реклама
Бургер менюБургер меню
Ramil Zeynalov
Последние
Народное творчество (Фольклор) - Azərbaycan Respublikasının Konstitusiyası
Народное творчество (Фольклор) - Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Ötən 22 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Александр Беляев - Amfibiya adam
Александр Беляев - Amfibiya adam
""Amfibiya adam"" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə «„Dəniz İblisi“» adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələr Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. Roman 1927-ci ildə yazılıb və «„Dünya ətrafında“» (Вокруг света) jurnalının 1928-ci ildəki 1-13-cü saylarında çap olunb. Jurnalda çap olunduqdan sonra dərhal ayrıca kitab formasında da işıq üzü görür və dəfələrlə yenidən nəşr olunur. Belyayevin əsərlərində ümumi cəmiyyətin maddi maraqlarını ehtiraslandırmaq potensialına malik elmi kəşflərdən çox bəhs olunur. Bu fikirləri «„Amfibiya adam“» əsərinə də aid etmək olar. İnsanlar həm suda, həm də quruda yaşamağı bacaran gənc İxtiandr haqqında məlumat sahibi olan kimi öz xəsis və xudbin istəkləri doğrultusunda ondan istifadə etmək planları qurmağa başladılar. İlk vaxtlar İxtiandr onlar üçün «„Dəniz İblisi“» idi. Halbuki, doktor Salvator İxtiandra köpək balığının qəlsəmələrini köçürəndə ümid etmişdi ki, o, insanın bioloji zəifliklərini və bu zəifliklərin yaratdığı sosial qeyri-müəyyənliklərin və risklərin qarşısını almış olacaq. Salvatorun hərəkəti onu başa düşməyən cəmiyyət tərəfindən qınandı. Bu bir daha sübut etdi ki, hər bir dahi insan yaşadığı dövrünün insanı ola bilməz. İnsanın həm bioloji, həm də digər zəiflikləri onu böyük risklər altına qoyur. Romanda da deyildiyi kimi, bilinmir ki, insan sahib olduğu bacarıqlar və intellekt ilə bəşəriyyətin davamlılığını təmin edə biləcək, yoxsa yox. Roman açıq-aşkar elmin inkişafına daima qərəzli mövqe ilə yanaşan dinə də toxunur. Ətalət içində itib batan kilsənin fiqurları hər zaman yenilikləri allahsızlıqla əlaqələndirmiş və inkişafa qarşı çıxmışlar. Doktor Salvator isə müxtəlif heyvanların toxumaları ilə apardığı təcrübələr vasitəsiylə sağalmaz hesab edilən xəstəlikləri müalicə etməyə çalışırdı. ""Amfibiya adam"" sadəcə cəmiyyətin elmi kəşflərə olan yanaşmasını göstərən roman deyil. «„Amfibiya adam“» romanı çox gözəl romantik faciə və fantastikadır.
Fərhad Yalquzaq - Orman adamı 2-ci kitab
Fərhad Yalquzaq - Orman adamı 2-ci kitab
Fərhad Yalquzaq müəllifi olduğu əsərlə əlaqədar aşağıdakıları qeyd edib: ""Keçən ilin avqus ayında şəhəri tərk edib, dağlara yollandım. Məqsədim vəhşi təbiətdə yaşayaraq, kitab yazmaq idi. 8 ay dağda yaşadım. Bu müddətdə «„Orman Adamı“» adlı kitabı yazmağa qərara gəldim. Kitab böyük olduğu üçün dörd cild olacaq. Əvvəlcə bir cild etməyi düşünürdüm. Amma qalın bir kitab alındığından, hər cildi ayrıca kitab şəklinə salmaq qərarına gəldim. Hər cildin də ayrıca adı olacaq. Birinci kitabın adı «„Buzbulaq“»dı.Yazıçı deyir ki, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdə yaşamasından bəhs edir: «„Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil dönəmdəki həyat xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır“».Yazıçı kitabın ön qabığında yer almış, +18 loqosuna da aydınlıq gətirib. O bildirib ki, kitabda həm arqo deyimləri, həm də sevişmə səhnələri olduğuna görə, bunu edib.
