реклама
Бургер менюБургер меню
Mahir Mirişov
Последние
Чарльз Буковски - Qadınlar
Чарльз Буковски - Qadınlar
Amerikalı məşhur yazıçı Çarlz Bukovskinin ən çox oxunan və tənqidə məruz qalan romanı, bioqrafiq janrda qələmə aldığı “Qadınlar” əsəridir. Bir sıra əsərlərində Henry Chinaski adından və obrazından istifadə edən Bukovski, bu romanda da obraz olaraq Henry Chinaski adından istifadə etmişdir. Əsər Bukovskinin həyatında yer almış, aşiq olduğu və arxalarından qaçdığı qadınlardan bəhs edir. Henri Çinaskinin həyatı, normal bir insan, normal bir amerikalı həyatı deyil. Amma sevilən və çoxlu oxucu auditoriyasına malik sənət əsərlərini yaradan müəllif kimi, bu obraz çox maraqlıdır. Əsərin digər qəhrəmanları – qadınlar zərif cinsin müxtəlif baxış bucaqlı, müxtəlif taleli təmsilçiləridir. Çinaskinin aləmində onların hamısı cinsi ehtirasın söndürülməsində əsas vasitədirlər. Fərqləri cüzi istisnalardan o tərəfə keçməyib. Lidiya, Katrin, Di Di… uzun bir qadın sıralanması… Əsərlərində ümumiyyətlə cəmiyyət, xarici insanları və depressiyasını mövzu götürməsi və alkoqolizm yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qisimi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yasamağının onsuz da təbii olduğu fikirini müdafiə etməkdədir.“Qadınlar”, Bukovskinin qadınlarla olan münasibətlərini və cinsi münasibətlərini ola bildiyi qədər açıq şəkildə qələmə aldığı ən yaxşı əsəri hesab olunur. Əsəri yazmaq üçün rahat və sərbəst cümlələrdən istifadə etməsi ilə diqqətləri öz üzərinə çəkən Bukovski, qısa-qısa hissələrdən ibarət formalaşdırdığı və dialoqların həddən artıq çox olduğu əsərdə, ən az Heminquey və Fante qədər uğurlu olduğu deyilir. Çarlz Bukovskinin digər romanlarında olduğu kimi bu romanında da alkoqol mövzusuna geniş yer verilmiş və dərin depressiya hissləri əks olunmuşdur. Bukovskinin şəxsi həyat macəralarından bəhs etdiyindən əsəri bioqrafik janrla yanaşı avtobioqrafik janrın nümunəsi də hesab etmək olar.Bu tip bir həyat yaşadığı üçün bir çox dəfə həbs olunmuş, döyülmüş hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmiş olan Bukovski həyatı, xüsusi dili və tərzi ilə Amerikan ədəbiyyatına damğasını vurmuşdur.
Александр Пушкин - Yevgeniy Onegin
Александр Пушкин - Yevgeniy Onegin
Yevgeni Onegin rus şairi Aleksandr Puşkin tərəfindən yazılmış mənzum romand;r. Əsəri ilk dəfə azərbaycan dilinə Səməd Vurğun tərcümə etmişdir (1936). Yevgeni Oneginin əsas mövzusu real həyatla ədəbi əsərlərdə öyrənilən həyat arasındakı fərqdir. İnsanlar oxuduqları ədəbi əsərlərin, ədəbi sənətin gerçək olduğunu zənn edir və onları həyatlarında tətbiq etməyə çalışırlar. Romantik qız Tatyana Avropa dillərində yazılmış romantik əsərləri oxuyur və həyatını onlara uyğunlaşdırmağa çalışır. Anası ona daim deyir ki, real həyat bu əsərlərə heç uyğun gəlmir. Amma burada qəribə bir paradoks yaranır; Puşkinin yaradıcılığı da ədəbiyyat əsəridir və real deyil; Bəs bu qeyri-real işin axını həqiqəti necə izah edir? Əsərdə Qərbi Avropa ədəbiyyatının klassik əsərlərinə davamlı olaraq çoxlu istinadlar edilir.Əsərin əsas mövzusu real həyatla ədəbi əsərlərdə öyrənilən həyat arasındakı fərqdir. İnsanlar oxuduqları ədəbi əsərlərin, ədəbi sənətin gerçək olduğunu zənn edir və onları həyatlarında tətbiq etməyə çalışırlar. Romantik qız Tatyana Avropa dillərində yazılmış romantik əsərləri oxuyur və həyatını onlara uyğunlaşdırmağa çalışır. Anası ona daim deyir ki, real həyat bu əsərlərə heç uyğun gəlmir. Amma burada qəribə bir paradoks yaranır; Puşkinin yaradıcılığı da ədəbiyyat əsəridir və real deyil; Bəs bu qeyri-real işin axını həqiqəti necə izah edir? Əsərdə Qərbi Avropa ədəbiyyatının klassik əsərlərinə davamlı olaraq çoxlu istinadlar edilir.
Гусейн Джавид - Xəyyam
Гусейн Джавид - Xəyyam
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.