Rasim Qaraca – On bir gecə (страница 4)
Mənim payıma Xəyalə düşmüşdü, ancaq, şənlənmək bir yana qalsın, onunla heç danışa da bilmirdim. Bu cür tanışlıq mənə çox süni görünürdü. Birlikdə yellənçəyə getdik. Yanaşı oturub fırlanmağa başladıq. Sürət artdıqca qışqırıb əlimdən tutdu, mən də ona bərk-bərk sarıldım. Yelləncək aramızdakı utancaqlıq pərdəsini qaldırdı, hər ikimiz sanki sərxoş olmuşduq, ayaq üstə güclə dayanırdıq. Aşağı enib dostlarımızın yanına qayıtdıq, ancaq paltarları qumun üstündə qalmış, özlərisə harasa getmişdilər. Əncir ağaclarının olduğu qumsallığa tərəfə baxdıq. Qəlbimdə dəhşətli bir həyəcan vardı. Nitqim batmış kimiydi. Qızın əlindən tutub əncirliyə tərəf yönəldim. Kiçik təpəciklər insanları görünməz edəndə Xəyaləni qucaqlayıb qumun üstünə yıxdım. Bilmirəm, hansı bir duyğusa məni bu qızla sevişməkdən çəkindirirdi, cəmi 18 yaşım vardı, ilk dəfə oynadığım bu oyundan geri çəkilmək də istəmirdim. Xəyalə müqavimət göstərirdi, ancaq bu müqaviməti qırmaq çox asan idi, yox deyirdi, buna baxmayaraq dəlicəsinə öpüşürdü, üzümü yalayıb tamamən tüpürcəyə bulaşdırmışdı. İlk dəfəydi qadın döşünə toxunurdum, həyatda belə bir yumşaqlığın olduğunu heç vaxt təsəvvür etməmişdim. Uşaq anasının döşünü tapan kimi, artıq şüursuz bir instinktlə dodaqlarımla bu misilsiz həzz mənbəyinə qapanmışdım. Eyni zamanda bir qorxu və günah hissi vardı içimdə, təbiətin çağırışına tam təslim ola bilmirdim, qızın dodaqlarını, döşlərini əmdikcə əmirdim, ancaq qurşaqdan aşağı soyundurmağa və özüm də soyunmağa cəsarət etmirdim.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.