реклама
Бургер менюБургер меню
Əhliman Ərşadlı
Последние
Əbülqasim Firdovsi - Şahnamə
Əbülqasim Firdovsi - Şahnamə
Bəşər mədəniyyəti tarixində silinməz iz buraxan dahi sənətkarlardan biri Əbülqasim Firdovsi (934 – 1024) və dünya ədəbiyyatı xəzinəsində təravətini əbədi saxlayan şah əsərlərdən biri isə onun “Şahnamə”sidir. Fars-tacik klassik şeirinin fəxri olan Firdovsinin, “Şahnamə”si min ildən yuxarıdır ki, dünyaya səs salmış, bədii söz, hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş, sevilə-sevilə oxunmuş, bir çox ölməz sənətkarların istifadə mənbəyi olmuş, kimi onu təqlid etmiş, kimi ona nəzirə yazmış, kimi isə onun şərhi və tədqiqini özü üçün şərəf hesab etmişdir. “Şahnamə” ilkin Şərq ədəbiyyatının ən böyük diqqətəlayiq ədəbi abidəsidir. Bu abidədə əvvəldən axıra qədər qəhrəmanlıq və insanpərvərlik ideyası qızıl xətt ilə davam edir, insanın əzəmətini, onun vüqarı, nəcib hissləri və ülviyyətini pozan və ləkələyən nə varsa, hamısına qarşı dahi şairin kin və qəzəblə dolu ittihamnaməsi oxunur.“Şahnamə”də çoxlu müharibə səhnələri təsvir olunur. Şairin fikrincə, bəşəriyyətin ən böyük faciəsi, xalqların dözülməz fəlakəti müharibədir. Hər bir müharibənin təsvirindən sonra qələbənin kimin tərəfində olduğuna fərq qoymadan, böyük insanpərvər şair sanki oxucusuna (dinləyicisinə) müraciətlə fəlsəfi mühakiməyə başlayır. Yüz minlərlə insan atlı, pyada yurdunu, ailəsini, peşəsini tərk edib, silaha sarılır, çarpışır, öldürür, ölür, səhralar insan qanından al boyanır, leş leş üstə qalanır. Nə üçün? Şair bu suala cavab axtarır və tapır:Qılınc oynadan şah evlər yıxar,Mənəmlik edər, aləmi qırdırar.
Народное творчество (Фольклор) - Min bir gecə 4-cü cild
Народное творчество (Фольклор) - Min bir gecə 4-cü cild
“1001 gecə” nağılları Şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır. Onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.“1001 gecə” nağılları böyük dairələr fəth edərək, əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının ruhunu fəth etmiş, ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına bir mənbə olmuşdur.Əsərin məzmununa gəldikdə, onu cavahiratla dolu olan bir sandığa bənzətmişlər ki, üzərinə rizə daşlar tökülmüş və onların arasında həmin inciləri tapmaq çətinləşmişdir. Artıq bu gün elm aləmində belə qəbul edilmişdir ki, “1001 gecə” nağılları qonşu Şərq xalqları ilə yanaşı, əsasən, ərəb xalqlarının yaratdığı misilsiz bir abidədir ki, o bizi orta əsr Şərqin şəhər həyatı, o zamankı xalqların yaşayış tərzi və əxlaq normaları ilə heyrətamiz bir şəkildə tanış edir. “1001 gecə” hekayələrini, bəzən Bağdad, Misir, İran və hind hekayələri, bəzən də sənətkarlar, tacirlər, div, əcinnə, pəri əfsanələri adı altında qruplaşdırırlar.“1001 gecə” və yaxud “Şəhrizadın nağılları” heyrətamiz kamilliklə əməkçi xalqın arzu və istəklərini, şirin və məzəli nağıllarla, hekayət və təmsillərlə gözəl ifadə etmişdir.
