Наджаф-бек Фатали-бек Везиров – Müsibəti-Fəxrəddin / Seçilmiş əsərləri (страница 4)
X ı r d a x a n ı m. Əbdürrəhim, necə oldular?
Ə b d ü r r ə h i m. Nurcahan arvadı gətirdim, amma dərviş dedi ki, namazımı qılıb, bu saat gəlim.
X ı r d a x a n ı m. Nurcahan gəlir, bəs hanı?
Ə b d ü r r ə h i m (
X ı r d a x a n ı m. Əbdürrəhim, sən get işinə. (
N u r c a h a n. Salam əleyküm, Xırda xanım. Başına dönüm, xeyirdimi? Atam-anam sənə qurban.
X ı r d a x a n ı m. Xeyir olmamış nə var, a başı batmış! Nə verərsən mənə, sənə bir elə zad bağışlayım heç dadı damağından getməsin?
N u r c a h a n. Mən sənin qarabaşınam, itinəm… Ölüm, canım da sənindi, balalarım da sənindi. Başına dönüm, sən desən ki, get özünü qayadan at, ona da hazıram, yesirin olum.
X ı r d a x a n ı m. Nurcahan, düz mətləb üstə gəlmək hamısından yaxşıdır… Özün bilirsən indiyə kimi tamam şəhər bir yana olub, mən bir yana və neçə-neçə müştərilər mənlən qohum olmaq istəyib, mən qəbul etməmişəm; çünki əvvəla, Səkinə hələ uşaqdı, ikinci o müştərilər bizə tay olmayıb, özün də bilirsən.
N u r c a h a n. Bıy, başına dönüm, niyə bilmirəm? Bizim şəhərdə Səkinə xanıma layiq kim var?
X ı r d a x a n ı m. İndi bu saat bizim şəhərdə bir oğlan var. Doğrusu budur ki, mən onu çox şadlıq ilən oğulluğa qəbul elərdim, amma elə adamım yoxdur ki, bu işi düzəltsin. Bu işi heç kəs düzəldə bilməz, səndən savay.
N u r c a h a n. İtin olum, xanım! Siz özünüz yaxşı bilirsiniz ki, Nurcahan elə işləri su içməkdən hasand bilir, belə işlərin anasıdı… Sizə məlumdu bizim şəhərdə nə qədər qız gedir, mənsiz heç keçmir. Bax, xanım, başına dönüm, əvvəl bu Səfdərqulu bəy, sonra Nurcahan xanım, ondan sonra…
X ı r d a x a n ı m. A başı batmış, əgər bu işləri mən bilmirdim, səni niyə çağırırdım.
N u r c a h a n. İndi Xırda xanım, başına dönüm, bircə elə onu mənə de görüm oğlan kimdi. Vəssalam, nağma tamam. Artıq zad mənə lazım deyil.
X ı r d a x a n ı m. Həkim İskəndər bəy. Hansı ki…
N u r c a h a n. Bıy, bıy, elə onu de. Heç gör ağlıma gəldimi? Çox yaxşı, çox əcəb. Kifayət elər, bəsdi. Allah qoysa görərsən o tərlanı nə təhər bəndə salacağam… Onu deyim sənə, Xırda xanım, başına dönüm… Həkim bir yaxşı ev tutub. Bu saat mən bura gələndə ona çox qəribə istul, kürsülər apardılar. Görünür ki, otaqların bəzəmək istəyir. Amma özün də görmüşəm. O sifətdə, o şücaətdə oğlan tapılmaz. Amma, Xırda xanım, sən də qoçaqmışsan. Halal olsun sənə anandan əmdiyin süd! Pəh, pəh, pəh!
X ı r d a x a n ı m. Ancaq bu işi yadda saxlamaq gərək… Özün bilirsən şəhrimizdə bu saat yetişmiş qız çoxdur, o cümlədən o arvadın qızları… Adı nədi? Özləri oxuyub elm tamam eləyiblər… Əgər bizim qorxumuz olsa, o ləçərdən olacaq.
N u r c a h a n. Ağrın oların ürəyinə!.. Qadam onların oxumağına!.. Allahın verən günü məni apardılar, ta ayağımda başmaq da qalmadı gedib gəlməkdən… Hər kimə deyirəm, cavab verirlər ki, bizə rus qızı lazım deyil.
X ı r d a x a n ı m. Nurcahan, bizə yatmaq kar verməz; gərək elə bu gündən başlayaq tor atmağa.
N u r c a h a n. Nə demək istər? Əlbəttə, əlbəttə… Mən deyirəm elə bu saat gedim görüm nə qayırıram.
X ı r d a x a n ı m. Bax, Nurcahan, bu işi səndən istəyirəm. Gərək nə tövr olsa düzəldəsən. Mən də sənə borclu oluram bir dəst şaldan libas əbrə işməkli, otuz manat pul və qabaqcan bir dəst çit paltar. Bəsdimi?
