реклама
Бургер менюБургер меню

Mikayıl Müşfiq – Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri (страница 8)

18
Əlvida etmiş ona şəxsiyyət, izzət, vüqar, Düşmüş uğursuz, acı bir adətin girinə. Sağ əlində bir şişə, sol cibində bir şişə, Hankı böyük bir səbəb onu bu hala salmış? Çəkmiş hankı bir əməl biçarəni bu işə, Hankı təsadüfdən o, bu yaman günə qalmış? Alnında bir bəyaz qəm, – bir dilənçi günündə – Üzü günəşdən qızıl, içi qarlardan ağdır. O, şimdi durdu yüksək bir binanın önündə, Keçmişini yaşatmış bu evə baxdı… baxdı… Qılınc kimi kəsici şaxtanın şiddətilə İştə çürük bir ağac cansız uzandı yerə. İçində bəslədiyi müvəbbəd qüdrətilə Bir quşsa qanad açdı ağ çadralı göylərə. Buram-buram qıvrılıb həmlə edincə ruzgar, Bu əyyaş qaldırımdan üzüstə yerə düşdü. Qəlbində son döyüntü, səsində xırıltılar Bəyaz tənli daşlarla qucaqlaşdı, öpüşdü. Əvət həyat dənilən bu döyüş meydanından Basılmamış çıxacaq kimin varsa qanatı. Əvət, kim şübhə etsə, qüvvətindən, canından Ac soqaqlar əlində boğulacaq həyatı. Kimdir bu ilan kimi sürünüb ölən adam, Çökmüş kaşanələrin bacarıqsız oğlumu? Nərdə onu yaşadan dünkü parlaq ehtişam, Onu öldürən kəndi sinifinin yolumu?

NİGAR

Eşq olsun o titrək baxışlarında Açan çiçəklərə, açan güllərə. Eşq olsun bu coşqun gənc yaşlarında Açdığın səmimi şirin dillərə. Sənsən şeri mənə ilham edən, yar, And olsun tapdığın varlığa, Nigar! Mən səni gördükcə böylə sərazad Yorğun qanadlarım çırpınmaq istər. Gəl keçən dəmləri etməyəlim yad. Çalış varlığını aləmə göstər! Sevincin üzündə olsun aşikar, Gülsün bəslədiyin əməllər, Nigar! Uf, andım keçmişi, yarıldı bağrım, Çökdü gözlərimə süslü bir xəyal. Qarışdı hafizəm, qazandıqlarım Oldu bir uçurum, bir dərin məlal. Gördüm qadınlığı möhnət əsiri, Köləlik əsiri, minnət əsiri. Çevirdim üzümü bu günə baxdım, Könlümə bir bahar nəşəsi doldu. Ey Şərqin gözəli, üzünə baxdım, Qəlbimə bir çocuq həvəsi doldu. Gördüm qadınlığı kitab əsiri, Ülviyyət əsiri, rübab əsiri. Bu gün gülümsədi əsirlər boyu Bir bulud ardında qaralmış üzün. Bu gün buraxaraq çəhli, uyquyu, Səsləndi qəlbində canlanan hüzün. Sən atdın çarşafı, dərdin azaldı, Bürünmək uğursuz keçmişə qaldı. Deyirlər sarılıb diləklərinə, Zəhmətə məftunsan, bir aşıq kimi. Əmək bağçasının çiçəklərinə Əllərin dolaşır sarmaşıq kimi. Bəzən süzülərək gözlər, o gözlər Yol çəkib uzaqdan nə xəyal özlər? Doğrudur, şerimin ürəyində, yar, Çırpınır hüznlü xəfif bir qanat.