Fərhad Yalquzaq - Orman adamı 1-ci kitab
Fərhad Yalquzaq - Orman adamı 1-ci kitab
Fərhad Yalquzaq müəllifi olduğu əsərlə əlaqədar aşağıdakıları qeyd edib: ""Keçən ilin avqus ayında şəhəri tərk edib, dağlara yollandım. Məqsədim vəhşi təbiətdə yaşayaraq, kitab yazmaq idi. 8 ay dağda yaşadım. Bu müddətdə «„Orman Adamı“» adlı kitabı yazmağa qərara gəldim. Kitab böyük olduğu üçün dörd cild olacaq. Əvvəlcə bir cild etməyi düşünürdüm. Amma qalın bir kitab alındığından, hər cildi ayrıca kitab şəklinə salmaq qərarına gəldim. Hər cildin də ayrıca adı olacaq. Birinci kitabın adı «„Buzbulaq“»dı.Yazıçı deyir ki, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdə yaşamasından bəhs edir: «„Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil dönəmdəki həyat xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır“».Yazıçı kitabın ön qabığında yer almış, +18 loqosuna da aydınlıq gətirib. O bildirib ki, kitabda həm arqo deyimləri, həm də sevişmə səhnələri olduğuna görə, bunu edib.
Роберт Вальзер - Dələduz
Роберт Вальзер - Dələduz
Robert Valser (1878-1956). Hər bir insanın tərcümeyi-halını, nə qədər insafsızca olsa da, bir neçə rəqəmə sığdırmaq mümkündür.Robert Walser 1878-ci ildə İsveçrədə, Biel şəhərində anadan olub. Ancaq daha yaxşı olar axırdan başlayaq: Robert Valser 1956-cı ilin 25 dekabrında, Herisau qəsəbəsindəki psixiatrik xəstəxanada ölüb. Yeni il qabağı şaxtalı havada onun meyidini balaca uşaqlar tapıb və polisə xəbər veriblər. R.Valser 1933-cü ildən həmin xəstəxananın pasiyenti idi. Burada yaşadığı 24 il müddətində heç bir şey yazmadı. Ölümündən sonra şöhrət qazandı. Bu gün onun adı M.Prust, Kafka, C.Coys kimi böyük yazarlarla bir sırada çəkilir. Külliyyatı 20 cilddən ibarətdir.“Dələduz” romanı haqqında. R.Valser bu əsərini karandaşla, çox kiçik hərflərlə, mikroqramlarla yazıb. Onu çapa hazırlamaq, redaktə etmək dörd filoloqun çalışmasıyla böyük zəhmət bahasına başa gəlib. “Dələduz” öz həcminə görə R.Walserin karandaşla yazılmış və xilas edilmiş ən iri həcmli əsəridir. R.Walser bu əsəri təxminən 1925-ci ilin iyun-avqust aylarında yazıb. İndi artıq itib-batmış olan “Teodora” və “Tobolda” romanlarından fərqli olaraq bu romanı heç vaxt çap etdirməyə cəhd göstərməyib.Əsərin adını da nəşriyyat qoyub, çünki əlyazmada əsərin adı olmayıb. “Dələduz” öz strukturu etibarilə yazarın başqa əsərlərindən ciddi şəkildə fərqlənir. Roman zahirən tamamlanmış kimi görünsə də, bunun son nöqtəsi qoyulmuş bir mətn olduğunu söyləmək çətindir. “Dələduz” R.Valser nəsrinin özünə məxsus fraqmentarlığının manifesti hesab olunur.