N u r c a h a n. Heç verməsən də mən sənin qulluqçunam. Sən nə deyirsən, başına dönüm.
X ı r d a x a n ı m (
(
X ı r d a x a n ı m. Anan boyuna qurban, o sandığın içində çit var, onu gətir ver Nurcahan nənəyə. (
(
N u r c a h a n (
X ı r d a x a n ı m. Səkinə, sən get öz otağına. (
N u r c a h a n. Xırda xanım, başına dönüm, o dərvişdən adama möcüzələr nağıl eləyirlər, adamın başının tükü biz-biz durur… Deyirlər ki, əgər istəsə səni də bu saat öz yanına biixtiyar caduynan aparar, necə ki, Hacı İskəndər bəyin arvadını aparıbdır. Xanım, dərvişi də yaxşı fikrinizə salmısınız.
(
Ə b d ü r r ə h i m. Xanım, dərviş gəlibdi.
X ı r d a x a n ı m. Buyursun.
(
D ə r v i ş. Salam əleyküm.
X ı r d a x a n ı m və N u r c a h a n (
D ə r v i ş. Xanım, bəndəyə görə nə fərmayişiniz var?
X ı r d a x a n ı m. Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görkəzirsiz, doğrudurmu?
D ə r v i ş. Nə ərz edim, xanım xahiş edən görər.
X ı r d a x a n ı m. Mən xahiş edərəm ki, siz bir qızın bir oğlan ilən ulduzun barışdırasınız və əgər bu işə əncam versəniz, məndən nə alarsınız?
D ə r v i ş. Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır necə ki, bir cam su içmək. O ki qaldı məni razı etməyə, o bağlıdır sizin şəfaətinizə.
X ı r d a x a n ı m. Mən hazıram hər nə siz buyursanız, onu sizə verməyə.
D ə r v i ş. Xanımcan, şükür olsun xudaya, siz sahib güzaransınız və mən sizdən artıq istəmirəm. Mənə iltifat edərsiz bir rəs at, bir dənə cübbə, bir saat və bir qədər cib xərşdiyi.
X ı r d a x a n ı m. Mən razıyam.
D ə r v i ş. Buyurun indi görək oğlanın ismi nədir, qızın ismi nədir?
X ı r d a x a n ı m. İskəndər və Səkinə.
D ə r v i ş. Pəh, pəh! Maşallah! İsmlərindən görünür ki, tamam olmuş işdir. İskəndər və Səkinə… Xanım, buyurun bir təşt su gətirsinlər.
D ə r v i ş. Xanım, buyurun görüm Səkinə xanım gecələr vəhşət ilə qalxıb yeri üstə oturub, öz-özünə danışırmı?
X ı r d a x a n ı m. Ağa dərviş, Allahı sevərsən, məni qorxutma, hərdən-birdən olur.
D ə r v i ş. İşimiz bir az çətin oldu. Amma eybi yoxdur, qorxmayın! (
D ə r v i ş. Babası yanmışları gördünüz? Yaxşı tanıyırsız Heydərəlini. Tamam heyvanat, nəbatat, vəhşiyyat, cinü-ins bu tilsimlərdədirlər. Zəncirlərdə…
X ı r d a x a n ı m və N u r c a h a n. Allah, sənə pənah. Allah, sənə pənah. Allah, amandı.
D ə r v i ş. Qurtardım. Heç qorxmayın, bacılarım. İndi, xanım, bir şey var: mənə lazımdır bir dənə yumurta, o yumurtanın üstündə bir dua yazacağam zəfəran ilə. Gərək onu İskəndər bəyin qapısında bir övrət yerə vursun, sındırsın… Əlavə mənə lazımdır bir dənə kök qurbağa. Dua yazacağam, o duanı atarsız bir cam suya və qurbağanı asarsınız o camın üstünə başıaşağı və bir də bir dua yazacağam, onu suya salıb verəsiz oğlana; bir qətrə də olsa kifayət edər. Çay içində, su içində. eybi yoxdur.
X ı r d a x a n ı m. Nurcahan, dur bir yumurta gətir. (
D ə r v i ş. Eybi yoxdur, sonra taparsınız. O qurbağa başıaşağı qalıb suya baxa-baxa öləcəkdir və o dəqiqədən başlanacaq məhəbbət eşqi odlanmağa…
(
D ə r v i ş. Xanım, bu yumurta gərək yerə qoyulmasın. Nurcahan bacı, saxla, yerə qoyma. (
D ə r v i ş. Nurcahan bacı, bir-iki kasa də təmiz su gətir, birisi içməkdən ötrü, birisi də qurbağadan ötrü.
N u r c a h a n. Ağa dərviş, ala, su hazırdı.
D ə r v i ş (
X ı r d a x a n ı m. Ağa dərviş, buyur. Bu hesab deyil. (
D ə r v i ş. Xanım, iş möhkəm olmaqdan ötrü fitəni də (
X ı r d a x a n ı m. Buyur, Allah səni də və məni də bu işdə məyus eləməsin… (