür təq-dim edir. Ümumilikdə Türk dünyasının, o cümlədən Azərbaycanın xarici kəşfiyyatını qururuq. Xaricdən Azər-baycana qarşı olan bütün təzyiqləri biz zərərsizləşdirir, idarə edirik. Ulu Şaman məclisinin beşinci ünsürü isə türk xalqlarının beşinci ünsürləri ilə hər il bir qurultay keçirər-lər. Sonra da alınan qərarları yerlərə, yəni hər ölkənin be-şinci məclisinə çatdırırlar. Amma sən ideologiyamızı daha dərindən öyrənmək üçün Dədə Əfəndinin söhbətlərinə qulaq asmalı olacaqsan. Əgər elminlə deyilənləri qəbul et-məsən və bizi haqsız hesab etsən, məclisə girməmiş uzaq-laşa bilərsən. Yox, əgər elmi dərk etmədən, gücün çatma-yıb yarımçıq qoysan və məclisdən uzaqlaşmaq istəsən, onda yanan bir ocaq kimi üstünə su töküləcək və birdəfə-lik söndürüləcəksən. İndi de görüm, elmimiz və qayə-mizlə tanış olmağa, onu öyrənib daşımağa gücün, iradən çatarmı? – deyən Dəmirçioğlu gözlərini düz Arslana zil-lədi.

– Mən elminizi daha yaxından öyrənmək istəyirəm. Onu öyrənib haqlı olduğunuzu görsəm, daşıyacağıma da əminəm.

Arslan hələ də beşinci şəxsin üzünün açılmasını göz-ləyirdi. Ona görə hələ də sözlərini beşinciyə ünvanlayırdı.

Polkovnik-leytenant Kamandar Heydərovun yarım-qaranlıq çöhrəsində bir təbəssüm yarandı. O, bununla sanki öz yetirməsi – OdƏrilə fəxr etdiyini göstərirdi. Onun daxili aləminə yaxından bələd olan polkovnik-ley-tenant Kamandar Heydərov öz kadrının bu cür düşünəcə-yinə əmin idi. Onun iradəsinin möhkəmliyinə həmişə heyran qalmışdı. O, bu təbəssümlərin müşayiəti ilə yerin-dən qalxaraq öz yetirməsinə bir qılınc uzatdı. Bu qılınc rəmzi bir qılınc idi. Tanrının qılıncını simvolizə edirdi. Bütün böyük sərkərdələr daim həmin bu qılıncın axtarı-şında olmuşdur. Atillanın əldə etdiyi qılınc da, Qoroğlu-nun (Goroğlunun, Koroğlunun) göylərdən gələn Misri qı-lıncı da bu qılıncdan idi.

– Qoroğlu, yaxın gəl, al bu qılıncı. Bundan sonra son damla qanına qədər haqq yolundan yayınmayacağına and iç!

Qoroğlu ona doğru gedib qılıncı iki əli ilə ondan alıb: “Vətən, millət yolundan yayınarsam, qınımdakı qılınc göy girsin, qızılı çıxsın” dedi. Bu zaman onların hamısının ayağa durduğunu və beşinci kişiyə baxdıqlarını gördü. Həmin kişi də ayağa qalxdı və əlinin içini göyə doğru qal-dırıb: Tanrı qorusun! – dedi.

Yeni bir OdƏri ocağa qoşmaq üçün bütün mərhələlər uğurla tamamlanmışdı. Ocaqdakıların son hərəkəti bunu göstərirdi ki, Nalyığan artıq təşkilatın üzvü olmuşdu. Sönməz odun sönməməsi üçün Qoroğlu da o gündən Oda çevrildi. Vətəni, milləti qorumaq üçün o, bəzən köz olub düşmənin bağrına yapışacaq, bəzən məşəl olub elin yolunu işıqlandıracaq, bəzən də tonqal olub xalqı birləşdi-rəcəkdi.

Qoroğlunun təşkilatın ideologiyası ilə tanışlığı Dədə Əfəndinin söhbətləri ilə başladı. Onun beynini didib-da-ğıdan sualların cavabını, Dədə Əfəndinin ruhu cilovlayıb idarə edən fikirlərində, sehrli cümlələrində tapacaq, OdƏrə bəşəri bir missiya veriləcəkdi. Hansı ki bu fikirlər, bu ideyalar onu fövqəltəbii bir güc ilə qoruyacaq, bəşəriy-yətin sirlərini öyrənmək üçün Şuşadan Çinə, Çindən Vati-kana, Vatikandan Hindistana, Hindistandan da Mayyalı-ların tarixini araşdırmaq üçün Cənubi Amerikaya apara-caqdı…

2

Dünya yaranandan insan sözün əsiridir. Söz forması-nı dəyişməsə də, zaman-zaman məna yükünü, təqdimat formasını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna gizlin sirləri ya bilərəkdən, ya da fərqinə varmadan yer-ləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, sübut etməyə çalışıb. Söz Tanrının sirri olduğu üçün in-san hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi məna-nın çoxluğu arasında başını itirir. Qətran Təbrizi sözün həqiqətə, varlığa münasibətindən danışarkən yazır: “Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır”. Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, məğlubedilməz azman ordulardan daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insa-na iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd ele-mentləri araşdırıb, bunu əldə etmək üçün institutlar, aka-demiyalar yaradıb. Həqiqətin başının zorla kəsilə bilmə-yəcəyini müəyyənləşdirən əsilsizlər qılıncı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kə-sib. Artıq dünyanın idarəçiliyinin sözün əlində olduğunu çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuru-ma aparan sehrli sözlərin ardınca gedirlər. Uçuruma düş-dükləri zaman bunu dərk etsələr də, artıq gec olur.

Bu gün dilimizdə tez-tez səslənən bir ifadə var: infor-masiya əsridir. Əslində, həmişə informasiya əsri olub. Amma indi informasiya yox, informasiyanın təhlilinin əs-ridir. Bunu dərk edə bilməyən bəşəriyyət artıq aldığı in-formasiya dəryasında boğulur. Halbuki hər damlasında böyük mətləblər gizlənən su kimi, sözün də hər hecasında gizlin mətləblər gah xoruldayır, gah da mışıl-mışıl yatır. Susuzluqdan yandığın zaman sənə yetəcək bir damla su əvəzinə, özünü dəryaya vurub acgözlüklə, birnəfəsə in-formasiyaları içirsən və beləcə boğulursan. Deməli, sözün təhlili və anlamını başa düşmək daha əhəmiyyətlidir.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Bəli, zaman sözün qılıncdan güclü olduğu bir zaman idi. İnsan sözlə silahlanmış sosial şəbəkələrlə kainatı idarə edirdi. İnternet əsri dünyanın işini asanlaşdırdığı qədər də çətinləşdirirdi. Artıq camaat qəzet, televiziya və jur-nallardan daha çox, sosial şəbəkələrdə olan şəxsi səhifə-lərdəki məlumatlarla idarə edilirdi. İnsanlarda belə bir fi-kir formalaşmışdı ki, böyük mətbuat qurumları sifarişlə işləyir, təqdimatlarını sifarişlə qururlar. Sifarişlərin kökü isə həmişə hansısa gizli təşkilatlara, qüvvələrə bağlanır-dı.