Гарриет Бичер-Стоу - Tom dayının daxması
Гарриет Бичер-Стоу - Tom dayının daxması
XIX əsrdə Bibliyadan sonra ən çox satılmış əsər “Tom dayının daxması” romanıdır. Kitab 1852-ci ildə çap edilən kimi ABŞ-da geniş əks-səda doğurub. Əsər bir günə 3000, bir ilə 350 000 nüsxə satılmışdı. Bundan sonra Şimal ştatları ilə Cənub ştatları arasındakı uçurum daha da dərinləşdi. Quldarlıq əleyhdarları-abolisionistlər daha mütəşəkkil şəkildə çıxış etməyə başladılar. “Tom dayının daxması”, qəhrəmanı qaradərili olan ilk Amerikan əsəri idi.Əsərdə Amerikanın Cənub ştatlarının quldarlıq mənzərəsi geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, qaradərililərin ağır həyatı, onlara edilən zülmlər, məhrumiyyətlər, ayrılıqlar aydın şəkildə təsvir olunur.Viktor Hüqonun “Büq Jarqal” əsərindəki üsyançı zənci qəhrəmandan fərqli olaraq Biçer-Stounun qəhrəmanı pasifistdir, qatı dindardır. O quldar Leqriyə qarşı belə mərhəmətlidir. Onun davranışları bizə Mahatma Qandinin pasifist hərəkatını, Martin Lüter Kinqi xatırladır. Biçer Stou sanki 100 il əvvəl 1964-cü ildə Nobel Sülh Mükafatı almış, ABŞ-da qaradərililərə qarşı diskriminasiya, seqreqasiya ilə, irqçiliklə sivil mübarizə yolu seçmiş baptist Lüter Kinqin prototipini yaratmışdı. Onu da qeyd edək ki, Lüter Kinq 1968-ci ildə qətlə yetirildi. Romanın sonunda Tomu da ağası Leqri döyüb öldürür.
Мир Джалал Пашаев - Dirilən adam
Мир Джалал Пашаев - Dirilən adam
Mir Cəlalın «Dirilən adam» romanı Azərbaycan zəhmətkeşlərinin Sovet hakimiyyəti uğrunda qəhrəman mübarizəsinə həsr olunmuşdur. Yoxsul kəndli Qədirin şəxsi həyatı və ailəsinin taleyi əsərdə görkəmli yer tutur. Onun ictimai haqsızlığı tədricən dərk etməsi, şəhərdə mənəvi cəhətdən yetkinləşməsi, daha sonra «kəndin harayına» gəlməsi – belə bir həyat və mübarizə yolu təsvir olunmuşdur. Bir parça çörək üçün öz evindən, ailəsindən didərgin düşən Qədirin faciəsini göstərmək üçün yazıçı onu kənd yüzbaşısı Bəbirbəylə üz-üzə gətirir, şəhər həyatı içərisində, zülmdən, əsarətdən cana doymuş yoxsullar arasında təsvir edir, bununla da müsavat özbaşınalığı dövründə kəndlinin narazılılığını, məhrumiyyətini, qüssə və peşimançılığını, arzu və xəyallarını göstərməyə çalışır. Bəbirbəy Qumruya təsəlli verərkən Qədirin qətlini «millət yolunda ölən şəhid» kimi qələmə verir, möhtəkir Hacı Hüseyn evi müzayidəyə qoyulan Qumruya verdiyi neçə günlük möhləti özünün «millətə olan ehtiramı» adlandırır. Avazlı Qənbər kişi evdən didərgin düşən arvadını vəhşicəsinə öldürən «müsəlman qardaşına» razılığını bildirir, onun hərəkətini «millətin namusunu qorumaq» kimiqiymətləndirir. Əslində xalqın, millətin həyati ehtiyacları ilə heç bir əlaqəsi olmayan bu sözlər ancaq gözlərdən pərdə asmaq, istismarçıların qara niyyətlərini pərdələmək üçün idi.
