реклама
Бургер менюБургер меню
Əhliman Ərşadlı
Последние
Халил Рза Улутюрк - Otuz milyon
Халил Рза Улутюрк - Otuz milyon
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə ibarəli sözlər, yeni qafiyələr axtaranda Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:Dəftər-qələm istədim, əmrə əməl etdilər,– Azadsınız! – söylədim, sürüşdülər, getdilər. Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.Birinci düşmənimi məhv etmişəmsə əgər,Bütün düşmənlərimin öhdəsindən gələrəm!Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir. Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…
Народное творчество (Фольклор) - Azərbaycan xalq dastanları 1-ci hissə
Народное творчество (Фольклор) - Azərbaycan xalq dastanları 1-ci hissə
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.Bu kitabda «„Şəhri və Mehri“», «„Mahmud və Ağcaquş“», «„Yaxşı və Aşıq“», «„Hüseyn və Reyhan dastanı“», «„Yəhya bəy və Dostu xanım“», «„Əsli Kərəm“», «„Qurbani“», ""Valeh Zərnigar "" dastanları yer almışdır.