реклама
Бургер менюБургер меню
Mahir Mirişov
Последние
Чарльз Буковски - Makulatura
Чарльз Буковски - Makulatura
Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım. – Eşidirəm.– Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim.– Hmm-m, – dedim, – Selin…– Mən Selini axtarıram, – qadın dedi. – O, mənə lazımdır. Səsinin çılğınlığı ona olan marağımı artırdı.– Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm…– Şalvarınızın miyançasını bağlayın.Şalvarıma baxdım.– Hardan bildiniz qabağı açıqdır? – soruşdum.– İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır.– O, ölüb axı…– Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır.– Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə?– Ay səfeh, gicləmə, Selin yaşayır.– Harda yaşayır?– Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır.– Elə isə, özünüz niyə tapmırsınız?– Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır.– Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki?– Con Barton məsləhət gördü.– Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm.– Bir neçə dəqiqədən sonra sizdə olacam, – o, dedi.Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.
Самед Вургун - Aygün
Самед Вургун - Aygün
S.Vurğunun ən yaxşı əsərlərindən biri «Aygün» poemasıdır. Janrına görə mənzum roman hesab olunan bu əsərdə həyat hadisələri geniş və əhatəli bir şəkildə verilir, qəhrəmanlar, onların mühiti ətraflı göstərilir. Əsərdə Aygünün həyatından yalnız bir hadisə təsvir olunmur, onun sənətkar kimi yetişməsi, ailə münasibətləri bütün təfərrüatları ilə əks etdirilir, qəhrəmanların həyatı geniş epik planda göstərilir.Əsər Aygünlə Əmirxanın ailə həyatının ilk günlərinin təsviri ilə başlayır. Təzəcə evlənən gənclər bir-birini sevir, xoşbəxt günlərini yaşayırlar. Bu səadətli günləri müəllif hər iki gəncin bir-birinə olan saf məhəbbəti ilə bağlayır. Lakin Əmirxanın təsvirində biz şairin bir qədər qorxunu xatırladan münasibət və fikirlərinə rast gəlirik. Onun xarakterində uşaqlıq həyatından irəli gələn bir ərköyünlük və bir qədər də köhnəfikirlilik vardır. İnstitutu bitirdikdən sonra Muğan sovxozlarından birinə təyinat alan Əmirxan yalnız özünü düşünərək Aygünü təhsilini yarımçıq qoymağa məcbur edir. Aygün nə qədər konservatoriyada təhsilini davam etdirmək arzusu ilə alışıb yansa da, Əmirxanı sındırmır. Ona güzəştə gedərək əri ilə birlikdə Muğana yollanır.Əmək fəaliyyətinə başladıqdan sonra Əmirxanın yeni mənfi keyfiyyətləri üzə çıxır. Əvvəlcə işə həvəslə başlayan Əmirxan getdikcə işdən soyuyur, əhli-kef həyat keçirməyə meyil göstərir. Daha sonra kəndin xoşuna gəlmədiyini, burada mədəniyyətin zəif olduğunu bildirərək şəhərə qayıdır.Əmirxanın şəhərə qayıdışı ailənin vəziyyətini yaxşılaşdırmır, əksinə, ər-arvad münasibətləri daha da kəskinləşərək son həddə çatır. Əmirxan şəhərdə də ictimai-faydalı bir işlə məşğul olmur, günlərini içki məclislərində keçirir, tez-tez evə gecə keçəndən sonra qayıdır. Bütün bunlara dözməyən Aygün körpəsini də götürərək evdən gedir.Bundan sonra Aygünün yüksəlişi başlayır. O, konservatoriyada təhsilini davam etdirir, musiqi əsərləri bəstələyir, Dövlət mükafatına layiq görülən bir simfoniya yaradır. Əmirxan isə ağır günlər, mənəvi sarsıntılar keçirir, düşdüyü vəziyyətin çirkinliyini dərindən dərk edərək yenidən öz əvvəlki sənətinə qayıdır.Aygün evdən ayrılsa da, öz ilk eşqinə sona qədər sadiq qalır, ilk məhəbbətini sona qədər qoruyaraq heç kimə könül vermir. Müğənni Elyarın ona qarşı olan sevgi duyğularını qiymətləndirsə də, bu sevgini qəbul edə bilmir, heç kimi sevməyi bacarmadığını söyləyir:Yalnız sənətimlə yaşayıram mən,Bir də ki, gözümün işığı Ülkər…Niyə gizlədim ki… bəzən qəlbimdənisti bir nəfəs də keçir müxtəsər.Fəqət sevməyirəm mən heç bir kəsi,Xəyalım bir yerdə qərar tutmayır.Üzümə dəydikcə övlad nəfəsiÜrəyim ilk eşqi heç unutmayır.Bu anlarda müəllif ər və arvadı qarşılaşdırır və Aygünün iradə möhkəmliyini, mənəvi saflığını nümayiş etdirir. Aygün qısqanclıq hissləri keçirən Əmirxana heç kimi sevmədiyini, ailənin dağılmasında ancaq Əmirxanın özünün təqsirkar olduğunu bildirir.Bundan sonrakı səhnələrdə Əmirxanın məhəbbətin təsiri ilə yüksəlişi, saflaşma və inkişafı əks olunur. O, Muğana əvvəlki işinə qayıdaraq elə bir həvəslə işləyir və elə bir bağ salır ki, şöhrəti hər tərəfə yayılır. Məhəbbətin sarsılmaz gücü yenidən ailəni birləşdirir. Şair bununla saf və təmiz məhəbbətin insanın xoşbəxtliyində, ailə səadətində oynadığı yüksək rolu qabarıq bir şəkildə açıb göstərir.«Aygün» mənzum romanı müasir ailəni, bu ailənin problemlərini, ailənin möhkəmliyində qarşılıqlı məhəbbətin yüksək rolunu açıb göstərən bir əsər kimi bu gün də aktualdır və indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Банин - Qafqaz günləri
Банин - Qafqaz günləri
Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir. Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur. Məzmun Baninin şəxsi bioqrafiyası üzərində qurulub. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır. Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir. Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir. Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların «milyonçuluğunun» çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.Yazıçı ADR-in hökumətində nazir olmuş atası Mirzə Əsədullayevi, ata nənəsini alman dayə fröylen Annanı ən kiçik detalları belə nəzərdən qaçırmadan təsvir edir. Banin Novruz və Ramazan bayramının qeyd olunmasını çox maraqlı bir tərzdə təsvir edir.