Эйваз Махмуд Зейналов - Alın yazısı
Эйваз Махмуд Зейналов - Alın yazısı
Yazıçı Eyvaz Zeynalov yaşadığı 65 ildə nadir rast gəlinən macəralı həyat yaşayıb, həyatdakı missiyasını yaradıcılıqda, yazaçılıq sənətində görməsinə baxmayaraq, talenin tərs oyunları onu keşməkeşli yollardan keçirib, yaşamaq, ayağa durmaq, ləyaqətini qorumaq uğrunda hər zaman mübarizə aparıb. Gənc yaşlarında arzu etdiyi əsərləri yazmaq fürsəti olmasa da, əvəzində onlarca romana bəs edəcək zəngin həyat təcrübəsi qazanıb. Oxuculara təqdim olunan “Alın Yazısı” romanı əsla bir fantaziya məhsulu olmayıb, müəllifin şəxsən iştirakçısı olduğu hadisələrin xronikasıdır.“Alın yazısı”nın baş qəhrəmanı olan Edik yazıçı olmaq istəyir, amma həyat onu Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərinə aparıb çıxarır, düşdüyü mühit onu az qala, qadın düşkününə çevirir. Dörd dəftərdən ibarət olan bu əlyazma təyyarə qəzasında həlak olmuş bir gənc tərəfindən yazılıb və Fövqəladə Hallar Nazirliyinin bir zabiti onları qəzaya uğramış təyyarənin sərnişinlərinin əşyaları arasından tapıb. Bu naməlum gənc qısa ömründə elə yazıçının özü kimi, nadir rast gəlinən macəra dolu keşməkeşli bir həyat yaşayıb. İlk baxışda inanılmaz görünən əhvalatlar inandırıcı şəkildə qələmə alınıb. Ali təhsil alsa da uzaq ölkələrdə fəhləlik edən Edik zəngin həyat təcrübəsi qazanır. Həyatındakı saysız-hesabsız qızlardan birini ölümdən xilas edir və az sonra qürbətdəki işini atıb öz doğma rayonuna qayıdır. Həmin qız isə uzun axtarışlardan sonra Azərbaycana gəlib Ediki tapır. Bundan sonrakı hadisələrdən bizim xəbərimiz olmur. Çünki əlyazmanın son səhifələri yanıb. Yazıçı əsərin sonluğunu tamamlamağı oxucunun ixtiyarına buraxır. Romanda çoxlu intim səhnələr yer alır, amma bu intim səhnələrin hər biri həyatın özü qədər təbiidir.
Rasim Qaraca - On bir gecə
Rasim Qaraca - On bir gecə
İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məh­kum bir hə­yat yaşayıram. Qanlı döyüşə gi­rə­cəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yad­daşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir…Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. De­yə­sən elə buna görə takım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi…Birinci özü başladı. Tabeçiliyində olan əsgər­lərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asmağa başladıq. Qaranlıqda siqaretinin közü havada ciz­gilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir.Sabah, on birinci gecənin tamamında, ha­va işıq­lanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi.Rasim Qaraca: “On bir gecə”nin yazılma ideyası beynimdə çoxdan var idi. Qarabağ savaşında həlak olmuş gənclərin ilk sevgi əhvalatlarını yazmalıydım, məqsədim savaşda həlak olmuş 20 000 gənc vətəndaşımızın qaniçən savaşçılar deyil, ilk sevgilərini belə doyunca yaşamamış dünənki uşaqlar olduğunu çatdırmaq idi. Nəhayət 2013-cü illərin əvvəllərində yazmağa başladım. Kiçik həcmli olsa da tam bir il ərzində yaza bildim bu kitabı. İdeya var idi, amma 10 hekayənin yalnız 2-3-ü haqqında xəyali təsəvvür vardı. Bir əhvalatı yazıb bitirdikdən sonra növbəti hekayə haqqında düşünür və yazmağa başlayırdım. Hər əhvalatın yazılması təqribən bir ay vaxtımı alırdı. Eyni zamanda tanıdığım Qarabağ döyüşçülərilə görüşüb intervülər edir, material toplayırdım.
