Наджаф-бек Фатали-бек Везиров – Müsibəti-Fəxrəddin / Seçilmiş əsərləri (страница 5)
P ə r i. A başınıza dönüm, bu arvad lap ağlını itiribdir axı. Bir deyən gərək, ay xanım, sən Nurcahanı tanımırsan, bilmirsən ki, o gündə min xan qapısında, bəy qapısında duz dadır? Ona sirr vermək olar?.. İşdi yağmadı, bitmədi. Ondan sonra zurnaya qulaq as. Gələcəkdi Püstə xanım, “a qız, Xırda, bacın ölsün, bu nə sözdü şəhərdə danışırlar?”… Gələcəkdi Bədircahan xanım, “a qız, Xırda, mən elə sevinirdim, and olsun Allaha, elə sevinirdim. Doğrusu deyirdim yoğurmadım, yapmadım, hazırca kökə tapdım, a xalan ölsün bu nə işdi?”.. Gələcəkdi Məşədi Cahan, “xanımın canı sağ olsun, İskəndər olmaz, Kərim olu, Kərim olmaz, Səlim olu”… Beş-beş gələcəklər, yeyib-içib, şad-xürrəm geri gedəcəklər. Xanımlar elə belə mahna axtarırlar. İndi, Pəri, gəl evi süpür. Pəri, su gətir. Pəri, başmaq qoy. Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub… Əgər xanımın ağlı olsaydı o bir dəst çit libası verərdi mənim qızıma, mən yüz Nurcahan kimi adamın işin görərdim. Baş tutardı çox yaxşı, tutmazdı qalardı palaz altında… Çörəyi çörəkçiyə ver, birini də artıq. Aley, daş başına, ağılsız başına. (
ÜÇÜNCÜ MƏCLİS
Əhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır.
İ s k ə n d ə r b ə y (
N u r c a h a n (
İ s k ə n d ə r b ə y. Mənəm, xala, içəri gəl!
N u r c a h a n. Belə xalan sənin başına dönsün. Belə xalan sənin qadan alsın.
İ s k ə n d ə r b ə y. Mənə görə nə qulluğun var? Əlindəki nədi?
N u r c a h a n. Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlı nəvəmə dava adına, məndən beş şahı pul alıb. İndi hər kim dadır deyir bu xalis sudu, indi sənə qurban olum…
İ s k ə n d ə r b ə y. Gətir görüm. (
N u r c a h a n (
İ s k ə n d ə r b ə y. Nəvənin naxoşluğu nədi? Əgər bura gələ bilir, gətir baxım.
N u r c a h a n. Nəvəm də sənə qurban, nəvəmin nənəsi də… Sənəcə mənim bu cancığazım qurban… Şükür olsun Allaha, böyük həkim olmusan bizim kimi fəqir-füqəraya köməkliyin dəyir, bizlər də sənə duaçı olluq.
İ s k ə n d ə r b ə y. Xala, sən nə diribaş qarısan? Mənəcə nə verərsən sənə bir elə dava verim ki, norəstə cavan olasan?
N u r c a h a n. Sən mənə nə verərsən sənə bir elə qız tapam ki, şam yandırmaq lazım olmaya, üzünə baxanda günə baxan kimi gözlərin qamaşa. Gərdəni bir qarış, boyu sərv ağacı, ağ üz, qara kirpik, qara qaş, gözləri ala, ahu balası.
İ s k ə n d ə r b ə y. Qarı, deyirsən eləməzsən.
N u r c a h a n. Mən? Mən? Eh, məni hələ tanımırsan. Mənə Nurcahan deyərlər. Mənim anam ölsün, tamam vilayətin alış-verişi hamısı mənimlədir. Mən başdan-ayağa sirr dağarcığıyam.
İ s k ə n d ə r b ə y. Ay sirr dağarcığı, bəlkə mən elə külfət sahibiyəm, onda?..
N u r c a h a n. Qoca sərçəyə cib-cib öyrədirsən? Sənin nə vaxtındı külfət sahibi olasan, dünənki uşaq ola-ola.
(
Ş i r i n. Görəsən həkimbaşı evdədirmi?
N u r c a h a n. Həkim, başına dönüm, odludu, qoyma içəri girə, yoxsa xata elər.
İ s k ə n d ə r b ə y. Dəli də məriz deyilmi? Qoy gəlsin görüm dərdi nədi?.. Hər kimsən içəri gir.
N u r c a h a n. Mürəxxəs olum, başına dönüm.
(
Ş i r i n. Paho, paho! Nurcahan qarı, axirətsiz! Nə tez xam yerə şikara çıxmısan?
N u r c a h a n. Qapıdan belə dur, mənim zırrama dəli ilə işim yoxdu!
Ş i r i n. Hələ dur! Dur! Yoxsa axırını elərəm… Həkim, qadan alım, verdiyiniz dava qurtarıb, amma uşaq da yaxşıdı.
İ s k ə n d ə r b ə y. Çox əcəb, artıq lazım deyil?
Ş i r i n. Bəy, mənim adım Dəli Şirindi. Tamam vilayət məni dəli hesab eləyir, mən bu saat sübut elərəm ki, mən dəli deyiləm. Ancaq ərzimə qulaq asın və sən də, Nurcahan, əlim-ayağım dəyməmiş dur yerində. (
İ s k ə n d ə r b ə y (
Ş i r i n. Həkimbaşı, mən özümü dəli kökünə salmışam ondan ötrü ki, vilayətimizdə həqiqətdə dəli çoxdu və mən neyləyim; bazara girdin gözü qıpıq, sən də ol gözü qıpıq!