Дэн Браун - Cəhənnəm
Дэн Браун - Cəhənnəm
Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin, həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir.Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir. Konsulluqdan bildirirlər ki, onlar professoru axtarırlar və yerini bildirməsini xahiş edirlər. Robert yerləşdiyi Siennanın evinin ünvanını söyləyir və qısa zaman sonra silahlı Vayentanın həmin əraziyə gəldiyini görür və qərara gəlir ki, konsulluq onun ölümünü istəyir. Robert qərara gəlir ki, silindri açsın və həmin əşyanın içindən kiçik bir projektor tapır. Projektoru yandırdıqda divarda Botiçellinin “Cəhənnəmin xəritəsi” canlanır. Təsvirin aşağısında yazılıb: “Həqiqəti yalnız ölümün gözlərindən görmək mümkündür.” Bu zaman silahlı əsgərlər Siennanın evi yerləşən binaya doluşurlar və Sienna ilə Robert təcili evi tərk edirlər…
Насир ад-Дин ат-Туси - Əxlaqi nasiri
Насир ад-Дин ат-Туси - Əxlaqi nasiri
XIII əsr görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Bir çox həmkarları onu həm filosof, həm də alim kimi tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M.Qəzali, Bəhmənyar, əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir. Azərbaycanlı alim yuxarıdakı abzasda adları çəkilən alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və Dimnə”, “Ərdəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyətləri” kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor ədəbiyyatından, “Siyasətnamə”, “Mərzbannamə” kimi tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitablardan da yeri gəldikcə “Əxlaqi-Nasiri”yə daxil etmişdir. Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində “Əxlaqi-Nasiri” kimi ikinci orijinal əsər yaranmamışdır.
Seymur Baycan - 18,6 sm.
Seymur Baycan - 18,6 sm.
Kitabın hər bir fəsli ulduz falı ilə açılır. Astroloq qismində isə tanıdığımız və tanımadığımız adamlar çıxış edir. Özü də fərqi yoxdur, onlar astroloqdur, ya yox. Məsələn, Səbuhi Rəhimli, İlham Mirzəyev və Firudin Qurbansoy astroloqdur, amma jurnalist Sevda Sultanova yox.. Müəllif romanın janrını skelet-memuar adlandırır. İndiyə qədər böyük adamların, məşhurların memuarlarını oxumağa vərdiş edən oxucu, bu dəfə Azərbaycan, Gürcüstan, Ermənistanda yaşayan yaradıcı adamların, siyasətçilərin, xırda adamların uğursuz taleyi haqqında (dinləyəcək) oxumalı olacaq . Bu romanda nə saray çevrilişləri, nə böyük eşq hekayətləri yoxdur. Amma əvəzində başqa kiçik ölçülü faciələr var. Qəhrəmanları isə real həyatımızdan yaxşı tanıyırıq. Allahşükür Paşazadə, Əli İsa Cabbarov, İsa Qəmbər, yazıçı Anar, Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov, Nuridə Atəşi, Fazil Qəzənfəroğlu və s. Sonuncunu müəllif əsərində hətta öldürür də. Romanda Fazil Həcc ziyarətində olarkən vəfat edir, müəllif isə onun yas yerindən bir fəsillik reportaj yazıb. Ümumiyyətlə, romanda hər bir fəsil məşhur bir əsərin adıyla adlanıb: «Yas yerindən reportaj», «Albalı bağı», «Qar», «Brest qalası» və s. Ümumiyyətlə, əsərin ana fəlsəfəsi budur: «Xoşbəxtlik quşu yalnız batırmaq üçün başımıza qonur».
Джордж Оруэлл - Heyvanıstan
Джордж Оруэлл - Heyvanıstan
“Heyvanıstan” ( ing. Animal Farm ) əsəri solçu şəxsiyyəti ilə tanınan ingilis yazıçı Corc Oruellin ( əsil adı Erik Artur Bler ) gəlmiş-keşmiş ən yaxşı əsərlərindən biri hesa olunur. Müəllif tərəfindən siyasət üzərinə yaxşı bir qara mizah qatılaraq oxuculara təqdim olunan əsər, həqiqətən də hər bir oxucunun kitab rəfində öz yerini tutmağa layiqdir.Corc Oruellin “Heyvanıstan“ əsərini qələmə almaqda məqsədi siyasətin həqiqi üzünü sevimli heyvanlar üzərindən, hər kəsin başa düşəcəyi bir dildə başa salmaqdır. Bir çox ölkələrdə qadağan olunmuş, İngiltərə və Amerikada isə qadağan olunmağa çalışılmış, bəzən isə mövzusu dəyişdirilərək oxuculara çatdırılmışdır. Bütün bunlara baxmayaraq əsər öz həqiqi mövzusunu qoruyub saxlaya bilmiş və bir çox insanın siyasətçilərə olan münasibətini dəyişdirməyi bacarmışdır.