Ильяс Эфендиев - Geriyə baxma qoca
Ильяс Эфендиев - Geriyə baxma qoca
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Bu gün İlyas Əfəndiyevin 108 illiyidir.Avtobioqrafiq əsər hesab olunan «„Geriyə baxma qoca“» romanı İlyas Əfəndiyevin altıncı, sonuncu romanıdır. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirib. Romanda hadisələr XX əsrin əvvəllərində, xüsusən, Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarmışdır.Axıcı dil ilə yazılmış əsər birinci şəxsin – Muradın dilindən nəql olunur. Əslində isə Murad elə yazıçının prototipidir. Artıq cümlələrin olmadığı, bayağılıqdan və şişirtmədən uzaq olan bu gözəl nəsr nümunəsi oxucuda müsbət hisslər yaradır. Onu keçmişini, əcdadlarını, onların dünənini araşdırmağa vadar edir. Əsər Qarabağın dillərə dastan təbiətini, güzəranını, arandan yaylağa, yaylaqdan arana köç edən həyatını göz önünə gətirir. Müəllif o dövrdəki bəylərin, xanların, onların ailə üzvlərinin yaşayışını heç nədən çəkinmədən pisiylə, yaxşısıyla qələmə alıb.Əsərdə anası bəy, atası isə tacir nəslindən olan Muradın uşaqlıq illəri yaxşı, varlı güzərana düşmüşdür. Lakin buna baxmayaraq, o, heç vaxt varlı həyat tərzinə, kübar yaşayışa can atmır. Murad o dövrdə bir çox haqsızlıqların şahidi olur. Babasının rəhmətə getmiş qardaşı uşaqlarını qapısında nökər işlətməkdən tutmuş, onların dul qalmış analarının gecəylə bir çobana qoşulub qaçmasına qədər nəql edən əsər çox kövrək və kədərli sətirlərlə zəngindir.Məhz bu səbəbdəndir ki, yazıçı ahıl yaşında qələmə aldığı əsərə «„Geriyə baxma qoca“» adını verib.Kitabın ilk səhifələrində müəllif bu adın səbəbini belə açıqlayır: ""Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «„Geriyə baxma, qoca!“». Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm. ""İnsan isə elə bir varlıqdır ki, keçmişdə nə qədər ağrı-acı ilə üzləşə belə həmişə geriyə boylanmağa can atır. Çünki hər bir insanın keçmişi onun özünəməxsusdur. Gələcəyinizi yaxşı görə bilmək üçün isə tez-tez keçmişinizə boylanın. Lap qoca olsanız da. Necə ki, İlyas Əfəndiyev altmış altı yaşında bunu bacarmışdı.
Абдулла Кадыри - Ötən günlər
Абдулла Кадыри - Ötən günlər
Abdulla Qədiri 1919-cu ildə “Ötən günlər” romanını yazmağa başlayır. Romandan parçaları qəzet və jurnallarda çap etdirir. “Ötən günlər” romanı 1922-ci ildə “İnqilab” jurnalında, 1924-1926-cı illərdə isə ayrı-ayrı fəsillər halında kitabçalar kimi nəşr edilir. Əsər böyük əks-səda yaradır. Azərbaycan ali məktəblərində və texnikumlarında dərs deyən, Bakıda dilçiliyə dair “Qazax, özbək və türk dillərinin müqaisəli qramatikası” kitabını nəşr etdirən Xalid Səid Xocayev Abdulla Qədirinin “Ötən günlər” romanını özbəkcədən Azərbaycan türkcəsinə uyğunlaşdıraraq 1929-cu ildə çap etdirir. “Ötən günlər” yalnız Azərbaycan türkcəsində deyil, SSRİ-də yaşayan bəzi xalqların da dillərinə çevrilir. «Ötən günlər»in qiyməti keşmiş xanlar dövründəki qanlı faciələri, başkəsmələri, hakimiyyət uğrundakı çarpışmaları təsvir etməsindədir. Mühərrir bu əsərində keçmiş, unudulmuş günləri gözümüzün qabağında canlandırır. Əsər nəfis özbək ədəbiyyatının birinci romanlarından sayılır: əsərdə bir tərəfdən özbək həyatı, qadınların, qızların yaşayışı, onların yumşaq təbiətləri, sədaqətləri, şirin ədaları təsvir edilirkən, ikinci tərəfdən də onların kişilərin təhəqqümü altında qul kimi ömür sürdükləri, ailə içindəki çarpışmaları nəfis surətdə göstərilir. Romanın zəif cəhətləri də vardır. Azərbaycancaya çevirdikcə belə yerlər mümkün olduqca qısaldılmış, əsəri mahir qələmlə yazılmış bir roman siqlətinə salmağa çalışılmışdır. …Əsərin üslubu özbəklərin səciyyələrini tamamilə əks etdirir. Uslub təmkinli, … qəhrəman ən təhlükəli dəqiqələrdə belə vüqarını itirməz, qanlı mücadilələrdən sonra belə soyuqqanlılığı saxlar. Sirrini kimsəyə söyləməz. Qəhrəman özbək xalqının bütün səciyyələrini özündə toplayan bir özbəkdir. Əsər realist, bəzi yerdə də naturalistcəsinə yazılmışdır.