реклама
Бургер менюБургер меню
Təranə Ocaqverdiyeva
Последние
Ramiz Rövşən - Xəyanət
Ramiz Rövşən - Xəyanət
Kinopovestdə dağılan «şər səltənəti», yeni qurulan dövlət(lər), dünyanı dəyişdirən, yerindən oynadan siyasi hadisələr, tarixi proseslərin ortaya gətirdiyi sədaqət, xəyanət, top-tüfəng, müharibə, torpaq (və insan) alıb-satmaq, od-alov səhnələri sona qədər kadr arxasında saxlanılır. Kadrda təqdim edilən hadisələr isə bütün zamanlarda baş verə biləcək qadın-kişi, ata-oğul, ana-övlad münasibətləridir. Bu münasibətlərdə sədaqətin harada bitdiyini, xəyanətin haradan başladığını, ya da tərsinə – xəyanətin harada bitdiyini, sədaqətin haradan başladığını kəsdirmək, qiymətləndirmək çətindir. Əsərin ən maraqlı cəhətlərindən bir də elə budur: qiymətləndirmək, yozmaq, xasiyyətnamə vermək, haqq qazandırmaq, ittiham etmək oxucunun (tamaşaçının) öhdəsinə buraxılır. Povestin əvvəlində Sovet ictimai mühitinin yetişdirdiyi adlı-sanlı yazıçı İsmayıl müəllimin bağ evini görür, kimsəsizləşmiş bağ evinə gətirdiyi məşuqəsi – Suğra ilə tanış oluruq. İsmayıl müəllim Sovet cəmiyyətinin təmin olunmuş ziyalı tipidir: maşını, mənzili, dolanmağa pulu var. Məşuqəsi də öz yerində. Hələ üstəlik cəmiyyətdə hörmət-izzəti, nüfuzu, şöhrəti. Yüzlərlə (bəlkə də minlərlə) insan İsmayıl müəllimin bir sözü ilə könüllü əsgər getməyə, vətən uğrunda canından keçməyə hazırdır Kinopovestdəki hadisələrin üst qatında xəyanət toru var və ictimai mövqelərindən asılı olmayaraq insanlar bu tora düşüb çapalayırlar. İsmayıl müəllimin Suğra ilə münasibəti öz ailəsinə xəyanətdir. İsmayıl müəllimin arvadı ilə arvadın təzə əri – rejissor da xəyanət üstündə ailə qurub. Rejissorun qızı Kəmalənin nişanlısının qulağının dibində İsmayıl müəllimin oğlu Ceyhuna imrənməyi xəyanətdir. Suğra namus üstündə türmədə can çürüdən ərinə xəyanət edir. Ceyhunun öz atasının sevgilisinə münasibətində xəyanət motivi görməmək mümkün deyil. Ömrünün son günlərini sayan Mahmud kişinin rus arvadının 20 Yanvardan sonra Bakını tərk etməsində xəyanətin izi var.
Akutaqava Rünoske - Novella və hekayələr
Akutaqava Rünoske - Novella və hekayələr
Akutaqava Rünoske 1892-ci ilin iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Yapon ədəbiyyatının son klassiklərindən hesab olunan Akutaqava Rünoskenin yaradıcılığının əsas mövzusu insanın mənəvi aləmində-psixologiyasında baş verən təbədüllatlar olmuşdur. İnsan şüurunun dərin qatlarına enmək, onun müxtəlif affekt hallarında keçirdiyi hisləri araşdırmaq bu yazıçının əsas yaradıcılıq istiqamətidir. Bundan başqa, Akutaqavanın yaradıcılığında o dövr yapon cəmiyyətinin mövcud problemləri, siyasi və dini mahiyyəti öz əksini tapmışdır. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto», «Sussanoo-no-mikoto ahıl çağlarında», «Tanrı Aqni», «Qəribə hekayət», «Xanım Rokunomiya», 1924-1927-ci illərdə «Sanemonun cinayəti», «Məktub parçası», «Momotaro», «At ayaqları», «Ölümündən sonra», «Karmen», «Suadamları ölkəsində», «Tanekonun kədəri», «Yuxu» və s. əsərlərini yazmışdır. Akutaqava Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozalı yuxu dərmanı içərək özünə qəsd etmişdir. Kitabda Akutaqava Rünoskenin “Qara paltarlı Madonna”, “Ata”, “Başın vurulması haqqında”, “Cəngəllikdə”, “Dişli çarx”, “Qarşılıqsız məhəbbət”, “Qəribə ada”, “Qəribə hadisə” və s novella və hekayələri yer almışdır.
Рабиндранат Тагор - Ev və dünya
Рабиндранат Тагор - Ev və dünya
"Ev və dünya" romanı Hindistanda baş verən «Svadeşi» hərəkatını reallıqla əks etdirir. Əsərin baş qəhrəmanı Nikhleş vətənini bütün qəlbi ilə sevən bir vətənpərvər olaraq təsvir edilir. Hindistana, öz xalqına xidmət etmək fikri bir an da olsun onu tərk etmir, bunun üçün əməli yollar axtarır. O, kənd təsərrüfatını təkmilləşdirməyə, toxuculuq istehsalını təşkil etməyə çalışır. Kəndlilərin vəziyyəti, hind kahinləri və brahmanları, «Svadeşi» hərəkatı və başqa məsələlər haqqında yazıçının nöqteyi-nəzəri Nikhleş obrazında verilir. «Svadeşi» tərəfdarları camaatı ingilis mallarını boykot etməyə çağırır və buna nail olur. Çondronath-babunun «Svadeşi» tərəfdarlarına müraciətlə dediyi söz xalqın vətən və onun azadlığı uğrunda mübarizəsinin nə qədər aydın olduğunu göstərir: «Vətən ancaq torpaq deyil, vətən həm də insanlardır. Xalqın necə yaşadığını siz heç gözünüzün ucu ilə də olsa görmüsünüzmü? Onlar (o yoxsullar) ağır ehtiyac içində yaşayırlar; həyatlarını az da olsa davam etdirmək üçün var qüvvələrini sərf edərək əlləşirlər. Onlar üçün bir-iki paysanın nə demək olduğunu siz heç təsəvvür edə bilirsiniz!.. Mən qoca bir adamam, sizi təbrik etməyə, hətta sizin ardınızca da getməyə hazıram. Lakin əgər siz öz azadlıq bayrağınızı yelləyərək yoxsulların azadlığını tapdalayacaqsınızsa, onda mən sizə qarşı çıxacağam, lazım olsa ölümə də gedəcəyəm».