“Heyvanıstan” həqiqətən də qüsursuz işlənmiş bir hekayəni özündə əks etdirir. Xüsusi ilə heyvanların seçimi Corc Oruellin incə zəkasının mükəmməl bir nümunəsidir. Hər bir oxucu əsəri oxuduqca hansı heyvanın niyə seçildiyini daha yaxşı başa düşür.Kitabın yazılmasında digər bir məqsəd isə Stalinin hakimiyyətinə bir mesaj kimi göndərmək olmuşdur. Bu səbəbdən əsərdə olan heyvan xarakterləri, müəllif tərəfindən Stalinin dövründəki şəxslərə bənzədilmişdir.Fermada yaşayan heyvanların tək istəkləri yaxşı davranış görməkdir. Lkin borc batağında həyat sürən heyvanların sahibi alkaqola aludə olmuş və bu səbəblə də heyvanlara qarşı yaxşı davranış sərgiləməz, dahası tez-tez içərək onlara yemək veməyi belə unudar. Bundan sonra üsyan etməyə qərar verən heyvanlar Qoca Rəis ləqəbli donuzun vasitəsi ilə üsyan çıxarmağı bacarırlar. Lakin planları həyata keçməmiş yaşlı donuz dünyasını dəyişir və heyvanlar lidersiz qalırlar.Bir gün yenə ac qaldıqlarında daha səbr göstərmirlər və yenə üsyan qaldırırlar. Fermadaki bütün insanlara hücum edərək onların qorxub qaçmaqlarına səbəb olurlar. Beləcə fermadaki hakimiyyəti ələ keçirən heyvanlar lider olaraq qoca donuzun yaxını olan Napaleon ləqəbli donuzu seçirlər. İlk olaraq yaşlı donuzun vəsiyyətinə uyğun olaraq özlərinə yeni bir qanunvericilik yaradırlar. Əsla insanlar kimi olmayacaqlarına və başqa bir heyvan öldürməyəcəklərinə, insanların yaşadıqları yerlərdə yaşamayacaqlarına və onlar kimi geyinməyəcəklərinə qərar veririlər.İlk əvvəllər hər şey öz qaydasında gedir və aralarında böldükləri bərabər iş bölgüsü ilə fermanı mükəmməl bir şəkildə idarə edirlər. Snowball donuz oxumağı öyrənir və bu bacarığı digər eyvanlara da öyrədir. Napaleon heyvanların içində düşünən birisinin olduğunu görərək liderliyini itirməkdən qorxur və getdikcə öz kinini azaldır. Gücünü qorumaq üçün bala itləri polis kimi böyüdərək himayəsi altına alır. Gücü əlinə keçiridiyi zaman isə ilk olaraq Snowballu xain elan edərək fermadan kənarlaşdırır.Napaleon, başçı olmağın rahatlığını sona kimi yaşamaq istəyərək bir zamanlar fermadan qorxudub qovduqları insanlar ilə razılığa gəlir və fermadan istədiyi məhsulları onlara sataraq liderliyini davam etdirir.Fermada işlər kifayət qədər pisə gedir və artıq heyvanlar bu vəziyyətdən narahat olurlar. Fermada qalmaq istəməyən bir qrup heyvan qaçaraq canlarını qurtarırlar. Pis idarəçilik nəticəsində ferma artıq iflasa uğrayır.Fermanın sahibləri dəyişdikdən sonra isə qaçan heyvanlar ümidlə geri dönməyə başlayırlar. Tək istəkləri isə fermaya sahiblənən insanların onlarla yaxşı davranmasıdır.
Халил Рза Улутюрк - Davam edir 37
Халил Рза Улутюрк - Davam edir 37
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər, – Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…
Ашуг Алескер - Aşıq Ələsgərin əsərləri
Ашуг Алескер - Aşıq Ələsgərin əsərləri
Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеləsənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan Dədə Ələsgər şirinliyi, doğmalığı – müdrikliyin, səmimiyyətin zirvəsidir. Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.Bu kitaba qüdrətli еl sənətkarının əldə olan şеirləri və adı ilə bağlanan dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını, insan talеyini, sеvinc və kədər hisslərini nеcə ifadə еtməsindədir. Aşıq Ələsgərin böyüklüyü ondadır ki, min illik ənənənin axarında öz sözünü dеyə bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda hеç kəsi təkrar еtməmiş, hamının işlətdiyi adi sözlərdən hamını hеyrətdə qoyacaq bir poеziya yaratmışdır.