Сеид Азим Ширвани – Uşaqların baharı (страница 2)
Axır ki, mollanı vəhşət tutdu, dünyadan köç etdi.
Bir xoşsöhbət ərəb Şamda bir gecə ibn-Süfyana qonaq oldu. Süfrəyə quzu kababı gətirdilər. Ərəb şir kimi yeyirdi. Quzunun kəlləsini sındırıb, qabırğasını, əzasını parçaladı. Bunu görən Süfyan oğlu dedi:
– Ey igid qonaq! Bu quzu ilə düşmənliyin var imiş. Görünür ki, ədavətli imişsən. Yəqin ki, bunun atası, ya da qohum-əqrəbası səni buynuzlayıb.
Hazırcavab qonaq dedi:
– Ey əsrin xəlifəsi, sən nəyin xatirinə qovruldun. Yoxsa bunun anası sənə süd verib?
Bu işdən bir saat ötdü. Müaviyə yenə fürsət tapdı, dedi:
– Ey ərəb, loxmanda tük var. Diqqətli ol!
Ərəb loxmanı saldı, sanki dəli oldu. Qəzəbləndi, yeməyib məclisdən çıxıb getdi. İbn Süfyanı biabır etdi.
Nağıla aid testlər
1. Müəllimin keçdiyi dərs hansı uşaqlar üçün maraqlı deyildi?
A) Oxumayan uşaqlara
B) Ağlı kamil olmayan uşaqlara
C) Balaca uşaqlara
2. Uşaqlar niyə öz müəllimlərinə qarşı hiyləyə əl atdılar?
A) Müəllimi sevmədikləri üçün
B) Dərsdən bezdikləri üçün
C) Oyun oyunamaq üçün
3. Müəllim niyə görə vəfat etdi?
A) Xifətdən
B) Zəhərləndiyi üçün
C) Xəstə olduğu üçün
Bir duası qəbul olunan dərviş Bağdad şəhərini təşvişə saldı. Hər nə üçün dua etsəydi, tanrı onu qəbul edərdi. Bir gün həccac onu çağırdı və dedi:
– Bir xeyir-dua qıl.
Dərviş əl götürüb dedi:
– Xudabənda, bunun canını al!
Həccac dedi:
– Ey mələk xasiyyətli! Sən tanrı, bu nə bəd duadır ki, sən edirsən?
– Bu həm sənin üçün, həm də bizim üçün ən gözəl duadır. Əgər ölsən, sən günah etməkdən qurtararsan, cahan da sənin zülmündən azad olar. Bu taxt-tac sənin nəyinə gərəkdir ki, hər ehtiyacı olan ayaqlar altında qalıb. Mərdimazarlıq yaman işdir. Belə qalmaqdan ölməyin yaxşıdır.
Nağıl edirlər ki, Nuşirəvan şah bir gözəl ovlağa yollandı. Ov elədilər, kabab etdilər ki, dövranın şahı xoşhal ola.
Bir qulam kəndə qaçdı ki, duz gətirsin. Nuşirəvan dedi:
– Ey qulam, duzu qiymət ilə al ki, onu tövcüyə hesab eləməsinlər. Bu kənd də dağılıb xaraba qalmasın.
Dedilər:
– Ey ulduz məqamlı şah, belə az şeydən nə xələl yetər?
Dedi:
– Zülmün əsası dünyada az olub, ey sadəlövh insanlar. Sonradan kim ki gəldi, artıq etdi, xanimanları xaraba etdilər. Əgər biri bağdan bir alma yesə, rəiyyətin bağı viran qalar. Əgər soltan beş yumurta yesə, qoşunu min toyuq bişirər… Zülmü soltan edəndə, daha kim zülm etməkdən çəkinər? Zülmdən yer üzündə ot bitməz. Padşah əgər ədalətli olmasa, dünya alt-üst olar.
Misirdə bir dövranın yeganəsi mənə bu macəranı danışdı. Dedi ki, bizdə bir pir vardı, elm sahibi və təmiz ürəkli bir şeyx idi.
…O qoca daim Quran oxuyan uşaqlara qiraət öyrədərdi. Həmin şeyx dərsdən sonra da uşaqlara qiraətsiz (məddsiz, təcvidsiz, bəlağətsiz) söhbət etməyi qadağan eləmişdi. Uşaqlar bundan tamam bezmişdilər.
Bir gün şeyx qəlyan çəkərkən qəflətən qəlyandan bir qığılcım sol tərəfdən əmmaməyə düşdü. Bunu görən bir uşaq yoldaşlarına işarə etdi: “Uşaqlar, hələ dinməyin, qoyun mollanın əmmaməsi bir az yansın. Başa düşsə də, sonra başa düşsün”.
Əmmamə bir az yandıqdan sonra uşaqlardan biri hay-küy saldı. Şeyxə qiraətlə xəbər verməyə başladı. Qiraətin tələbi ilə söz o qədər uzandı ki, mübtədanı eşidən molla xəbəri gözləməyə başladı. Axır ki, çoxbilmiş uşaq dedi:
– Şeyxəna, qoyma, yandı əmmamə!
O zaman ki uşaq xəbər verdi, artıq əmmamənin yarıdan çoxu yanmışdı. Şeyx qəzəblənib dedi:
– Sən ki əmmamənin yandığını görürdün, niyə vəziyyəti xəbər vermirdin?
Uşaq dedi:
– Bizdə nə günah var, özün bizə tez danışmağı qadağan etmisən.
Şeyx dedi:
– Bundan sonra söhbəti qiraətsiz edərsiniz.
Nağıla aid testlər
1. Uşaqlar nə üçün şeyxdən bezmişdilər?
A) Onlara qiraətsiz dərsdən kənar danışmağı qadağan etdiyinə görə
B) Uşaqlara yaxşı qiymət yazmadığına görə
C) Uşaqlara oynamağa imkan vermədiyinə görə
2. Şeyxin əmmaməsi nəyə görə yandı?
A) Uşaqlar xəbəri qiraətə uyğun dedikləri üçün
B) Uşaqlar bilərəkdən bunu demədikləri üçün