N u r c a h a n. Şirin, and olsun uşaqlarımın canına, sənə beş fətir bişirrəm, məni burax gedim.
Ş i r i n. Heç mümkün deyil. Dinməz-söyləməz dur yerində, yoxsa burnunu dişimlə qopardaram.
İ s k ə n d ə r b ə y (
Ş i r i n. Bəy, bu Nurcahan arvadı ki görürsən, şəhərimizdə beləsi hesabsız çoxdu və bunun özü tamam vilayətdə məşhur övrətdi. Əvvəli bir nazlı, gəl məni gör, dərdimdən öl gəlindi. Nə qədər cahıldı, ötənə-keçənə göz vurardı… Belədi, Nurcahan?
N u r c a h a n. Yalansa ağrım ürəyinə!.. Dəlinin sözünə inanan özü də gərək dəli ola… Mən sənə nə deyim, hər nə istəyirsən de. İt hürər, karvan keçər.
Ş i r i n. Həkim, eşitmişsinizmi ki, dəlidən doğru xəbər? Mən elə o dəlilərdənəm.
İ s k ə n d ə r b ə y. Mən ki həkiməm, səndə bir dəlilik görmürəm.
Ş i r i n. Dalına qulaq asın! Qocalanda sonra başladı əvvəl miyançılığa. Nə döyülməyi, nə söyülməyi vecinə almadı; arı yedi, namusu atdı dalına. İndi böyük məşğuliyyəti odu ki, gəzər xan evlərini, bəy evlərini, bunun sözünü ona deyər, onun sözünü buna deyər. Hər bir sözün üstə yüz min qeyrilərin bəzəyir. Xudanəkərdə bir xanım cürət eləyib buna istədiyi şeyi verməyə… Vaveyla, vamüsibəta.
N u r c a h a n. Sənin ki dədənin malını vermirlər… Saqqalına bax, saqqalına.
Ş i r i n. Nurcahan… Əvvəl ki, sən ağuçu idin, balam, sonra bu mərsiyəxanlıq nə idi?
N u r c a h a n. Həkim, başına dönüm, mənim nəvəm naxoşdu, Allahı sevirsən məni bu dəlinin əlindən qurtar gedim.
Ş i r i n. Qoy mən bəyə əhvalatın hamısını nağıl eləyim, sənə bir turp əkim tütünün başından çıxsın, ondan sonra gedə bilərsən.
N u r c a h a n. Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimiləri çox xaltalamışam, ay it!
Ş i r i n. İndi ki, belə oldu, çox yaxşı, çox əcəb… Bəy, sənə mənim canım qurban olsun, bağışlagilən sənə baş ağrısı olur, şəhərə təzə gəlmisən, bizim yerin gərək əcayib-qərayib işlərin öyrənəsən.
İ s k ə n d ə r b ə y. Əvvəldən gərək olmayaydı, çünki başlamısan, söylə görüm axırı nədi.
Ş i r i n (
N u r c a h a n. Yalançının atası dərin yatsın! Yalançının atasının qəbrində donquz bağlayım!
Ş i r i n. A imansız dılğır qarı, sən haman Nurcahan deyilsənmi ki, Şahbaz bəyi aldadıb apardın, biçarəni Qulaməli bəyin tələsində öldürdün.
N u r c a h a n. A səni görüm dizin-dizin sürünəsən! A səni yaylımı gülləyə rast gələsən! Ay tünbətün oğlu, bu sözlər nə sözlərdir ki, özündən qayırırsan?
Ş i r i n. Səni gərək ağladım, hələ harasıdı… A qarı, de görüm, sən deyildinmi təziyə yerində Hacı Tanrıverdinin arvadının ətək qızıllarının səkkizini kəsib yasavul qabağında polisxanaya gedən?
N u r c a h a n. Axırı necə oldu, a beyman! Axırda taqsırlı kim oldu, a bihəya?
Ş i r i n. Axırı necə olacaq, pristav qızılları məzdədi, səni də buraxdı.
N u r c a h a n. Yalançının evinə od düşsün! Yalançının balaları qırılsın! Yaxşımı?
Ş i r i n. Bunlar olsun yalan. İndi mənim özümün başıma gətirdiyin məğlətəni bəyə ərz eləyim; günlərin bir günündə…
N u r c a h a n. Daha bəsdir, qapıdan belə dur. Vallah, yoxsa bir oyun oynayaram tamam şəhər bura tökülər. Belə dur, cəfəng oğlu cəfəng. (
Ş i r i n. Ağlamasan buraxmaram.
N u r c a h a n. A bihəya oğlu, azmayınan! Məni burada yalqız görmüsən? Belə dur deyirəm sənə! (
İ s k ə n d ə r b ə y. Daha bəsdir, çıxın. İkiniz də birdən çıxın. Tez, tez! (
İ s k ə n d ə r b ə y. Şirin dəli deyil. Dəli mənəm ki, bu hədyana indiyə kimi qulaq asırdım. Qapını döyürlər… Barı ikinci Şirin olmayaydı. (
DÖRDÜNCÜ MƏCLIS
Əhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında.
X ı r d a x a n ı m. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil… Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam… Xülasə, çox bədxab oldum… İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (
P ə r i. Nə buyurursan, xanım?